Turqut Özalın oğlu atasının qatilini göstərdi - MÜSAHİBƏ

Türkiyənin 8-ci prezidenti Turqut Özalın ölümü ilə bağlı şübhələr gedərək təsdiqlənir. Mərhum prezidentin oğlu Əhməd Özal zəhərlənmə nümunələrinin ortaya çıxmasından sonra "Habertürk"ə mühüm açıqlama verib. Fatih Altaylının qonağı olan Əhməd Özal bununla bağlı sualları  cavablandırarkən "Atamın zəhərlənməsində Almaniyadan şübhələnirəm" deyib.- Atanızın cəsədindən alınan nümunələrdən sonra qəti olaraq zəhərləndiyi bildirilir. Sizdə bu barədə son məlumat varmı?
- Fatih Altaylı bundan 15 il əvvəl də, "Teke Tek" proqramında bu mövzunu müzakirəyə çıxararaq, beynimizdə çox dəqiq sual işarələri meydana gətirdi. O gündən bu yana da hadisənin təqibçisiyəm. Zəhərlənmə mövzusunda Ədliyyə Tibblə xüsusi bir görüşüm  olmayıb. Onsuz da qanunla bu təşkilat son hesabatı prokurora vermək  məcburiyyətindədir. Ancaq Ədliyyə Tibb, ya da Ədliyyə Nazirliyi, atamın zəhərləndiyi mövzusunda onlarda bir məlumat varsa, bunu ictimaiyyətlə paylaşmalıdır.

- Zəhərlənmə ortaya çıxanda Tibb Təşkilatında ciddi bir çaxnaşma sezildi. Bu çaxnaşmaya səbəb, sizcə, nə ola bilər?
- Bu çox təbiidir. Çünki cinayətə qurban getmiş bir prezident var ortada. Bu çox ciddi işlərin başlanmasına gətirib çıxaracaq. Təbii, tarixdə bütün dünyada dövlət başçıları arasında  zəhərlənərək öldürülənlər və ya öldürülməyə təşəbbüs edilənlər vardır. Bu hadisənin Türkiyədə də baş verməsi heç də təəccüblü deyil.

-Ədliyə Tibb Təşkilatı, atanızın zəhərlənməsinin "birdəfəlik yüksək dozada mı" yoxsa "zaman içində kiçik dozada mı" reallaşdırıldığını araşdırır...
- Atam zəhərlənibsə, bunun zaman içərisində edildiyi qənaətindəyəm. Bu prosesin də atamın Orta Asiya səfəri ilə başladıldığını və yenə orada sonlandırıldığını düşünürəm. Əminəm, orada anam atamın yanında olsaydı, qəti bir şey olduğunu anlayacaqdı. O səyahət dönüşü atamın qəfil ölümü, mənə illər əvvəl Bolqarıstandan dönüb iki gün içində ölən Bəkir Çelenki xatırlatdı.

- Sizcə necə bir üsuldan istifadə edə bilərlər?
- Dünyada uzun illərdən bəri gələn və davamlı inkişaf etdirilən zəhərlər var. Bu zəhərlər ağırlıqlı olaraq soyuq müharibə dövründə, həm CİA, həm KQB, həm də Avropa ölkələrinin kəşfiyyatçıları tərəfindən inkişaf etdirilib.

- Atanız əgər zaman içində kiçik doza zəhər verilərək öldürülübsə, bunu öz yaxın ətrafının hiss etməməsi mümkündürmü?
- Sanmıram. Hər kəsin ifadə etdiyi bu son Orta Asiya səyahətində, "çox yorulmuşdu, gedərkən çətinlik çəkirdi" kimi. Mənə görə heç kimin ağlına gəlməzdi. Hesab edirəm ki, bu yorğunluq zəhərin əlamətləri idi.  Təbii, anam o səyahətdə yox idi. Ancaq əminəm anam olsaydı, bu qəribəliyi fərq edərdi.

- Səlahiyyətlilər məzardan çıxarılan cəsədin pozulmamış olmasının səbəbini sizə necə açıqladı?
- Cəsədin böyük əksəriyyətlə çürüməmiş olmasını Ədli Tibb mütəxəssisləri də,  mövzuyla maraqlanan elm adamları da heyrətlə qarşıladılar. Ancaq bir professorun da dediyi kimi, "Bu bədən bir şeylər izah etməyə çalışır". Məncə, ən doğru cümlə budur. Amma necə? Bunu bilmirəm.

- Yaxşı, kim, ya da kimlərdən şübhələnirsiniz?
- Şübhə yaradacaq çox mövzu və faktlar düşünülə bilər. Bu ehtimalları qiymətləndirə bilmək üçün, əvvəl mərhum Özalın nələr etdiyini və nələr etmək istədiyini bilmək lazımdır.

- Nə kimi?
- Əgər atam 17 Aprel 1993-cü ildə ölməsəydi, bir ay sonra 19 May mərasimlərində prezident olaraq çıxış edəcək və prezidentlikdən istefa edərək siyasətə geri dönəcəkdi. Və bu çox dəqiq bilinirdi. Rəhmətlik əmim Yusif Özal partiyanı qurmuş və hər şey hazır idi. Kimlər içəridə və çöldə Özalın siyasətə girməsini istəməzdi?

- Kimlər?
- Məncə, çox müxtəlif qruplar. Diqqət etsəniz, rəhmətlik Özal siyasətə geri dönsəydi qətiliklə ilk seçkilərdə 1983-dən də çox səs alaraq qazanacaqdı. Türkiyə daha sürətlə inkişaf edərdi.  28 Fevral hadisəsi qətiliklə yaşanmayacaqdı, arxa-arxaya keçirdiyimiz iqtisadi böhran olmayacaqdı, kürd məsələsi qəti olaraq həll edilər və şəhid faciəsi yaşamazdıq. Son Orta Asiya səyahətində rəhmətlik atamı Aşqabadda görmüşdüm. Azərbaycana hərəkət etmədən bir neçə gün əvvəl özü ilə otağında xüsusi görüşdüyümdə, mənə çox dəqiq bunları söyləmişdi: "Türkiyəyə dönər dönməz, böyük bir siyasi risk alacağam və kürd məsələsini mütləq çözəcəyəm. Bu məsələ həll edilmədən Türkiyə irəli gedə bilməz".

- O dövrdə kürd probleminin həllini hansı mərkəzlər istəmirdi?
- Problemin həll edilməsini istəməyənlər xarici ölkələr və onların buradakı maşaları idi. Dövlətin içində yer almış və özünü "dərin" olaraq adlandıran qruplardır. Terrorun maliyyələşdirilməsi üçün Əfqanıstandan Avropa və Amerikaya qədər gedən, Şərq sərhədlərində böyük diametrdə narkotik ticarəti var idi. Təbii bunu yalnız terror təşkilatının tək başına edə bildiyini də sanmıram.

- Atanızın ölümündə şüphələndiyiniz ölkə hansıdır?
- AB və hər zaman Avropanın başını çəkən Almaniya. Bunun xaricində hər vaxt Almaniya ilə çəkişən Fransa ... Çox təsirli olmasalar belə, Şimali Avropadakı kiçik ölkələr. Onsuz da bəhs etdiyim ölkələrlə Türkiyə zaman-zaman ciddi gərginlikləri buna görə yaşadı.

- Çankaya Köşkündə təhlükəsizlik zəifliyi ola bilərdimi?
- Köşkdə heç təhlükəsizlik zəifliyi görmədim. Lakin 17 Aprel günü yaşananların böyük zəiflikdən irəli gələn ciddi bir sui-qəsd olduğuna inanıram. O gün təcili yardım yox, həkim yox və bu vaxt Keşikçilər Alayındakı sağlamlıq dəstəsi təcili yardım çağırmır. GATA-ya xəbər verilmiş və GATA-nın başındakı Ömər Şarlak Paşa qrupu ilə atamı qapıda gözləyərkən, bir anda avtomobilin yolu dəyişdirilir və Hacəttəpəyə aparılır. Ətrafında bir neçə dövr atılır və ən sonunda uşaq hissəsinə gətirilir. Heç kimin xəbəri yox və həkim yox. Mühafizəçilərdən biri koridorlarda qaçaraq həkim axtarır. Bu qədər hadisənin arxa arxaya baş verməsi və təsadüf olması qeyri-mümkündür.

- Atanızı, sizcə, başında olduğu dövlət mi öldürdü?
- Xeyr. Atamı dövlət öldürmüş ola bilməz. Dövlət, xalqın xoşbəxtliyi və rifahı üçün çalışan çox qiymətli bir anlayışdır. Ancaq, özünü xalqın, dövlətin və ədalətin üstündə görənlər hər ölkədə var. Onlar dövləti təmsil etməz. Amma özlərini "dərin dövlət" olaraq təsvir edirlər. Atama qarşı 1988-də sui-qəsd cəhdi edildi. Bununda həmin şəbəkənin Türkiyədəki əməkdaşlarının etdiyini düşünə bilərik.

- Bunda məqsədləri nədir?
- İçəridəki və çöldəki mafiyalar. Ağırlıqlı olaraq, siqaret, içki və bütün idxalatı qadağan edilmiş məhsulların qaçaqçılığı, Türk pulunu Qoruma Qanununun qalxması, qızıl idxalatının liberallaşdırılması ... Buna görə də illərdir trilyonlar qazananlar, bir gündə o haqsız qazanclarının dövlətin cibinə girdiyini gördülər. Bir gündə 45 milyard dollar itirmək daxili və xarici əlaqəli şəbəkələrin  xoşuna gələr mi?

- Atanız Kartal Demirağın sui-qəsd cəhdindən sonra sizinlə bir şeyləri paylaşdımı? (Kartal Demirağ Turqut Özala 1988-ci ildə silahla saldıran adam-N.A)
- Rəhmətlik atam vurulma anını videodan 100 dəfə izləmişdi. Mənə söylədiyi maraqlı təsbit də bu idi: vurulduğu anda etdiyi çıxışın mövzusu qaçaqçılıq və mafiyadanmış. Təbii ki, mafiyalar bütün dünyada dövlətlərin "dərin dövlət" olaraq ifadə etdiyimiz qruplarına daşıyıcılıq etmişdi. Yalnız bizdə deyil. Onsuz da, bu gün "Ergenekon" dediyimiz əsas etibarilə Amerika tərəfindən II Dünya Savaşı sonrasında qurulan Qladiodur. Rəhmətlik atamın sui-qəsdlə öldürüldüyü hələ aydınlaşmayıb. Əvvəlcə prokurorların bu faylı açması şərtdir. Məhz burada Qladio və mafiya əlaqələrini görə biləcəyik.

- Necə?
- İnanması gücdür, amma Kartal Demirağın tək şübhəli olaraq mühakimə olunması kimi. Sui-qəsdi və Demirağı görən 50-dən çox insanın ifadələri və onun yanındakıları təsvir edə biləcək insanların ifadələri istənmədi. Bəzi prokurorların uşaqları qaçırılmış və bu faylı dərhal bağlamaları istənilmişdir. Təbii, bu vaxt baş nazirin təlimatı ilə bəzi səlahiyyətlilər İsveçrə daxil olamqla bir çox yerlərə gedib, o ölkələrin kəşfiyyat fərdlərindən məlumat alıblar. Hətta İsveçrədə banklardan edilən pul transferləri adlar və digər məlumatlar ... Bunlar, əminəm, dövlətin gizli arxivində və ya kosmik otaqlarında vardır.

- Yaxşı, atanız Kartal Demirağ azad olduqdan sonra heç özüylə görüşmək istəmədimi?
- Xeyr, nə görüş tələbi oldu, nə də ünsiyyət.

- Özalın sui-qəsdə qurban getməsindən şübhələndiyinizdə nə etdiniz?
- 1999-cu ildə Malatya Millət vəkili olduğumda rəhmətlik atamın ölümünün araşdırılması ilə əlaqədar komissiya yaradılmasını  istədim. Ancaq ANAP-DYP daxil heç bir partiya maraqlanmadı. Amma mən yenə də davam etdim. Ən son cənab prezident  Abdullah Gül, Dövlət Denətləmə İdarəsinin bu işlə maraqlanmasına  göstəriş verdi. Dövlət Denətləmə İdarəsinin 650 səhifəlik hesabatı nəticəsində, "Özalın ölümü şübhəlidir" deməsi üzərinə, Respublika Prokurorluğu məzarı açmaq qərarı verdi. Gerisi də məlum. Bu yaxınlarda da hörmətli baş nazir Tayyib Ərdoğan anama zəng edib, bu bir mənəvi dəstəkdir. Buna görə baş nazirə təşəkkür edirəm. publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31