Hollivuda hazırlaşan Könül: "Oğlum üçün qorxuram"
2 May 2016 17:58 MüsahibəTürkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı aktrisa Könül Nağıyeva Türkiyə mediasına müsahibə verib.
Axşam.az həmin müsahibəni qısaldılmış formada təqdim edir:
- Azərbaycanda nələr edirdiniz?
- "Azərbaycanda nələr etmirdiniz" deyə sual versəniz, daha yaxşı olar. 16 yaşımda telekanallardan birində aparıcılıq etmişəm. Universiteti bitirdikdən sonra Moskvaya getdim. Bakı mənə dar gəlməyə başladı. Meqapolisdə yaşamaq istəyirdim. Bir də xəyallarıma yaxın olmalı idim. Orada Dövlət İdarəçiliyi fakültəsini oxudum. Bunu anam və atam istəyirdilər.
- İlk aktrisalığı nə zaman etmisiniz?
- 2009-cu ildə Bakıda "Məşhurlarla rəqs" adlı yarışa qatıldım və qalib gəldim. Ondan sonra aktrisa kimi təklif aldım. Bir çox serial və filmlərə çəkildim.
- Niyə Bakıda qalmadınız?
- Sadəcə Bakıda tanınan bir aktrisa olmaq istəmədim. Bir neçə dil bilməyim mənim üstünlüyümdür. 6 dil bilirəm: ingilis, rus, fransız, türk, italyan və Azərbaycan.
- Türk dilində gözəl danışırsınız...
- Normal həyatda bir az tələffüzümdə bəlli olur. Amma ssenari mətnini çalışanda həll olunur.
- Qarşıda yeni layihə var?
- Noyabrda Hollivudda bir layihədə rol alacağam. Böyük büdcəsi olan layihədə baş rolda çəkiləcəyəm. Bu mənim aktrisalıq karyeram üçün böyük uğurdur. Müqaviləni imzalamışıq, amma bununla bağlı açıqlama verməyə icazə yoxdur. Burada müsəlman qadınlarının nə qədər güclü və bacarıqlı olduğunu dünyaya göstərəcəyik.
- Necə bir obrazı canlandırmaq istəyərdiniz?
- Mənim üçün ssenari önəmlidir. Əsas odur ki, burada bir fəlsəfə və dərin məna olsun.
- Yaşadıqlarınızdan narahat olursunuz?
- Özüm üçün yox, oğlum üçün qorxuram. Övladım Bakıda anamla birlikdə yaşayır. O buraya gələndə küçəyə çıxmağa qorxdum. Ona zərər gəlməsindən qorxdum. Onunla alış-veriş mərkəzlərinə getmədik.
- İstanbulda ən çox nə etməyi sevirsiniz?
- Bəzən sadəcə küçələrdə gəzməyi... Sahildə gəzməyi çox xoşlayıram. Düzdür, son vaxtlar insanlar küçələrdə gəzməkdən çəkinirlər, mən - yox.
Könülün "ən"ləri:
Ən sevdiyi serial: "Min bir gecə"
Ən sevdiyi rəng: ağ
Ən sevdiyi yemək: küftə
Ən sevdiyi kitab: Q.Q.Markes "Yüz ilin tənhalığı"
Ən sevdiyi mahnı: hər üslubda
Ən sevdiyi şəhər: London
Ən sevdiyi ərazi: İstanbul, Etiler