Prezidentin cəbhə xəttinə səfəri

Arzu Nağıyev: “Vətəndaşlar üçün böyük dəstək və dayaqdır”

Həftə sonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərhədyanı rayonlara səfər etməsi, orada əsgər və zabitlərlə görüşməsi gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə, dövlət başçısının bütün təhlükə və riskləri nəzərə almadan düşmənlə 200 metr məsafəyə qədər getməsi həm sərhədyanı rayonların sakinləri, həm də Azərbaycan Silahlı Qüvvələrində böyük ruh yüksəkliyi yaradıb. Əksəriyyət ekspertlər hesab edirlər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu addımı həm ölkə vətəndaşları, həm də düşmənə bir mesajdır. Elə siyasi ekspert Arzu Nağıyevlə söhbətimizdə də dövlət başçısının cəbhə xəttinə səfəri barədə danışdıq.

-Arzu müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəbhə xəttinə səfər etməsi, düşmənlə 200 metr məsafəyə qədər getməsi Azərbayca Silahlı Qüvvələrində nə dərəcədə ruh yüksəkliyi yaradacaq?

-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlıyevin atəşkəsin hər an pozulduğu bir vaxtda, erməni və havadarlarının təxribat əməllərinin öz pik vəziyyətinə çatdığı anda cəbhə bölgəsinə səfər etməsi və Ali Baş Komandan kimi hərbçilərlə görüşməsi təbii ki, hərbçilərin qələbə ruhuna və döyüş əzminə müsbət təsir göstərən ən mühüm şərtlərdən biridir. Bundan başqa cənab Prezidentin hərbçilərə mükafatlarını məhz cəbhə bölgəsində şəxsən təqdim etməsi də təqdirəlayiq bir haldır. Hesab edirəm ki, hər bir hərbçi üçün yaddaqalan və mühüm bir andır.

-Dövlət başçısının bu addımı cəbhə xəttində yaşayan sakinlər üçün də bir dəstək, dayaq sayıla bilərmi?

-Düşünürəm ki, cənab İlham Əliyevin xanımı ilə cəbhə bölgəsində və demək olar ki, təmas xəttində olan kəndlərdə sakinlərlə görüşməsi, onlara dəstək olması, yaralılara baş çəkməsi Prezidentin bütün Azərbaycan xalqının rəhbəri olmasından xəbər verir. Çünki , bu addımı ancaq vətəni, xalqı, sakinlərini, vətəndaşlarını və onların rifahını hər məhfumdan üstün tutan, dövlətçiliyin məhz bununla ölçüldüyünü duyan rəhbər ata bilər. Təbii ki, bu vətəndaşlar üçün böyük dəstək və dayaqdır.

-Sizcə bundan sonra Qarabağ problemi ətrafında cərəyan edəcək proseslər hansı məcrada gedəcək?

-Təbii ki, ermənilər Azərbaycan ordusunun nəyə qadir olduğunu hiss etdilər və qələbə əzminin nə qədər yüksək olduğunu da duydular. Məhz təcavüzkarı güç göstərməklə danışıqlar masasına əyləşdirməyin mümkünlüyünü görən Sarkisyan və onun cinayətkar komandası müxtəlif qeyri-adekvat bəyanatlar verməklə hakimiyyətini uzatmağa çalışırlar. Hesab edirəm ki, bundan sonra biz bütün baş verə biləcək təxribatlara hazır olmalıyıq və düşünürəm ki, hazırıq. Indi əsas məsələ ermənilərdən təmizlənmiş ərazilərdə istehkamların bərkidilməsi, həmin ərazilərin minalardan təmizlənməsi və bu kimi işlərin görülməsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də Qlobal forum vaxtı Ermənistan rəhbərliyinə sülh üçün səsləndi, ərazi bütövlüyü çərçivəsində münaqişənin həllini təklif etdi. Bundan sonra seçim onlarındır. Qeyd etdiyimiz kimi biz hər çür variantla ərazimizi sepatarçılardan və işğalçılardan azad etməyə hazırıq.

-Hərbi əməliuyyatların yenidən aktib fazaya qədəm qoyması gözlənilirrmi?

-Düşünürəm ki, biz haqq işimizi görürük. Hər cürə təkliflər edirik, erməni və onların havadarları isə status-kvonu saxlamaq üçün yalançı sülhdən danışırlar. Təbii ki, 20 il ancaq boş danışıqlara rəvac verənlər duymalıdırlar ki, bundan sonra Azərbaycan xalqının 20 ildə gözləməyə nə vaxtı, nə də marağı var. Artıq diqtəni biz edirik. Buna görə də öz ərazilərimizdə antiterror əməliyyatlarının keçirilməsi hər vaxt ola bilər.

-Beynəlxalq təşkilatlar, eləcə də Rusiyanın sülhyaratma cəhdi nə üçün müsbət nəticəsini vermir?

-Münaqişənin həlli BMT-nin mandatı ilə ATƏT- in Minsk Qrupuna həvalə edilib. Təbii ki, Rusiya da bu qurumun üzvüdür . Lakin Ermənistanı öz vassal və forpostu sayan Rusiya bu münaqişə fonunda öz məqsədlərinə çatmağa çalışır. Bir sözlə münaqişənin uzadılması onları qane edir. Təbii ki, bu həm regionda nüfuz məsələsidir, həm də silah satışı ilə bağlıdır. Buna təsir edən amillərdən biri də Rusiya-Türkiyə münasibətinin gərginliyidir. Bir sözlə Rusiyanın münaqişə ilə bağlı özəl fikirləri daha çoxdur.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31