7-ci Qlobal Forum ölkəmizə nə vəd edir?

Səfər Sadiqi: “Azərbaycanın qədim tarixə, yüksək səviyyəli mədəniyyətə malik oldugunun dünyaya daha yaxından çatdırılmasında forum çox önəmli rol oynayacaq”

Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi etməklə dünya siyasəti, qlobal məsələlərin həllinə öz töhfəsini vermək iqtidarında olduğunu nümayiş etdirdi. Belə ki, aprelin 25-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna start verildi. İki gün davam edən forum günümüzdə vacib olan bir sıra məsələlərin müzakirəsi, eləcə də mühüm sənədlərin qəbul edilməsi ilə yadda qaldı. Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi Azərbaycandan kənarda yaşayan soydaşlarımız tərəfindən də təqdir edilir və forumun ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edəcəyi bildirilir. Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi də bu qənaətdədir. O, "OLAYLAR"-a verdiyi müsahibədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycana gətirəcəyi dividentlərdən danışıb.

-Səfər bəy, bu günlərdə Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilir. Forumun Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?

-Artıq aprelin 25-dən Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işinə başlayıb. Forumda Türkmənistanın baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredov, Bruney-Darüssalam Dövlətinin xarici işlər naziri Jok Seng Lim, Mərakeşin Dini Yardım və İslam İşləri naziri Əhməd Toufiq, Birləşmiş Ərəb Əmirliyinin Tolerantlıq naziri Şeyxa Lubna Əl-Qassimin və xarici işlər naziri Jasem Əl-Əli, İsveçin təhsil naziri Gustav Fridolin, Bəhreyn Krallığının Şura Məclisi və Nümayəndələr şurasının naziri Ganim Bin Fadhil Əl-Buaynayn, Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir, Sierra Leonun xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohamad Sesay, habelə digər ölkələrin hökumət və dövlət nümayəndələri iştirak edir. Foruma ümumilikdə 110 ölkədən 2000-ə yaxın qonaq qatılıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Turkiyənin Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışhları, bu forumun dünya siyasətində öz yeri və rolu olduğunu bir daha sübut edir. Bu forum həmçinin Azərbaycanın təbliğində, əsl həqiqətlərin dünyaya çatdırılmasənda çox önəmlidir.

-Azərbaycanın belə tədbirlərin keçirilmə məkanına çevrilməsi ölkəmizin dünya siyasətində yeri və rolunun göstəricisi sayıla bilərmi?

- Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın təbliği, ermənilər tərəfindən torpaqlarımızın işğal edilməsi faktı, xüsusilə aprelin əvvəllərində təmas xəttində baş verən erməni təxribatının dünyaya çatdırılmasında son dərəcədə əhəmiyyətlidir. Bundan başqa forum vasitəsilə Azərbaycanın bu problemin həllində sülh yoluna üstünlük verməsi, Azərbaycan xalqının sülhsevər bir xalq olduğu bir daha dünyaya bəyan edildi. Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın iqtisadi baxımından güclü bir dövlət oluduğunun təbliği istiqamətində də əhəmiyyətlidir.

- Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın tolerant, multikultural dəyərlərə malik ölkə kimi daha yaxından tanınmasına imkan yaradacaqmı?

Əlbəttə. Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın bir tolerant, multikultural dəyərlərə malik ölkə kimi daha yaxından tanınmasına imkan yaradacaq. Bakıda fəaliyyət göstərən rus kilsəsi, alman katolik kilsəsinin fəaliyyət göstərməsi, düşmən ölkə olan erməni kilsəsinin Bakının mərkəzində olması və onun bərpa edilməsini buna misal olaraq göstərmək olar. Bu kimi faktlar forumda iştirakçıların da diqqətinə çatdırıldı. Ümumiyyətlə, bütün bunlar bizim bütün xalqlarla mehriban şəraitdə yaşamağımız və sülhsevər xalq olduğumuzun bariz göstəricisidir və forum iştirakçıları Azərbaycanda olduqları iki gün ərzində bunu aydın görəcəklər.

-Belə tədbirlər regiondakı vəziyyət, münaqişələr, Qarabağ problemi və Azərbaycanın haqlı mvqeyinin dünyaya çatdırlmasında hansı müsbət məqamları ilə yadda qala bilər?

-Qeyd etdiyim kimi, umumilikdə 110 ölkədən 2000-ə yaxın qonağın qatıldığı forum Azərbaycanın təbliğində, onun həqiqətlərinin dünyaya çatdırılmasında çox önəmlidir. Qarabag problemində Azərbaycanın haqlı mövqedən çıxış etdiyi, onun sülhsevər bir ölkə olduğu, Azərbaycanın qədim tarixə, yüksək səviyyəli mədəniyyətə malik oldugunun dünyaya daha yaxından çatdırılmasında forum çox önəmli rol oynayacaq.

-Ümumiyyətlə, forumun nəticələrindən gözləntiləriniz nədən ibarətdir?

-"İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçirilən forumda BMT-yə üzv ölkələrinin dövlət və hökumət başçıları, siyasi liderlər iştirak edir. Bu forumda BMT-nin 4 qətnaməsi 822, 853, 874 və 884 nomrəli qətnamələrinin bu günə kimi erməni işğalçıları tərəfindən yerinə yetirilmədiyi bir daha vurğulandı. Ermənistanın işğalçı dövlət olduğu bir daha sübut edildi. Biz inanırıq ki, bu forum Qarabağ və ətraf rayonların işğaldan azad olunması işinə öz töhfəsini verəcək. Azərbaycan xalqının bu problemin ancaq sülh yolu ilə həll olunmasını istəməsi forum vasitəsilə bütün dunyaya çatdırıldı. Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti adında Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna uğurlar arzu edirəm. İnşallah Azərbaycanın haqlı səsi dünyaya yayılacaq və qələbə bizimlə olacaq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31