Biz həmişə milli mövqedən çıxış etmişik

Ramil Hüseynov: “İqtidardan narazı qalıb milli maraqların, dövlətçilik maraqlarının əksinə təbliğat aparmaq və yaxud o cür nanəcib addımlar atmaq bizim siyasi menyümüzdə yoxdu”

Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovun hazırda siyasi düşərgədəki vəziyyət, təmsil etdiyi partiyanın qarşıdakı müddət ərzində atacağı addımlar və görəcəyi işlərlə bağlı "OLAYLAR"-a müsahibəsi

-Ramil bəy, ötən seçkilərdən sonra Vətəndaş və İnkişaf Partiyası fəaliyyətini əsas etibarilə hansı istiqamətdə qurub?

-Hazırda partiyada yerli təşkilatların gücləndirilməsi ilə bağlı əvvəlcədən hazırlanmış planların reallaşdırılması üçün işlər gedir. Bildiyiniz kimi siyasi arenada hazırki durum ölkədə heç də xoşa gələn deyil. Siyasi mühitin liberallaşması üçün hesab edirəm ki, kifayət qədər ciddi addımlar atılmalıdır. Bu tək siyasi muhitə aid deyil, həm də iqtisadi muhitə aiddir İqtisadi sahəyə baxanda demək olar ki, sahibkarların xeyrinə muəyyən yumşalma tendensiyalarının işartıları görünməkdədir. Ümid edirik ki, bu daha da geniş vüsət alacaq və bununla da ölkədə iqtisadi durum inkşaf edəcək, monopolistlər sıradan çıxarılacaq. Yəqin ki, nəhayət növbə siyasi sahəyə də çatacaq. Çünki paralel olaraq siyasi sahədə də müəyyən addımlar atılmalıdır ki, dövlət bu addımlardan bəhrələnib irəli getsin. Müxalifətin ötən seçkilərdən sonrakı durumu heç də qənaətbəxş olmadığına görə, (bu mənim şəxsi fikrimdi. O cümlədən bizim partiyanı da o sırada hesab edirəm) qərara gəldik ki, yerli təşkilatların daha aktiv fəaliyyəti üçün tədbirlər planı hazırlayaq. Artıq onunla bağlı 7 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb. Zonalar üzrə bölgülər aparılıb, həmın şəxslər qarşısında konkret tapşırıqlar və öhdəliklər qoyulub ki, daha ciddi bir nəticə əldə edək

-VİP Ağdaş dairəsi üzrə keçiriləcək seçkilərdə iştirak edəcəkmi?

-Seçkilərdə iştrakla bağlı Siyasi Şurada müzakirələr oldu, dəyərləndirmələr aparıldı. Əslində siyasi partiyalar seçkilərdə iştrak etməlidir. Lakin o da siyasi şəraitlə baglı olan məsələdir. Bütün bu səbəblər araşdırılmalı, nəticələr hesablanmalı və müəyyən qərarlar qəbul olunmalıdı. O, baxımdan Siyasi Şura partiyanın mərkəzi aparatına bu məsələni həvalə edib. Aparat daha operativ və gündəlik toplanma şansı olan qurum olduğu üşün yaxın zamanlarda müvafiq qərar veriləcək

-Aprelin əvvəllərində təmas xəttində baş verən hadisələr ərəfəsində VİP hər zaman olduğu kimi dövlətçilik, milli maraqlar mövqeyi sərgilədi. Ümumiyyətlə, siyasilər belə məqamlarda hansı mövqeni ortaya qoymalıdı?

-Biz həmişə milli mövqedən çıxış etmişik. Çünki partiya olaraq anlayırıq ki, dövləti idarə edənlər müvəqqətidi. dövlət isə əbədidir. Və anlayışımızı da cəmiyyətə təlqin edirik. İqtidardan narazı qalıb milli maraqların, dövlətçilik maraqlarının əksinə təbliğat aparmaq və yaxud o cür nanəcib addımlar atmaq bizim siyasi menyümüzdə yoxdu və olmayacaq da . Dediyiniz əməliyyatlar hər bir vətəndaş kimi bizi də fərəhləndirdi. Baxmayaraq ki, biz hələ torpaqlarımızı geri qaytarmamışıq, amma onu hiss etdik ki, qaytarmaq üçün gücümüz var. Digər tərəfdən xalqımız butövlükdə bu əməliyyat prosesi zamanı birlik nümayiş etdirdi ki, bu yanaşma da bizi sevindirdi. Ümumiyyətlə, millətimiz mənəvi əxlaqi dəyərləri həmişə üstün tutub. Bizim leksikonumuzda namus deyilən bir anlayış var bu tək fərdlərə aid deyil. O cümlədən dövlətə də aiddir. Məlum olduğu kimi dövlət ərazisi, sərhədləri, ordusu olan, muxtəlif millətlərdən təşkil edilən siyasi bir qurumdu. Onun əraziləri, yəni torpaqları namusu sayılır. Onu qorumaq isə o torpağın üstündə yaşayan hər bir fərdin mənəvi borcudur. İstər hakimiyyətdə ol, istər müxalifətdə, bu önəm kəsb etmir. Bu əməliyyat taktikasını ümumilikdə uğurlu sayıram. Arzu edirəm ki, bu cür uğurlarımız davamlı olsun və nəticədə tezliklə bütün torpaqlarımızı azad edək . İnanıram ki, bu baş verəcək. Qısa müddətə artıq bu problem öz həllini tapmalıdır. Bu arada bizə dəstək verən bir çox ölkələrin addımları diqqətdən kənarda qalmamalıdır. Həmin ölkələrə təşəkkürümüzü bildiririk. Çünki onlar haqqın tərəfində oldular. Həm də bu dəstək kampaniyası onu göstərir ki, cənab prezidentin xarici siyasətlə bağlı müəyyən uğurları var. O da aydındı ki, torpaqların işğalı soy köku məlum olmayan erməni deyilən bir millət tərəfindən baş verməyib. Burada başqa xarici qüvvələrin müdaxiləsi var. Bu problemin həlli ilə məşğul olan ölkələr nəhayət öz dövlətlərinin riyakar maraqlarını kənara atıb münaqişəyə obyektiv yanaşmalı, spekulyativ davranışdan əl cəkməlidirlər. Onlar prosesi uzatmaqla ölkəmizə təsir rıçaqlarını əllərində saxlamaq fikirlərindən daşınmalıdırlar. BMT nin qətnamələri kifayətdir ki, erməni tulaları və onlara şərəfsizcəsinə dəstək verənlər bu torpaqlardan rədd olsunlar. Güman edirəm ki, əgər bu könüllü baş verməsə siyasi şərait yetişən kimi biz onları layiq olduqları yerə göndərəcəyik və bu istiqamətdə aprılan bütün siyasi xətti də birmənalı olaraq dəstəklıyirik. Bütün siyasi və ictimai xadimlər də bu istiqamətdə öz töhvələrini verməlidirlər. Sonda bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların aillələrinə səbr arzulayıram. O torpaqların azad olunmasında göstərdikləri qəhrəmanlıqlara görə şəhid olanlar, nümayiş etdirdikləri fədəkarlığa görə təltif olunanların aillərinə bu cür övladlar yetişdirdiyinə görə minnətdarlığımı bildirirəm.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31