Bəhruz Quliyev: "Şovinist əhval-ruhiyyə erməni millətinin geninə hopub"

Rusiyanın "Vestnik Kafkaza" informasiya agentliyinin əməkdaşı ötən əsrin 90-cı illərin əvvəlində SSRİ-nin dağılmasına səbəb olan hadisələrlə bağlı "Səs" qəzetinin Baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdən müsahibə alıb. SİA "Vestnik Kafkaza" agentliyinin saytına istinad edərək həmin müsahibənin tərcümə olunmuş variantını təqdim edir.

- İyirminci əsrin 80-90-cı illərində SSRİ-də separatçıların aktivləşdiyi bir vaxtda medianın, xüsusilə də milli medianın rolu nədən ibarət idi?

- 1988-90-cı illərdə əksər media qurumları Sovet ideologiyasının tam təsiri altında olduqlarından, əksər media orqanları senzuraya məruz qaldığından respublikalarda baş qaldırmış separatçı əməlləri bir o qədər də aktiv işıqlandıra bilmirdilər. Separatçılığı ifşa edən qəzetlər senzuraya məruz qalırdı. Bir sözlə mərkəzi hakimiyyət - Moskva respublikalarda separatçıların fəaliyyəti ilə bağlı məlumatların yayılmasını bilərəkdən əngəlləyirdi. Bu da ayrı-ayrı respublikalarda millətlərarası münasibətlərin qızışmasına, sonradan silahlı toqquşmaya gətirib çıxardı.

- SSSR-ın dağılmasında respublikalarda olan millətçi əhval-ruhiyyəsi hansı rol oynadı? Hər şey nədən başladı?

- Əksər siyasətçilər belə düşünür ki, SSRİ-nin dağılması prosesi Dağlıq Qarabağda erməni separatçılığınan sonra başladı. Həmin dövrdə ermənilər SSRİ rəhbərliyinin bilavasitə dəstəyindən istifadə edərək Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün hərəkətə keçdilər. Moskva bu dağıdıcı, parçalayıcı hərəkətlərə "dur" demədi. Əksinə məsələni respublikaların öz üstünə atdı. Nümayişlər silahlı toqquşmalarla əvəzləndi, sonar genişmiqyaslı müharibəyə çevrildi. SSRİ rəhbərliyinin loyallığı, separatizmi dəstəkləməsi, hadisələrə bilərəkdən göz yumması münaqişənin arealını genişləndirdi, fəlakət həddinə çatdırdı.

- Bütün xalqlarda olan millətçi əhval-ruhiyyəli ziyalalılar kütlənin ağılını necə aldılar və xalqı millətçiliyə yoluxdurdular?

- Bütün millətlərdə millətçi əhval-ruhiyyəli ziyalılar var. Biri var, öz millətini sevib, başqa millətlərə hörmətlə yanaşmaq, biri də var yalnız öz millətini sevmək, başqalarını aşağılamaq, alçaltmaq, əzmək. Hər kəs öz millətini sevməlidir, amma başqalarına qarşı düşmənçilik toxumu səpməməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin münaqişə predmeti olmasında erməni ziyalılarının həm Rusiyada, həm Ermənistanda, həm də dünyanın əksər ölkələrində millətçi-şovonist çıxışları böyük rol oynadı. Erməni ziyalılarının millətçi çıxışlarının məntiqi nəticəsidir ki, bu gün erməni xalqı özünü düşdüyü bəlalardan qurtara bilmir. Artıq bu ifrat millətçilik ermənilərin milli xəstəliyinə çevrilib.

- Niyə Azərbaycanda millətçi ideyaları təşəkkül tapmadı, amma Ermənistanda bu ideyalar çox geniş yayıla bildi?

- Sovet hakimiyyəti illərində də, bu gün də Azərbaycan çoxmillətli respublika kimi tanınıb. Bir faktı xüsusi olaraq vurğulamaq istəyirəm: bu gün Azərbaycanda 30 minə yaxın erməni millətindən olan vətəndaş var. Onlar azərbaycanlılarla birgə yaşayır, işləyir, ibadətini edir, seçkili orqanlarda iştirak edirlər. Heç bir ayrıseçkiliyə məruz qalmırlar. Azərbaycanda təkcə ermənilərə deyil, bütün azlıqlara qarşı tolerant, xoş münasibət var. İslam, xristian, iudeizm və digər dinlərin yanaşı yaşamaları üçün bütün imkanlar var. Azərbaycanda heç vaxt millətçilik, milli ayrıseçkilik ümummilli səviyyəyə qaldırılmayıb. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən daha modern formada tətbiq olunan multikultural dəyərlər bütüm millətlərin Azərbaycanda dost, qardaş kimi yaşamasına zəmanət verir. Ermənistanda isə əksinə millətçilik sanki millətin pasportudur. Bu silahla onlar neçə yüz illərdir ki, qonşu xalqlara basqılar edirlər, ərazisini, dilini, dinini, adət-ənənəsini oğurlayırlar. Şovonist əhval-ruhiyyə bu millətin geninə hopub.

- Mərkəzi hakimiyyətin respublikalarda olan millətçi münaqişələrin qızışdırmağında və inkişafında hərəkətsizlik rolu nədir? Bu yalnız hərəkətsizlik idi, yoxsa mərkəz hakimiyyət kütlələr arasında millətçiliyin təbliğat və təşviqatı üçün şərait yaradırdı?

- SSRİ-nin dağılması respublikaların günahı üzündən deyil, mərkəzi hakimiyyətin çürümüş ideologiyasının yenisi ilə əvəz oluna bilməməsi səbəbindən baş verdi. Moskva parçalanmanın gec-tez baş verəcəyini hiss edirdi. Amma prosesi dayandıra bilmirdi. Yalnız ləngitmək barədə düşünürdü. Bunun üçün respublikaların başını daxili problemlərlə məşğul etmək ideyası hakim kəsilmişdi. İdeal fikir - millətlərarası münaqişə idi. Amma Qorbaşovun rəhbərlik etdiyi kommunist hakimiyyəti millətlər arasında başlanan qarşıdurmaların idarəolunmaz hala gəldiyini çox gec anladılar. Düşünürəm ki, hadisələrin baş verməsinin günahkarı Qorbaçov və onun komandasıdır. Mərkəzi hakimiyyətin tutduğu səhv mövqe xalq hərəkatlarının genişlənməsini sürətləndirdi.

http://vestikavkaza.ru/interview/Bekhruz-Guliev-V-Azerbaydzhane-natsionalizm-nikogda-ne-podnimalsya-na-natsionalnyy-uroven.html

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31