Mədəniyyət
“Könül nəğmələri”
“Qadın geyim bəzəkləri” sərgisinin vaxtı uzadıldı
Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında təşkil olunan “Qadın geyim bəzəkləri” sərgisi Azərbaycanın ənənəvi qadın geyim bəzəklərinə həsr olunub. Milli Azərbaycan Tarixi Muzeyindən “Olaylar” – a verilən məlumata görə sərgidə 200-dən artıq eksponat - baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəklər nümayiş olunur. Nümayiş olunan eksponatların bir qismi e.ə. XIII - b.e. VII əsrlərinə aiddir, əksər eksponatlar isə XVIII-XX əsrin əvvəllərinə məxsusdur.
XIX əsrə məxsus tarixi eksponatlar muzeyə təqdim olundu
Milli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq yeni hədiyyələrlə zənginləşir. Belə ki, Şamaxı zadəganları nəslindən Adil bəy Cəbrayılbəyliyə məxsus şəxsi əşyalar onun qohumu Ş.Qasımov tərəfindən Muzeyə təqdim edildi.
“Ustad” jurnalının 2017-ci ildə ilk sayı işıq üzü görüb
"Ustad” jurnalın 2017-ci ildə çıxan ilk sayı Şəmil Sadiqin “Ədəbiyyat dərslərinin tədrisində yenilik vacibdir” yazısı ilə açılır. Yazını professor Asif Rüstəmlinin “Ədəbiyyat İnstitutunun beş aylıq sələfi” məqaləsi izləyir. Bundan sonra Niyazi Mehdi, Maral Baharın, Məti Osmanoğlunun, Nazim Muradovun və başqalarının da məqalələri jurnalın ilk sayında çap olunub.
“Ulduz” jurnalının yanvar sayı çapdan çıxdı
Nəşrin bu sayı filologiya elmləri doktoru Abid Tahirlinin “Yeni səsli, yeni imzalı ədəbi qüvvələrin sorağında...” sərlövhəli ekspert yazısı ilə açılır. Müəllif 50 yaşını qeyd edən “Ulduz”un profilinə nəzər salır, onun yarım əsr ərzində ədəbiyyat üçün gördüyü işlərə münasibət bildirir.
Səmərqənddə azərbaycanlı heykəltəraşın xatirə lövhəsi açılacaq
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin birgə layihəsi əsasında Səmərqənddə yaşayan tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin yaşadığı binaya onun xatirə lövhəsi vurulacaq. Xatirə lövhəsi AMM-nin sifarişi ilə hazırlanıb.
“Məndən ayrılandan bir il sonra təzədən evləndi” - Camal Sürəyanın həyat yoldaşı
Azərbaycan Milli İncəsənət Muzeyində ustad dərsləri keçirilib
“Bizim Kino Günləri” öz işinə başlayır
Azərbaycan kinosevərlərinə bu layihə artıq 2016-cı ildən tanışdı. Kinostudiyadan “Olaylar” – a verilən məlumata görə ilk layihə Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ümumi işi olub və “Bizim Kino Günləri – Audiovizual Məkanda Peşəkarlıq” adlanırdı.Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, kinomuzda yeni tendensiyalar məsələlərinə həsr olunub. Azərbaycan tamaşaçılarına kinoteatrlarda son iki ildə “Azərbaycanfilm”in istehsalı olan müxtəlif janrlı və mövzulu dörd fərqli film nümayiş etdirilib.
“Azərbaycan və Qafqazın öyrənilməsi üçün Britaniya Fondu”nun təqdimat mərasimi oldu
İngiltərənin məşhur “Viktoriya və Albert” muzeyində “Azərbaycan və Qafqazın öyrənilməsi üçün Britaniya Fondu”nun təntənəli təqdimat mərasimi keçirilib.
Bəstəkar Nazim Əliverdibəyova həsr olunmuş xatirə gecəsi keçirilib
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Musiqili Teatrın fevral repertuarı zəngindi
Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümün fevral ayı üçün repertuar planını açıqlayıb. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu“Olaylar” – a bildirib ki, Dövlət Musiqili Teatrı bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. Ay ərzində tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) və başqa tamaşalar nümayiş olunacaq. Habelə rusdilli və balaca tamaşaçılar “Silva” (İ. Kalman), “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyandski), “Düyməcik” (H.K. Anderson), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və başqa səhnə əsərlərini izləyə biləcəklər.
“Muğam ifa edəndə özümü səmada hiss edirəm”
Onu xüsusi tanıtmağa fikrimizcə ehtiyac yoxdu. Səhnəmizin düyməcik gözəlini, məlahətli səs sahibini, özünəməxsus səhnə hərəkətləri olan bu bəstəboy gözəli. 2011 – ci il keçirilən Televiziya Muğam Müsabiqəsinin qalibi Kamilə Nəbiyevanı. Onunla müsahibəyə bir az uzaqdan başladıq.
Yazıçı Kamal Abdullanın yeni kitabı işıq üzü görüb
“Edam vaxtını dəyişmək olmaz” adlı kitabda müəllifin çap olunmuş və çap olunmamış hekayələri yer alıb. Onları birləşdirən bədii-estetik xətt mahiyyət etibarilə, müəllifin bütün bədii yaradıcılığından keçir.



.jpg)

.jpg)








