“Bizim Kino Günləri” öz işinə başlayır
Azərbaycan kinosevərlərinə bu layihə artıq 2016-cı ildən tanışdı. Kinostudiyadan “Olaylar” – a verilən məlumata görə ilk layihə Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ümumi işi olub və “Bizim Kino Günləri – Audiovizual Məkanda Peşəkarlıq” adlanırdı.Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, kinomuzda yeni tendensiyalar məsələlərinə həsr olunub. Azərbaycan tamaşaçılarına kinoteatrlarda son iki ildə “Azərbaycanfilm”in istehsalı olan müxtəlif janrlı və mövzulu dörd fərqli film nümayiş etdirilib.
30 Yanvar 2017 19:28 MədəniyyətAzərbaycan kinosevərlərinə bu layihə artıq 2016-cı ildən tanışdı. Kinostudiyadan "Olaylar" - a verilən məlumata görə ilk layihə Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ümumi işi olub və "Bizim Kino Günləri - Audiovizual Məkanda Peşəkarlıq" adlanırdı.Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, kinomuzda yeni tendensiyalar məsələlərinə həsr olunub. Azərbaycan tamaşaçılarına kinoteatrlarda son iki ildə "Azərbaycanfilm"in istehsalı olan müxtəlif janrlı və mövzulu dörd fərqli film nümayiş etdirilib.
"Bizim kino Günləri 2017" də yerli tamaşıçıların görüşünə maraqlı filmlər təqdim olunacaq. Layihə haqqında ətraflı məlumatı maraqlananlar 1 fevral tarixində, saat 16:00-da Nizami Kino Mərkəzində keçiriləcək Mətbuat konfransında ala biləcəklər. İnformasiya dəstəyi: ASAN Radio, Xəzər TV, Mədəniyyət.AZ jurnalı, medeniyyet.info saytıdı.