Gənc Tamaşaçılar Teatrı daha bir beynəlxalq layihəyə start verir... “Çippolino” rusiyalı rejissorun təqdimatında...
30 Yanvar 2017 19:37 Teatr və kinoAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ötən ildə olduğu kimi, bu il də xarici ölkə teatr mütəxəssisləri ilə yaradıcılıq əlaqələrini genişləndirməkdə davam edir. Teatrın 2017-ci il üçün repertuar planında təsdiq olunmuş C.Rodarinin "Çippolino" əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün teatr rəhbərliyi Rostov "Maksimum" teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanovanı Bakıya dəvət edib.
Rusiyalı rejissorla görüşən ADGTT-nın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov Azərbaycan teatrının tarixi, uğurları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat vermişdir. Hazırlanacaq yeni tamaşanın yaradıcı və texniki heyəti, həmçinin tamaşanın səhnə eskizləri ilə tanış olan Y.İvanova Mübariz Həmidovla yeni tamaşanın hazırlanma və nümayiş olunma tarixlərini, habelə, Azərbaycan- Rusiya teatr əlaqələrinin daha da genişləndirilməsi məsələlərini də müzakirə edildi.
Məlumat üçün bildirək ki, hazırda teatrda daha 4 yeni tamaşanın məşq prosesi gedir. Yaxın günlərdə hazırlanan tamaşalardan ikisinin premyerasının nümayişi nəzərdə tutulur.