“Könül nəğmələri”
1 Fevral 2017 10:33 MədəniyyətÖtən gün Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.
Bəstəkarın əsərlərindən ibarət "Könül nəğmələri" adlı konsertdə Xalq artistləri Samir Cəfərov, Brilliant Dadaşova, Ənvər Sadıqov, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, Abbas Bağırov, İnarə Babayeva, Fərid Əliyev, Almaz Orucova, Zakir Əliyev, Ehtiram Hüseynov, müğənnilər Samir Piriyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Zabitə Alıyeva, Fuad Musayev, Emiliya Yaqubova və "Sevil" vokal qrupu iştirak ediblər.
Qeyd edək ki, konsertdə müğənniləri Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri müşaiyət edib.