Bəstəkar Nazim Əliverdibəyova həsr olunmuş xatirə gecəsi keçirilib

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə baş tutan gecədə unudulmaz sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açılıb, sənət dostları onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası konsert proqramı ilə çıxış edib. Konsertdə bəstəkarın müəllifi olduğu əsərlər səslənib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31