Mədəniyyət

Dihaj "Eurovision"da oxudu - Erməni kanalı təxribat etdi

10 May 2017 12:56

Ermənistanın birinci kanalının şərhçiləri "Eurovision" mahnı müsabiqəsinin yayımı zamanı növbəti təxribata əl atıblar.  Bu barədə Rusiyanın gazeta.ru xəbər saytı məlumat yayıb. Bildirilib ki, müsabiqə zamanı Dihajın çıxışından əvvəl çarx yayımlanmağa başlayıb. Şərhçilər Dihajın və Azərbaycanın adını çəkməyiblər. 

ADMİU tələbələri Ağsu rayonunda

10 May 2017 12:42

Ağsu rayon İcra Hakimiyyəti və Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Musiqi sənəti fakültəsinin professor-müəllim və tələbə heyəti ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş konsert proqramında iştirak ediblər.

Ayla Həsənova III  oldu

10 May 2017 12:41

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin dəstəyi ilə 2017 ilin mart ayında Həsənova Ayla Tahir qızı “Testen art Baku” müsabiqəsində 3-cü yeri tutub. Ayla Həsənova həmən ilin may ayında Türkiyənin Antalya şəhərində keçirilən Harmony müsabiqəsində Grand Prize mükafatına layiq görülmüşdü.

Bəhram Osmanov Beynəlxalq rejissor laboratoriyasında

8 May 2017 13:41

Gənc Tamaşaçılar Teatrının baş  rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar İncəsənət Xadimi Bəhram Osmanov növbəti dəfə Beynəlxalq rejissor laboratoriyasında iştirak edəcək.

Diana yarımfinala belə hazırlaşır -  fotolar

5 May 2017 20:02

Kiyevdə “Eurovision” təmsilçimiz Diana Hacıyevanın (Dihaj) məşqinin ikinci hissəsi baş tutub. Dihajın məşqdən fotoları yayılıb. Müğənninin səhnə şousunun müəllifi əməkdar artist Nailə Məmmədzadədir. Diana “Eurovision” səhnəsində mayın 9-da səkkizinci olaraq çıxış edəcək. 

Azərbaycanlı aktrisa Türkiyədə filmə çəkilir: "Təhlükəli səhnələr var"

5 May 2017 19:40

Ölkəsindəki müharibədən qaçıb Türkiyəyə sığınan suriyalı mühacirlərin həyatı ilə bağlı film çəkilir. "Yüzme öğreniyorum" adlanan film ər-arvad olan Ruksan və Hasanın həyatından bəhs edəcək. Baş rolları isə azərbaycanlı aktrisa Könül Nağıyeva və türkiyəli Ergün Kuyucu canlandıracaq. Filmin çəkilişləri İzmir və Ege dənizi sahillərində baş tutacaq.