Mədəniyyət
Mercedez-Benz Fashion Week artıq Bakıda
Tələbələr Denver II skrininq test təlimində
Rafael Dadaşovun səhhəti barədə SON XƏBƏR - QIZI DANIŞDI
Bir neçə gün öncə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafael Dadaşovun səhhəti barədə yeni xəbər var.
Əməkdar artistin səhhəti pisləşdi - xəstəxanaya yerləşdirildi
Əməkdar artist Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Gecə aktrisanın səhhəti pisləşib. N.Allahverdiyeva əməkdaşımızla söhbətində bildirib ki, həkimlər ondan bir neçə gün xəstəxanada qalmağı tələb ediblər: "Qəfildən çox pis oldum. Təcili xsətəxanaya yerləşdirildim. Həkimlər deyir ki, gərginlik və əsəbdəndir.
Elçin Şirinov Muğam Mərkəzində çıxış edəcək
Mayın 20 – də Muğam Mərkəzində istedadlı cazmen və bəstəkar Elçin Şirinov və onun qrupu çıxış edəcək. Mərkəzdən “Olaylar” – a bildirlib ki, konsertdə həmçinin Emiliya Yaqubova, Şamil Məmmədov, Ramiz Sevdiməliyev, Nicat Paşazadə iştirak edəcəklər.
Əməkdar artistlərlə jurnalistlərin QARŞIDURMASI - Vəfa Zeynalovaya görə efirdə GƏRGİNLİK- VİDEO
ARB TV-də Elgiz Əkbərin təqdimatında yayımlanan "Elin gözü" verilişində gərgin anlar yaşanıb. Verilişdə əməkdar artist Vəfa Zeynalovanın "Cavabım var" rubrikasındakı çıxışı müzakirəyə çıxarılıb. Həmin rubrikada əməkdar artistin ona ünvanlanan sualların heç birinə düzgün cavab verə bilməməsi barədə danışan həmkarları mövzuya münasibət bildiriblər.
Yeganə Eyvazovanın "Abidəşünaslıq" adlı monoqrafiyası işıq üzü görüb
Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müdiri, pedaqogika elmlər üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazovanın “Abidəşünaslıq” adlı monoqrafiyası işıq üzü görüb. Universitetdən “Olaylar” – a bildirilib ki, monoqrafiyada tarix və mədəniyyət abidəsi fenomeninin tərifi, əlamətləri, onun status səviyyəsini müəyyən edən dəyər komponentləri təhlil olunur və abidələr ilə bağlı məsələlərin geniş spektri nəzərdən keçirilir.
Uşaq musiqi və incəsənət məktəbləri Bakı Şopping Festivalında
Bakı Şopping Festivalı çərçivəsində Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin nağaraçalanlar, “Köhnə Bakı”, “Aysel”, “Səma” rəqs ansamblları eləcə də Bakı Uşaq Teatrı tərəfindən nümayiş olunan bir-birindən gözəl, əyləncəli proqramlar turist və şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
Elnarə “Azərinlə tək ürək” – də
Ötən gün müğənni Elnarə Xəlilova əməkdar artist Azərinin TRT Avaz telekanalında efirə gedən “Azərinlə tək ürək” proqramında qonaq olub. “Olaylar” – ın məlumatına görə, azərbaycanlı müğənni ilə yanaşı türkiyəli səs sənətçisi Adile Kurt Karatepe də proqramda iştirak edib. TRT Avazın Azərbaycan siması olan Elnarə Xəlilova proqramda yaradıcılığından bəhs edərək, sevilən mahnılarını ifa edib.
Akademik Vasim Məmmədəliyev “Qızıl çinar” mükafatına layiq görülüb
Əməkdar artist xəstəxanaya yerləşdirilib
Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbir
Mayın 10 - da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatcılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsi İnstrumental ifaçılıq kafedrasının bakalavr və magistr pilləsində təhsil alan tələbələrin I elmi ifaçılıq konfransının sonuncu konserti olub.
“İntizar” təqdim olunacaq
Mayın 24-də Opera və Balet Teatrında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin "İntizar" operasının tamaşası keçiriləcək. Teatrdan "Olaylar" - a bildirlib ki, tamaşa bəstəkarın yubileyinə həsr olunub. Operanın libretto müəllifi filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayevadır. Tamaşa Xeyir və Şər qüvvələrin mübarizəsi, günahsız insanların ölümü, yaxın qonşuların xəyanətindən bəhs edir.
Operada "Qafqaza səyahət" və "Ümid valsı"
Mayın 21-də Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti mərhum Aqşın Əlizadənin 80 illik yubileyi münasibətilə onun xatirəsinə həsr olunmuş balet axşamı keçiriləcək. Teatrdan "Olaylar" - a bildirlib ki, balet axşamının proqramına A.Əlizadənin iki birpərdəli baletinin tamaşası - "Qafqaza səyahət" və "Ümid valsı" daxil edilib.
.jpg)
.jpg)











