Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbir

Mayın 10 - da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatcılığı ilə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti  fakültəsi İnstrumental ifaçılıq kafedrasının bakalavr və magistr pilləsində  təhsil alan tələbələrin I elmi  ifaçılıq konfransının sonuncu konserti olub.

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Sonra Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti  fakültəsinin dekanı, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ellada Hüseynova çıxış edib. Musiqi sənəti  fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva çıxış edərək, tələbələri diplomlarla təltif etdi. Sonra tələbələr Azərbaycan, rus və avropa bəstəkarlarının əsərlərindən ibarət qala konsert ilə çıxış etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31