Operada "Qafqaza səyahət" və "Ümid valsı"
Mayın 21-də Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti mərhum Aqşın Əlizadənin 80 illik yubileyi münasibətilə onun xatirəsinə həsr olunmuş balet axşamı keçiriləcək. Teatrdan "Olaylar" - a bildirlib ki, balet axşamının proqramına A.Əlizadənin iki birpərdəli baletinin tamaşası - "Qafqaza səyahət" və "Ümid valsı" daxil edilib.
10 May 2017 19:21 Teatr və kinoMayın 21-də Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti mərhum Aqşın Əlizadənin 80 illik yubileyi münasibətilə onun xatirəsinə həsr olunmuş balet axşamı keçiriləcək. Teatrdan "Olaylar" - a bildirlib ki, balet axşamının proqramına A.Əlizadənin iki birpərdəli baletinin tamaşası - "Qafqaza səyahət" və "Ümid valsı" daxil edilib.
Hər iki tamaşada Teatrın balet truppasının artistləri çıxış edəcəklər. Tamaşaları Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.