“İntizar” təqdim olunacaq
Mayın 24-də Opera və Balet Teatrında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin "İntizar" operasının tamaşası keçiriləcək. Teatrdan "Olaylar" - a bildirlib ki, tamaşa bəstəkarın yubileyinə həsr olunub. Operanın libretto müəllifi filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayevadır. Tamaşa Xeyir və Şər qüvvələrin mübarizəsi, günahsız insanların ölümü, yaxın qonşuların xəyanətindən bəhs edir.
10 May 2017 19:31 Teatr və kinoMayın 24-də Opera və Balet Teatrında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin "İntizar" operasının tamaşası keçiriləcək. Teatrdan "Olaylar" - a bildirlib ki, tamaşa bəstəkarın yubileyinə həsr olunub. Operanın libretto müəllifi filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayevadır. Tamaşa Xeyir və Şər qüvvələrin mübarizəsi, günahsız insanların ölümü, yaxın qonşuların xəyanətindən bəhs edir.
Operanın tamaşasında əsas rolları Xalq artisti Qərinə Kərimova (Əsli), Əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (kəndli) ifa edəcəklər.