Mədəniyyət

“Onu hansı alçaq deyir? Qələt edir!" - Canəli Əkbərov açdı ağzını, yumdu gözünü...

10 May 2017 15:38

Xalq artisti Canəli Əkbərovun səhhətinin pisləşməsi haqda xəbərlər yayılıb. Muğam ustası haqqında çıxan xəbərləri yalanlayaraq, belə xəbərlərin onu əsəbləşdirdiyini bildirib: “Onu hansı alçaq deyir?! Onu kim deyirsə, başından böyük qələt edir! Mənim heç yerim xəstə deyil.

Heydər Əliyev Gənc Tamaşaçılar Teatrında anıldı

10 May 2017 13:38

Gənc Tamaşaçılar Teatrında müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub.Teatrdan “Olaylar” – a bildirlib ki, teatrın direktoru, əməkdar İncəsənət Xadimi Mübariz Həmidov çıxış edərək Azərbaycanın hərtərəfli inkişafında əvəzsiz xidmətləri olan, dünya arenasında ölkəmizin tanınması istiqamətində mühüm işlər görən dahi şəxsiyyət və siyasi xadim Heydər Əliyev haqqında danışıb. Çıxışdan sonra teatrda yeni bir tamaşanın məşqlərinə start verilib. Conatan Sviftin “Qulliver Cırtdanlar ölkəsində” gənc və istedadlı rejissor Elşad Rəhimzadənin səhnələşdirdiyi eyniadlı tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Əməkdar Artist Sənan Hüseynli, rejissor assistenti Sona Mustafayevadır. 

Dihaj "Eurovision"da oxudu - Erməni kanalı təxribat etdi

10 May 2017 12:56

Ermənistanın birinci kanalının şərhçiləri "Eurovision" mahnı müsabiqəsinin yayımı zamanı növbəti təxribata əl atıblar.  Bu barədə Rusiyanın gazeta.ru xəbər saytı məlumat yayıb. Bildirilib ki, müsabiqə zamanı Dihajın çıxışından əvvəl çarx yayımlanmağa başlayıb. Şərhçilər Dihajın və Azərbaycanın adını çəkməyiblər. 

ADMİU tələbələri Ağsu rayonunda

10 May 2017 12:42

Ağsu rayon İcra Hakimiyyəti və Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Musiqi sənəti fakültəsinin professor-müəllim və tələbə heyəti ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş konsert proqramında iştirak ediblər.

Ayla Həsənova III  oldu

10 May 2017 12:41

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin dəstəyi ilə 2017 ilin mart ayında Həsənova Ayla Tahir qızı “Testen art Baku” müsabiqəsində 3-cü yeri tutub. Ayla Həsənova həmən ilin may ayında Türkiyənin Antalya şəhərində keçirilən Harmony müsabiqəsində Grand Prize mükafatına layiq görülmüşdü.

Bəhram Osmanov Beynəlxalq rejissor laboratoriyasında

8 May 2017 13:41

Gənc Tamaşaçılar Teatrının baş  rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar İncəsənət Xadimi Bəhram Osmanov növbəti dəfə Beynəlxalq rejissor laboratoriyasında iştirak edəcək.

Diana yarımfinala belə hazırlaşır -  fotolar

5 May 2017 20:02

Kiyevdə “Eurovision” təmsilçimiz Diana Hacıyevanın (Dihaj) məşqinin ikinci hissəsi baş tutub. Dihajın məşqdən fotoları yayılıb. Müğənninin səhnə şousunun müəllifi əməkdar artist Nailə Məmmədzadədir. Diana “Eurovision” səhnəsində mayın 9-da səkkizinci olaraq çıxış edəcək.