Mədəniyyət
DokuBaku beynəlxalq sənədli film festivalı ADMİU-da
12-20 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə DokuBaku beynəlxalq sənədli film festivalı keçiriləcək. "Olaylar" bildirir ki, Universitetin SABAH qrupu, Televiziya və kino fakültəsinin tələbələrinə “Mən sərhədi keçməmişdim, sərhəd məni keçdi” (I Didn’t Cross The Border: The Border Crossed Me”) filmi təqdim edilib. Gürcüstanlı kinorejissor Toma Çagelişvilinin filmi Gürcüstan və Osetiya arasında baş vermiş münaqişənin Çurvaleti kəndinin sakinlərinə təsirindən bəhs edir. Gürcü dilində ingilis subtitrləri ilə nümayiş olunan sənədli film “sərhəd” ilə qarşılaşan insanların həyatını əks etdirən absurd traqikomediyadır.
“Arşın mal alan” və “O olmasın, bu olsun” operettaları təqdim olundu
Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir. Beynəlxalq nüfuza malik olan tədbirdə Musiqili Teatrı da iştirak edib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, festivalda Musiqili Teatrının ifasında dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” və “O olmasın, bu olsun” operettaları təqdim olunub.
385 ədəd maddi-mədəniyyət nümunəsi muzeyə təhvil verildi muzeyə təhvil verildi
Dövlət Təhlükəsizliyi Xidməti, Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın birgə tədbirləri nəticəsində Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə aid arxeoloji əhəmiyyət kəsb edən 385 ədəd maddi-mədəniyyət nümunəsi Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.
Şəki Dövlət Dram Teatrı mövsümü Avropa İttifaqı ilə birgə açıb
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı üçün 138-ci mövsümün açılışı Avropa İttifaqı Azərbaycan Nümayəndəliyi ilə əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən “Avropa İttifaqı Avtobus Turu-2017” layihəsi çərçivəsində silsilə tədbirlərdə iştirakla yadda qalıb. “Olaylar” bildirir ki, açılışın ilk günü, Teatr Studiyasının tələbələri səhnələşdirilmiş üç Avropa nağılının oxusu üçün Qax şəhərində, kiçik yaşlı şagirdlər qarşısında çıxış ediblər. Axşam isə Şəki Dövlət Daram teatrında H.X. Andesonun nağılı əsasında hazırlanmış “Kralın yeni libası” tamaşasının premyerası baş tutub. Tamaşa ilk olaraq Qax və Şəki məktəbliləri üçün göstərilib.
6 yaşlı azərbaycanlının Rusiya telekanalındakı çıxışı hər kəsi heyrətləndirdi - VİDEO
ADMİU-da seminar
Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Sosial İş İctimai Birliyinin təşkilatçılığı ilə "Müştəri ilə müsahibənin aparılması" mövzusunda seminar keçirilib. “Olaylar” bildirir ki, ABŞ-ın Kolumbiya Universitetinin Sosial iş ixtisası üzrə məzunu Könül Cəfərova tərəfindən keçirilən seminarda Universitetin Sosial iş ixtisasında təhsil alan tələbələri, məzunları və sosial sahədə işləyən mütəxəssislər iştirak edib.
Siyavuş Kərimi Əməkdar artisti işinə qaytardı
Əməkdar artist Cabir Abdullayev yenidən Azərbaycan Milli Konservatoriyasındakı işinə qayıdıb. İşinə bərpa olunan xanəndə məsələnin doğruluğunu təsdiqləyib: "Məktəbdə dərs bölgüləri çatışmırdı. Ona görə narazlıq var idi. Sağ olsun müəllim yoldaşlarım. Onlar qərar verdilər ki, mən işimə davam edim. Birinə həftəlik 10 dərs saatı düşürdüsə, hərəsi öz dərs saatlarından azaldaraq, yenidən müəllimliyimin bərpa olunmasına yardım etdilər".
Elçin Hüseynbəyli - Xaricdən gələn şair həmkarımız bizi necə sevindirdi...
Düzü bilmirəm, eşitdiyimi və bildiyimi sizə deyim, ya yox. Çünki danışacağım əhvalatın sahibi bizim aramızdadır, ola da bilər ki, bu yazını oxuyub özünü tanısın və məndən küssün. Özü oxudu oxudu, oxumadısa, sizdən bir təvəqqəm var: bu söhbəti onun yanında eləməyin. Eləsəniz, bir daha sizə xəlvəti heç nə deməyəcəm. Sizin sədaqətinizə güvənirəm... Tanınmış şairlərimizdən biri ömründə ilk dəfəydi ki, xaricə getmişdi. Hələ səfərə çıxmazdan əvvəl gedəcəyi yerlər barədə ağız dolusu danışırdı, deyirdi ki, onu dəvət edənlər yazdıqlarını əzbərdən bilirlər, hətta cocuqlarına da əzbərlətdiriblər və orda, yəni gedəcəyi ölkədə onun şərəfinə şeir şöləni də düzənləyiblər.
Elza “Xalq şairi”ndən DANIŞIB SƏRT SÖZLƏR İŞLƏTDİ: "Çaqqal-çuqqallar..."
Əməkdar artist Elza Seyidcahan ARB kanalında yayımlanan "Xalqın şairi" verilişinin münsifliyindən getməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Veridyi açıqlamada "Xalqın şairi" verilişinin münsifliyindən getməsi ilə bağlı yayılan xəbərlərin doğru olmadığını deyib: “Elza Seyidcahan əlinə qələm alandan, “Xalq şairi” verilişinində münsif olandan bəri bəzi insanların kütləşmiş beyinləri açılıb. Çox sevinirəm ki, “Xalq şairi” layihəsi insanlar tərəfindən maraqla qarşılanır. İlk növbədə onu qeyd edim ki, verilişdə iştirakım, söhbətlərim, fikirlərim, hətta verilişdən getməyimlə bağlı xəbərlər layihənin daha da baxımlı olduğunu göstərir. Maşallah olsun ki, veriliş böyük reytinq toplaya bilib.
Muğam Mərkəzində dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eldəniz Ələkbərzadənin ifasında dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib. Eldəniz Ələkbərzadə 1996-cı ildə Bakıda anadan olub. 1998-ci ildə ailəsi ilə Sankt-Peterburq şəhərinə köçmüş və ilk musiqi təhsilini məhz bu şəhərdə alıb. 2013-cü ildə Milli Konsevatoriyası nəznində Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsidir.
Azərbaycanda müğənniyə 7 nəfər təcavüz etdi
Aygün Kazımovadan Faiq Ağayevə qarşı GÖZLƏNİLMƏZ ADDIM
Xalq artisti Aygün Kazımova ötən həftə yaradıcılığının 30 illiyinə həsr olunmuş konsertinə qatılmayan Faiq Ağayevdən inciyib. O, xoş günündə A.Kazımovanın yanında ola bilməyən Xalq artistinə incikliyini instaqram hesabında büruzə verib. Belə ki, müğənni onu sosial şəbəkədə izlədiyi insanlar sırasından çıxararaq, "unfollow" edib.
Elza “Xalqın şairi”ndən niyə uzaqlaşdı? – Açıqlama
Növbəti verilişlərdə Elza Seyidcahanın əyləşdiyi kürsüdə dəyərli aktrisamız, əməkdar artist Gülşad Baxşıyeva olacaq. Bu sözləri ARB TV-də yayımlanan “Xalqın şairi” adlı şeir müsabiqəsinin layihə rəhbəri və verilişin aparıcısı Mübariz Əsgərov deyib. Onun sözlərinə görə, E.Seyidcahanla bağlı heç bir problem yoxdur. Sadəcə, verilişin formatı belədir: “Xalıqın şairi” verilişi başlamazdan əvvəl açıqlama vermişdim ki, münsif kürsüsündə şair və ədəbiyyatşünaslardan başqa bir də incəsənət nümayəndəsi olacaq. Bildirmişdim ki, bu incəsənət nümayəndəsi tez-tez dəyişəcək. Burada müğənni, bəstəkar, aktyor və ya aktrisa ola bilər. Elza Seyidcahanla bağlı heç bir problem yoxdur. Orada səslənən şeirlərdən Elza xanım özü də götürüb və musiqi bəstələyəcək. Yəqin verilişin finalında həmin mahnılar səslənəcək.

.jpg)












