Mədəniyyət
“Turizm həftə”sinə start verilir
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr - Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftəsi” elan edir. "Olaylar" bildirir ki, 25-29 sentyabr tarixlərində keçiriləcək “Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə “Ümid Yeri” uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub. Ekskursiyalar 25 sentyabr, saat 12:00-da Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, 26 sentyabr, saat 12:00-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, 27 sentyabr, saat 15:00–da Milli Azərbaycan Tarixi Muzeyinə, 28 sentyabr saat, 15:00-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə, 29 sentyabr, saat 15:00-da Heydər Əliyev Mərkəzinə təşkil ediləcək.
"Kənddə sonuncu yəhudi" sənədli filmi "Rommy" mükafatı uğrunda mübarizə aparacaq
Azərbaycanlı rejissor, aktyor, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü Rüfət Əsədovun "Kənddə sonuncu yəhudi" sənədli filmi Böyük Britaniyanın Romford film festivalı çərçivəsində 2017-ci ilin ən yaxşı filmləri siyahısına seçilib. Film festivalın "Rommy" mükafatı uğrunda mübarizə aparacaq. Film ailəsi, qohumları İsrailə köçsə də, doğulduğu kəndi tərk etməyib Azərbaycanda qalmağı seçən 83 yaşlı Meir Manaşirovdan bəhs edir.
5000 illik tarixə malik qazma tipli evlər aşkarlandı - AZƏRBAYCANDA
Azərbaycanda 5000 illik tarixə malik qazma tipli evlər aşkarlanıb. Kür-Araz mədəniyyətinə aid abidə Şabran rayonu, Aygün kəndi ərazisində Çaqqaltəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəisi Səfər Aşurovun verdiyi məlumata görə, ərazidə 3 təpə var və onların hər biri eramızdan əvvəl (e.ə) IV minilliyin sonu III minilliyin əvvəlinə aiddir.
"Musiqidə əbədiləşən ömür"
Görkəmli bəstəkar, ictimai xadim, dirijor Müslüm Maqomayev Azərbaycan musiqisinin inkişafında əvəzsiz xidmətləri olmuş dahi şəxsiyyətlərdəndir. Maqomayevin Azərbaycan musiqisində bəstəkar yaradıcılığının Avropa janrına uyğunlaşmasında çox önəmli rolu vardır. O hesab edirdi ki, improvizasiya üsulundan uzaqlaşmaq, operada çoxsəsli xora üstünlük vermək lazımdır. O ifaçı tərəfindən edilən improvizasiya üsulunun əleyhinə idi. Onun fikrincə operanın mütləq not yazısı olmalı, ifaçılar ciddi surətdə həmin not yazısını ifa etməli idi. Bu fikirlər Azərbaycan musiqisində səhnə əsərlərinin Avropa sayağı formalaşmasının ilk qığılcımları idi. Əbdül Müslüm Məhəmməd oğlu Maqomayev 1885-ci il sentyabrın 18-də Qroznı şəhərində sadə və zəhmətkeş silahqayıran dəmirçinin ailəsində anadan olmuşdur. Maqomayevin musiqi ilə ilk tanışlığı evlərində başlamışdır. Atası dəmirçi olsa da musiqini çox sevən biri idi.
Gənc Tamaşaçılar Teatrı 90 - cı yubiley mövsümünə start verdi
Sentyabrın 23-də Gənc tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümünə start verdi. Teatrın səhnəsində böyük M.F.Axundzadənin “Hekayəti-Xırs-Quldurbasan” tamaşası nümayiş olunub. T"Olaylar" bildirir ki, tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Əməkdar artisti, Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi Mübariz Həmidov , teatrın veteran aktyorları və ötən mövsümdə “Sima” mükafatına layiq görülmüş əməkdaşları mövsümün açılışı ilə əlaqədar tamaşaçıları salamlayaraq təbrik etdilər. Teatrın direktoru çıxışı zamanı diqqətə çatdırdı ki, bu il ADGTT özünün 90 illik yubileyinə hazırlaşır.
Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin 90 illik yubileyi Varşavanın Kral Sarayında qeyd ediləcək
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” 10 fevral 2017-ci il tarixli, 2663 nömrəli Sərəncamının içrası çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə cari ilin 24 sentyabr tarixində Polşanın ən mötəbər konsert zallarından biri olan Kral Sarayında təntənəli konsert təşkil ediləcəkdir. "Olaylar" bildirir ki, Varşava şəhərində keçiriləcək təntənəli konsertdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov, Əməkdar artist, Prezident mükafatçısı, tarzən Sahib Paşazadə və Əməkdar artist, violoncel ifaçısı Aleksey Miltıx çıxış edəcəkdir.
Milli Dram Teatrı mövsümü "Qarabağnamə" ilə açdı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümü “Qarabağnamə” tamaşası ilə açıb. "Olaylar" bildirir ki, Xalq Yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Ən böyük xəyanət – Rəbiqə yazır...
Rəbiqə Nazimqızının “Ən böyük xəyanət sənsizliyin özüdür” essesi. Almalı qəlyanının ətri gəlir aralıdan. Hava soyuyub. Adam azdı. Bir az aralıda tanışlardı. Masalarına dəvət etdilər, getmədim. Özümü görmək istəmirəm, onlar özümü xatırladacaqdılar, başlayacaq bir az ezoterik, bir az ədəbi söhbətlər. O şairin heç vaxt mənasını anlamadığım uzun-uzadı çıxışı.
Nailə Mirməmmədli gəlini ilə görüntüləndi
Röya Zabit Səmədovla SEVGİLİ OLMASINDAN DANIŞDI: “O mənim...”
Musiqili Teatrda - “Molla Nəsrəddinin beş arvadı”
Sentyabrın 22 – də Dövlət Musiqili Teatrında məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyası nümayiş olunacaq. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” - a bildirib ki, ötən - 107-ci teatr mövsümünə məhz bu tamaşanın premyerası ilə yekun vurulub. Dilsuz Mustafayevin Azərbaycan dilinə tərcümə etdiyi səhnə əsərinin ilk baxışdan sadə süjet xəttinə malik olduğu görünsə də, hadisələr inkişaf etdikcə əslində, bu sadəliyin altında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır. Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəraları, tərəflərin bir-birinə qarşı qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür. Dinamik hadisələr, gözlənilməz və qəh-qəhə dolu situasiyalarla zəngin olan səhnə əsərində bir daha Molla Nəsrəddinin bütün dövrlərin müasiri olduğu təsdiqini tapır.
“Şəhadət” filminin təqdimat mərasimi keçirilib
Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filminin təqdimat mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və əməkdaşları, Yeni Azərbaycan partiyasının fəal gəncləri və dini icma nümayəndələri iştirak ediblər. Tədbirdə sənədli film nümayiş etdirilib.
“Mahmud Qaşqarlı” mükafatı təqdim edildi
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda növbəti dəfə Mahmud Qaşqarlı adına Beynəlxalq Fondun təsis etdiyi “Mahmud Qaşqarlı” mükafatının təqdimat mərasimi keçirilib. Bugünkü təqdimatda xalq yazıçısı Çingiz Abdullayev və hüquq elmləri doktoru, professor İlham Rəhimov “Mahmud Qaşqarlı” mükafatı ilə təltif ediliblər.
Elnarə ərindən danışdı: "Mənə əl qaldırsa…"
Müğənni Elnarə Xəlilova şəxsi həyatından bəhs edib. Sənətçi həyat yoldaşı ilə bağlı maraqlı açıqlamalar verib: "Bu illər ərzində bir dəfə də olsun həyat yoldaşım Rövşən mənə əl qaldırmayıb. O bilir ki, əgər mənə əl qaldırsa, həmin gün onun yanından gedərəm. Mənə əl qaldırmasa da, bir baxışı və bir kəlmə sözü bəs edir. O, elə bir sərt söz deyə bilər ki, adamın yeddi qatından keçər. Necə deyərlər, əsl Azərbaycan kişisidir.










.jpg)



