Mədəniyyət
İftixar Piriyevə töhmət verildi, direktor müavini işdən getdi — NAZİRLİK AÇIQLADI
İrəvan Dövlət Azərbaycam Dram Teatrının direktoru İftixar Piriyevə töhmət verilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Şıxməmmədov məlumat verib.
ATV-də işdən çıxarılan Azər Zahid rejissorla dava edib
ATV-nin tanınmış aparıcısı Azər Zahid işdən çıxarılıb. Aparıcının bu hadisədən sonra ölkədən qaçdığı xəbəri yayılıb. Məlum olub ki, Azər Zahid hazırda Dubayda istirahətdədir. O, telekanaldan bir neçə həftə öncə ayrılmaq qərarı verib.
Xalq artisti: "O, məni özündən uzaqlaşdırmayan yeganə məşuqəmdir"
Zaman onu zahirən dəyişib. Amma qəlbi, düşüncələri, həyata, dostlara olan münasibəti heç dəyişməyib. Gəncliyindən necə "komsomol Ramiz"dirsə, eləcə də qalıb. Tanıyanlar onun barəsində "sözübütöv, kişi adamdır", deyir. Tamaşaçıları üçün o, misilsiz aktyordur. Mənimsə ona xüsusi müraciətim var: "bakılı balası"... Aramızdakı yaş fərqinə baxmayaraq, bu səmimi müraciətimdən heç vaxt inciməyib. Amma yox... bu dəfə incikliyini bildirdi: "unutmusan məni, çoxdandı dərdləşmirik"- dedi. Və biz oturduq... dərdləşdik.
Yeniyetmə rəssamlar Aprel döyüşləri qəhrəmanlarının obrazlarını yaradırlar
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi "Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi" layihəsi davam edir. JEM-dən Olaylar- a verilən məlumata görə, 4 ay müddətində - iyul - noyabr ayları boyunca keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Uşaq Filarmoniyasında təhsil alan yeniyetmə rəssamlar 2016-ci ilin aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin şücaət göstərdiyi anın rəsmini çəkəcəklər.
Teatrda direktora etiraz - 9 nəfər getdi
İrəvan Dövlət Azərbaycan Dram Teatrından kütləvi istefalar başlayıb. Bir neçə gün öncə teatrı daha üç nəfər tərk edib. Bunlar aktrisalar Ayşən Mirzəzadə və Məryəm Qələndərova, aktyor Əhliman Ərşadlıdır.
Faiq Ağayev Röya ilə bağlı HƏR ŞEYİ AÇDI: “O, maskalanmış halda...”
Xalq artisti Faiq Ağayev və Əməkdar artist Röya Ayxan arasında qalmaqal daha da qızışıb. Mövzuyla bağlı F.Ağayevin mətbuat xidməti müraciət yayıb: “Əslində, xoşagəlməz haldır. Görünür, istəməsəm də, mövqe bildirməliyəm. Röya 2000-ci illərdə səhnəyə gəldiyi ilk, əzəl gündən məndən yalnız səmimi rəğbət, əməli dəstək görüb. El-aləmin onu kəsib-baltaladığı, kəskin tənqid etdiyi bir dönəmdə sənət aləmində ancaq mən ona arxa-dayaq durdum.
Pərvin Abiyeva: "Tamaşaçıları 3 ay bezdirəcəyim üçün çox sevincliyəm"
Aktrisa Pərvin Abiyeva daha bir filmdə rol alıb. SİA-ya bu haqda aktrisanın özü açıqlama verib: ""Gecə qonağı2" filmində çəkildim. Ekran işinin 4 gündən sonra möhtəşəm qala gecəsi baş tutacaq. Film kinoteatrlarda oktyabr, noyabr, dekabr aylarında nümayiş olunacaq.
Nadir canlı yayımda Zaura şillə vurmaq istədi - FOTO
Azərbaycan musiqiçiləri Varşavada
Prezident İlham Əliyevin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” 10 fevral 2017-ci il tarixli, 2663 nömrəli Sərəncamının içrası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə cari ilin 24 sentyabr tarixində Polşanın ən mötəbər konsert zallarından biri olan Kral Sarayında təntənəli konsert təşkil edildi. Olaylar bildirir ki, çoxəsrlik tarixi olan Varşava şəhərinin qədim saraylarından olan Kral sarayında keçirilən təntənəli konsertdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, Fransa və Macarıstan ordenlərinin kavaleri, pianoçu Murad Hüseynov, Əməkdar artist, Prezident mükafatçısı, tarzən Sahib Paşazadə və Əməkdar artist, violoncel ifaçısı Aleksey Miltıx çıxış etdilər.
Röya: "Xoşbəxt olmaq istəyirsənsə..."
Sabah Gənclik Mallda səhnə kostyumlarının sərgisini keçirməyə hazırlaşan əməkdar artist Röya Ayxan dəbi və trendləri yaxından izlədiyini, lakin kimisə təkrarlamağı sevmədiyini bildirib.
"O bilir ki, Aygün Bayramova kimdir" - Xalq artisti həyat yoldaşından danışdı - VİDEO
ARB TV-nin "Ömrün fəsilləri" verilişinin növbəti qonağı xalq artisti, xanəndə Aygün Bayramova olub. Xanəndə, ilk olaraq, yeni ailə qurmasından danışıb: "Sənət başqadı, ailə başqa. Seçim bir az çox çətindi. Mən çox seçici adamam. İnsanı gərək ailə qurduğu insanı başa düşsün. Birinci növbədə, etibarını qazanmalısan. Bunlar şərtdir. İnsanın yarı olmalıdır. Heç vaxt düşünməmişəm ki, xətir üçün ailə qurulmalıdır".
Damlanın sevgilisi ona verdiyi "Porche"ni əlindən aldı - İDDİA
Müğənni Damla şəxsi həyatında çətin günlər yaşayır. Sevgilisindən ayrılan müğənni Damlanın avtomobili əlindən alınıb. Belə ki, Bakıda fəaliyyət göstərən məşhur mebel salonlarından birinin sahibi olan iş adamı Damla ilə ayrıldıqdan sonra ona verdiyi "Porsche" markalı avtomobili əlindən alıb.
Kolumbiya yazıçı AYB – də
V Bakı Beynəlxalq Sərgi-Yarmarkası çərçivəsində paytaxtımızda səfərdə olan Kolumbiya yazıçısı və araşdırıcısı Conrado Zuluaga ilə Azərbaycan Yazıçılar Birliyində (AYB) görüş keçirilib. AYB-dən Olaylar -a bildirilib ki, birliyin sədri, Xalq Yazıçısı Anar qonağa Azərbaycan tarixi, Qarabağ həqiqətləri barədə məlumat verib, fikir mübadiləsi aparılıb. Görüşdə Kolumbiya–Azərbaycan ədəbi əlaqələrinin inkişaf perspektivləri, bütövlükdə ispandilli ədəbiyyatın dünyadakı yeri, yeni nümun
Emin Sabitoğlu məşhur melodiyanı oğurlayıb? – Video
Emin Sabitoğlunun qızı atasının "plagiat" musiqisindən DANIŞDI - AÇIQLAMA
Azərbaycanın Xalq artisti, bir çox məşhur mahnının müəllifi, çox sayda Azərbaycan filminin musiqilərinin bəstəkarı Emin Sabitoğlunun qızı Ceyran Mahmudova “İstintaq” filminin soundtrekinin plagiat olmasına münasibət bildirib.














