Mədəniyyət
ADMİU-da səhnə plastikası və səhnə döyüşü üzrə ustad dərslər
Rusiya Dövlət Səhnə İncəsənəti İnstitunun Aktyorluq və Rejissorluq fakültəsinin dekanı, dosent İqor Kaçayev Mədəniyyət və İncəsənət Universitetinin qonağı olub. Olaylar bildirir ki, ilk öncə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə görüşən aktyor ali məktəbin fəaliyyəti ilə yaxından tanış olub. Görüşdə tələbələrin məşq zamanı səhnədə rəqs və plastikasından, komanda şəklində birgə hərəkətinə xüsusi diqqət ayrılmasından, treninqlərin məqsəd və vəzifələrindən danışılıb.
Muğam Mərkəzində “Muğamın meracı” adlı kitab təqdim olundu
Beynəlxalq Muğam Mərkəzində Xalq Artisti Alim Qasımova həsr olunan “Muğamın meracı” kitabının təqdimatı keçirilib. Olaylar bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan bu kitabının müəllifi Lətifəxanım Əliyevadır. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə muğam sənətinin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Alim Qasımovun yaradıcılığını mədəniyyətimiz üçün hadisə adlandıran nazir deyib ki, son illər muğamlarımız onun ifasında daha geniş üfüqlərə yol açıb, daha geniş zirvələri fəth etməyə başlayıb. Alim Qasımov bu gün Azərbaycan musiqisini dünyaya təqdim edən elçilərdən biridir.
AMEA-da kolumbiyalı yazıçı Konrado Zuluaqa ilə görüş
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda kolumbiyalı yazıçı, professor Konrado Zuluaqa ilə görüş keçirilib. Olaylar bildirir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın müstəqillik qazandıqdan sonra digər ölkələrlə elmi əlaqələrinin gücləndiyini və inkişaf etdiyini söyləyib. Akademik bu gün baş tutan görüşün gələcəkdə iki ölkə arasında elmi əlaqələrin formalaşmasına təkan verəcəyini diqqətə çatdırıb. İ.Həbibbəyli Kolumbiyanın əfsanəvi yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin əsərlərinin Azərbaycan dilinə tərcümə olunduğunu və xüsusilə "Yüz ilin tənhalığı" romanının oxucular tərəfindən sevildiyini söyləyib.
Elariz Məmmədoğlunun sevincinin həddi-hüdudu yoxdur
Tanınmış jurnalist Rəqsanəni biabır etdi: “Özünün, qızının lüt şəklini…”
“Mətbuatın Rəqsanənin qiymətləndirməsinə ehtiyacı yoxdur, minnətləri olsun ki, media onlardan yazır”. Lider TV də efirə gedən “Status” verlişində “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı müğənni Rəqsanə haqqında sərt sözlər deyib.
Mirzə Kazımbəyin məşhur əsəri Azərbaycan dilində
Böyük dilçi və şərqşünas alim Mirzə Kazımbəyin dünyaca məşhur "Türk-tatar dilinin qrammatikası" əsəri bugünlərdə Azərbaycan dilində geniş şərhlərlə çapdan çıxıb. Olaylar bildirir ki, Azərbaycan dilçiliyinin və ümumən türkologiyanın şah əsərini müəllifin ana dilinə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov tərcümə edib.
Müğənnilər ATV-də sənətçilərə qoyulan qadağadan DANIŞDILAR
ATV-nin prezidenti vəzifəsindən uzaqlaşdırılan Vüqar Qaradağlının bəzi sənətçilərə efirdə qadağası qoyduğu barədə məlumatlar tirajlanıb. Bəzi KİV-lərdə dərc olunmuş xəbərlə əlaqədar bir neçə sənətçiyə sorğu ünvanladıq.
Teatrda PREMYERA
Sentyabrın 29-u saat 19:00-da Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasının premyerası baş tutacaq. Olaylar bildirir ki, “Cəza” tək adamlıq psixoloji oyun dramıdır. Tamaşada əsas və yeganə rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edir. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.
Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb
Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına sentyabrın 26-da yekun vurulub. Festivalın bağlanış mərasimində elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Gecədə Almaniyanın Münhen Akademik Orkestri çıxış edib. Gənc dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə gerçəkləşən konsertin solisti Xalq Artisti Murad Adıgözəlzadə olub. Konsertdə dahi bəstəkarın və bir sıra dünya bəstəkarlarının əsərlərinə müraciət edilib.
"Qapı" - dan seçmələr...
Oktyabrın 1- də saat 15:00 - 17:00 - dək BookZone kitab evində gənc yazar Hədiyyə Şəfaqətin "Qapı" adlı şeirlər kitabının təqdimatı olacaq. "Olaylar" "Qapı" - da yer alan bir neçə şeirləri oxuculara təqdim edir.
“Türkiyə - Azərbaycan nəşriyyatçılığı” adlı simpozium keçiriləcək
Sentyabrın 28-də saat 15:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Türkiyə - Azərbaycan nəşriyyatçılığı” adlı simpoziumun açılış mərasimi keçiriləcək. “Olaylar” bildirir ki, açılış mərasimində səfirlik nümayəndələri, Türkiyənin və Azərbaycanın ədəbiyyat adamları, tanınmış alimlər, yayım evlərinin rəhbərləri, nəşriyyat müdirləri, media nümayəndələri və s. iştirak edəcək.
Oxucular Alim Qasımovu “sufi-filosof-xanəndə” tandemində tanıyacaqlar
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan “Muğamın meracı” adlı kitab muğamsevərlərin və Alim Qasımov sənətinin vurğunlarının ixtiyarına verilib. Kitabın müəllifi Lətifəxanım Əliyevadır. Nazirlikdən bildirilib ki, kitabda dünyaca məşhur muğam ifaçısı, Xalq Artisti Alim Qasımov haqqında respublikanın tanınmış şəxsiyyətlərinin müsahibələri toplanıb.
Muğam Mərkəzində tanınmış xanəndəyə həsr edilmiş ədəbi-bədii musiqili gecə
Sentyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndə Məmmədəli Əliyevə həsr edilmiş ədəbi-bədii musiqili gecə təşkil edilib. “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşən musiqili gecədə sənətkarın qəzəlləri səslənib, xidmətlərindən danışılıb.
"Amerikada pasportumu ermənilər oğurladı"
Qardaşım Amerikada yaşayır, onun yanına getdim. Frankfurtda bomba təhlükəsi elan olundu. Artıq təyyarəyə keçəndə polislər qaça-qaça gəlib bizi apardılar. Bir çox şəhər gəzdim.
Sabah muzeylərə giriş pulsuz olacaq
27 sentyabr - Dünya Turizm Günü ilə əlaqədar sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan bütün tarix və mədəniyyət abidələrinə, muzeylərə giriş ödənişsiz olacaq.














