Mədəniyyət

Arif Nərimanbəyovun 100 illik yubileyi qeyd oluncaq

3 Oktyabr 2017 14:55

6 oktyabr, saat 17:00-da Mədəniyyət və Turizm Nazirliyi və Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Dövlət Film Fondunda görkəmli kinooperator Arif Nərimanbəyovun 100 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. A.Nərimanbəyov 1944-cü ildən ömrünün sonuna kimi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əvvəllər II operator, sonralar quruluşçu operator işləyib.

Ramiz Məlik Məleykə Əsədovadan üzr istəyib

3 Oktyabr 2017 13:48

Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədova ilə aralarında baş verən insidentə münasibət bildirib. R. Məlik açıqlamasında qeyd edib ki, baş verənlər anlaşılmazlıq üzündən olub, peşmançılıq hiss keçirir: "Mən istəyirəm ki, bu söz-söhbətə birdəfəlik son qoyam. Son zamanlar əsəbi olmağım bəzi problemlərə səbəb olur.

Məşhur meyxanaçı həmkarlarını tənqid etdi: ""Nabrana gedək, 2 ceyran götür" kimi söz deyənləri..."

3 Oktyabr 2017 13:38

Meyxanaçı Aqşin Fateh həmkarları arasında baş verən qalmaqaldan danışıb. Açıqlama verən meyxanaçı bu kimi lazımsız davaların şairə yaraşmadığını bildirib. Onun sözlərinə görə, söyüşlə meyxana demək söz ustadına yaraşmır: "İstəməzdim ki, həmkarlarım arasında belə xoşagəlməz hadisələr baş versin. Şairə yaraşmaz. Biri var şəxsiyyətini təhqir edələr, o zaman kimliyindən, harda olmağından aslı olmayaraq özünə hörmət edən insan kimi əlbəyaxa da olarsan, hələ o yana da keçərsən. Əgər xırda şeylər üstə söz-söhbət düşübsə, yola vermək olar.

Ukraynalı balet ulduzları "Qu Gölü"  - ndə

3 Oktyabr 2017 13:24

Oktyabrın 14-də Opera və Balet Teatrında P.Çaykovskinin "Qu gölü" baletinin tamaşasınümayiş olunacaq. Olaylar bildirir ki, tamaşada əsas partiyaları Ukrayna Milli Operasının aparıcı solistləri, Ukraynanın Əməkdar artistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Olqa Qolitsa və Denis Nedak ifa edəcəklər.

Nodar Şaşıqoğlunun 90 illik yubileyi qeyd ediləcək

3 Oktyabr 2017 13:24

Oktyabrın 6-da Yasamal rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xalq Artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlunun 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək. Tədbirdə elm, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Tanınmış aktyor işdən çıxarıldı — QALMAQAL

3 Oktyabr 2017 13:18

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının tanınmış aktyoru Əjdər Zeynalov işdən uzaqlaşdırılıb. Məlumata görə, buna səbəb kimi onun işə gecikməsi göstərilib: "Mən səhər 10-un yarısında qol çəkməyə gəldim. Bildirildi ki, tabel hələ hazır deyil.

104 ədəd arxeoloji tapıntı muzeyə təhvil verildi

3 Oktyabr 2017 12:16

AMEA-nın Milli AzərbaycanTarixi Muzeyi tarixi irsimizin tədqiqi, təbliği və mühafizəsini həyata keçirmək məqsədilə cari ildə də maddi-mədəniyyət nümunələrinin qəbulunu davam etdirib. Olaylar bildirir ki, qəbul edilmiş nümunələr arasında 104 ədəd arxeoloji, 1 ədəd təsadüfi tapıntı var. Sözügedən nümunələr 2017-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk orta əsrlər arxeologiyası şöbəsinin əməkdaşları tərəfindən Şamaxı rayonu Dəmirçi kəndi yaxınlığındakı nekropolda tapılıb.

"Səs” – in  növbəti uğuru

3 Oktyabr 2017 11:32

Mədəniyyət və İncəsənət Universitetinin məzunu Ərturan Nəcəfinin “Səs” qısametrajlı bədii filmi növbəti uğura imza atıb. Olaylar bildirir ki, film Bosniya və Hersoqovinanın Pale şəhərində keçirilmiş XI Jahorina Beynəlxalq Film Festivalının qısametrajlı bədii filmlər bölməsində "Golden Mapple” (birinci mükafat) mükafatına layiq görülüb.

Teatr Beynəlxalq Festivallarda...

3 Oktyabr 2017 11:33

Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasının Elista şəhərində keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak edib. Olaylar bildirir ki, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Festivalda teatr A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə təmsil olunur.

Türkiyəli ilə ailə quran aktrisamız: “İlk həyat yoldaşı bizi şantaj edir”

2 Oktyabr 2017 18:31

Türkiyə vətəndaşı ilə ailə qurub, İstanbula köçən aktrisa Cəmilə Tağıyeva həyat yoldaşının ikinci xanımı olması barədə yayılan xəbərlərə aydınlıq gətirib. Məlumata görə, musavat.com saytına açıqlama verən aktrisa həyat yoldaşının birinci evliliyindən xəbərdar olduğunu deyib: “Həyat yoldaşımın daha öncə evlənib boşandığını bilirəm. Bir ilə yaxın evli olublar.

Nigar Camaldan İNANILMAZ HƏRƏKƏTLƏR: qarşısına çıxan kişiləri bir-bir ƏZİŞDİRDİ - VİDEO

2 Oktyabr 2017 14:17

Avroviziya qalibimiz Nigar Camal "Kəklikotu" adlı komediya filminə çəkilib. Ekran işində Arzu obrazını canlandıran ifaçı bu rol üçün xeyli çalışmalı olub. Azərbaycanlı kaskadyorlar qrupuyla məşqlər edən N.Camal cəsarətli döyüş səhnələri ilə diqqət çəkəcək. Hazırlıq prosesindən yayılan görüntülər isə indidən tamaşaçıların marağına səbəb olub. Həmçinin filmdə tanınmış simalarda yer alıb. Onların sırasında aktyorlar Kamran Ağabalayev, İslam Mehrəliyev, Müşviq Şahverdiyev, Fərda Xudaverdiyev, Mirsalam Mirsalamov, Rövşən Məmmədli, Əlixan Rəcəbov, rejissor Aqil M.Quliyev və başqaları var.

Şövkət Məmmədovanın 120 illik yubileyi - Opera və Balet Teatrında

2 Oktyabr 2017 13:04

Oktyabrın 11-də Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası nümayiş olunacaq. Olaylar bildirir ki, tamaşa Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunub. Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir. Ölməz sənətkarın xatirəsinə həsr edilmiş tamaşada teatrın aparıcı solistləri -  əməkdar Artistlər İnarə Babayeva, Fərid Əliyev, Cahangir Qurbanov, Əkrəm Poladov, Xalq Artisti Əli Əsgərov  və gənc solist Nina Makarova çıxış edəcəklər.

Nizami Kino Mərkəzində uşaqlara pulsuz seans

2 Oktyabr 2017 13:01

Mədəniyyət və Turizm Baş Idarəsinin “Turizm həftəsi” lahiyəsi çərçivəsində və Nizami Kino Mərkəzinin dəstəyiylə Binədə yerləşən “Ümüd” uşaq sığınacağının sakinlərinə 3D formatında çəkilmiş ABŞ istehsalı olan “Leqo Nindzyaqo” animasiya filmi nümayiş olunub. Olaylar bildirir ki, Mədəniyyət və Turizm Baş İdarəsinin və Nizami Kino Mərkəzinin əməkdaşları bu nümayişi tam təmənnasız təşkil ediblər.

Milli Dram Teatrında PREMYERA

2 Oktyabr 2017 12:12

Oktyabrın 6-da Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat katibi Cavid Zeynallı Olaylar- a bildirib ki, xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.