Mədəniyyət

Mətanət biabir etdi: "Yekə arvadsan, niyə ölüb, yerə girmirsən?!"

4 Oktyabr 2017 13:45

Heç vaxt qıcıqlanmıram, çünki gizlin işım yoxdur. Gözəllik bizdə genetikdir, anam da gözəl bədən quruluşuna malik olub. Həmişə biz bacıların gözəlliyindən danışılıb. Amma gözəlliyimiz iynə olub, batıb pis gözlərə. Bəzən özümün də qulağıma çatır, deyirlər ki, Mətanət plastik əməliyyatlar etdirərək gözəlləşib.

Azərbaycan Özbəkistanda keçirilən 23-cü Daşkənd Beynəlxalq Turizm Yarmarkasında təmsil olunub

4 Oktyabr 2017 13:22

Cari il 3 oktyabr tarixində Daşkəndin Mərkəzi Sərgi Sarayında “Turizm İpək yolu ilə” 23-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasının (ТМТЯ-2017) rəsmi açılışı olmuşdur.

“Fədayə Laçın mənə qədər bir neçə oğlanla...” - Tacirdən EŞQ ETİRAFI

4 Oktyabr 2017 12:43

Müğənni Tacir Şahmalıoğlu bir zamanlar duet ortağı olan həmkarı Fədayə Laçınla sevgili olması barədə gəzən şayiələrə toxunub. Məlumata görə, “Show time” verilişində qonaq olan ifaçı bir neçə il öncə söylədiyi “Fədayə ilə münasibətim olub” sözlərini danıb: “Ailəm var, balalarım var. Ailəmin bir tükünü milyon insana dəyişmərəm. Duet ortaqlığı belədir ki, biz məcburən bir yerdə olurduq. Bir yerdə olanda deyirlər ki, sevgili həyatı yaşayırıq. Bəlkə Fədayə xanım məni sevirmiş, mənim bundan xəbərim olmayıb. Fədayə xanım çox şey deyə bilər. Mən onunla sevgili olmamışam. Sevmək? Sevmək ancaq qızla oğlan arasında olur. O, mənə qədər bir neçə insanla tanış olub. Mən onla necə sevgi yaşaya bilərəm ki? Fədayə çox şey deyə bilər. Amma mənim ailəm var”.

Məleykə Əsədova: Ramiz Məlikin üzr istəməsi heç nəyi dəyişməyəcək

4 Oktyabr 2017 12:20

“Mənə pis təsir edib, kaş olmazdı. Geyim mənə məxsusdur, özüm bilərəm. Xarici ölkələrə gedəndə uzun geyinməyəcəyəm ki... Bundan sonra da istədiyimi geyinəcəyəm. Bədən ölçülərim buna uyğundur. Öz dünyam var, heç kim ona qarışmasın. Gedib öz ailəsinə qarışsın”. Məlumata görə, bu sözləri Xalq artisti Məleykə Əsədova son günlər qalmaqal yaşadığı həmkarı Ramiz Məlikin ünvanına deyib.

Çinarə Məlikzadənin eks-əri İLK DƏFƏ evliliklərindən DANIŞDI: “Təklif gəlsə...”

4 Oktyabr 2017 11:41

Keçmiş ər-arvad, müğənni Çinarə Məlikzadə və aktyor Əlibəy Məmmədli eyni tədbirə qatılıblar. Eks-cütlük qarşılaşmamaq üçün sanki gizlənpaç oynayıblar. Ə.Məmmədli tədbirə yalnız gəlsə də, Çinarənin yanında prodüseri olub.

“Gecə qonağı 2” filmi təqdim olundu

4 Oktyabr 2017 11:17

Rejissor Kənan Mahmudovun çəkdiyi “Gecə qonağı 2” filminin qala gecəsi baş tutub. Olaylar bildirir ki, tədbir ulduz axını ilə yadda qaldı və məhşur aktyorlar, rejissorlar, tanınmış simaları bir araya toplandı.

Professor Ə.M.Rəcəbliyə həsr olunmuş elmi sessiya

4 Oktyabr 2017 10:46

Tarixi Muzeyində görkəmli tarixçi, numizmat-alim, muzeyin qocaman əməkdaşı, Numizmatika və epiqrafika elmi-fond şöbəsinin müdiri, t.ü.e.d., professor Əli Rəcəblinin 90 illik yubiley tədbiri keçirilib. Tədbirdə Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akad. Nərgiz Axundova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. Maisə Rəhimova, tarixçilər, arxeoloqlar, muzeyin kollektivi və b. iştirak ediblər. Olaylar bildirir ki, tədbiri Tarixi Muzeyinin direktoru, akademik Nailə xanım Vəlixanlı giriş sözü ilə açaraq qonaqları salamladı və prof. Əli Rəcəblini yubileyi münasibətilə təbrik etdi. O, bildirdi ki, ömrünün yarıdan çoxunu - 64 ilini numizmatika sahəsinə, muzeyə həsr etmiş alim böyük yaradıcılıq yolu keçmiş və uğurlar əldə etmişdir. Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva iştirakçılara yubilyar alimin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Tədbirdə tarixçi alimə həsr olunan slayd-film nümayiş olundu.

Nazpəri Dostəliyevanın yalan vədləri və diqqətsizliyi...

4 Oktyabr 2017 10:36

“Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva  Mədəniyyət və İncəsənət Univrsitetində vokal müəlliməm olub. Nazpəri xanım gözəl səsli sənətçimizdir, fəxrimizdir. Amma buna baxmayaraq, mənə qarşı edilən haqsızlıqlara göz yuma bilmirəm. Belə ki, o, mənə vəd verdiyi və böyük ümidlərlə gözlədiyim sözdə dəstəyini bu günə qədər əsirgəyib.” Bunu xalq artistinin tələbəsi, müğənni Aref Kemal mətbuata açıqlamasında deyib. O, bildirib ki, Nazpəri Dostəliyevanın ona qarşı laqeyd münasibəti dəfələrlə olub:

"Ultimatum" adlı sənədli filmi təqdim olunacaq

4 Oktyabr 2017 09:16

Oktyabrın 4-də saat 11:00-da Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Prezidentinin QHT-na Dövlət Dəstəyi Şurasının Dəstəyi ilə Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi tərəfindən hazırlanmış “Milli-mənəvi dəyərimiz olan Azərbaycan odusunun ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda mübarizədə düşmən qarşısında yenilməzliyinin təbliği” adlı layihənin təqdimatı keçiriləcək. Olaylar bildirir ki, tədbirdə İctimai Birlik tərəfindən hazırlanmış Azərbaycan ordusunun misilsiz qəhrəmanlığını özündə əks etdirən tarixi döyüşlərə həsr edilmiş eni 2 və uzunluğu 11metr olan rəsm əsərinin və həmin rəsm əsərində canlandırılan həmvətənlərimizin xilası uğrunda canlarını qurban verərək həlak olmuş Milli Ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan bəhs edən "Ultimatum" adlı sənədli filmin təqdimatı keçiriləcək.

Həştərxanda Üçüncü Xəzər Mediaforumu keçirilib

3 Oktyabr 2017 16:10

Rusiyanın Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyinin dəstəyi ilə Həştərxanda Üçüncü Xəzər Mediaforumu baş tutub. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Xəzəryanı ölkələrin –nümayəndə heyətləri iştirak edib.

Arif Nərimanbəyovun 100 illik yubileyi qeyd oluncaq

3 Oktyabr 2017 14:55

6 oktyabr, saat 17:00-da Mədəniyyət və Turizm Nazirliyi və Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Dövlət Film Fondunda görkəmli kinooperator Arif Nərimanbəyovun 100 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. A.Nərimanbəyov 1944-cü ildən ömrünün sonuna kimi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əvvəllər II operator, sonralar quruluşçu operator işləyib.

Ramiz Məlik Məleykə Əsədovadan üzr istəyib

3 Oktyabr 2017 13:48

Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədova ilə aralarında baş verən insidentə münasibət bildirib. R. Məlik açıqlamasında qeyd edib ki, baş verənlər anlaşılmazlıq üzündən olub, peşmançılıq hiss keçirir: "Mən istəyirəm ki, bu söz-söhbətə birdəfəlik son qoyam. Son zamanlar əsəbi olmağım bəzi problemlərə səbəb olur.

Məşhur meyxanaçı həmkarlarını tənqid etdi: ""Nabrana gedək, 2 ceyran götür" kimi söz deyənləri..."

3 Oktyabr 2017 13:38

Meyxanaçı Aqşin Fateh həmkarları arasında baş verən qalmaqaldan danışıb. Açıqlama verən meyxanaçı bu kimi lazımsız davaların şairə yaraşmadığını bildirib. Onun sözlərinə görə, söyüşlə meyxana demək söz ustadına yaraşmır: "İstəməzdim ki, həmkarlarım arasında belə xoşagəlməz hadisələr baş versin. Şairə yaraşmaz. Biri var şəxsiyyətini təhqir edələr, o zaman kimliyindən, harda olmağından aslı olmayaraq özünə hörmət edən insan kimi əlbəyaxa da olarsan, hələ o yana da keçərsən. Əgər xırda şeylər üstə söz-söhbət düşübsə, yola vermək olar.