Mədəniyyət
"Səs” – in növbəti uğuru
Mədəniyyət və İncəsənət Universitetinin məzunu Ərturan Nəcəfinin “Səs” qısametrajlı bədii filmi növbəti uğura imza atıb. Olaylar bildirir ki, film Bosniya və Hersoqovinanın Pale şəhərində keçirilmiş XI Jahorina Beynəlxalq Film Festivalının qısametrajlı bədii filmlər bölməsində "Golden Mapple” (birinci mükafat) mükafatına layiq görülüb.
Teatr Beynəlxalq Festivallarda...
Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasının Elista şəhərində keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak edib. Olaylar bildirir ki, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Festivalda teatr A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə təmsil olunur.
Türkiyəli ilə ailə quran aktrisamız: “İlk həyat yoldaşı bizi şantaj edir”
Türkiyə vətəndaşı ilə ailə qurub, İstanbula köçən aktrisa Cəmilə Tağıyeva həyat yoldaşının ikinci xanımı olması barədə yayılan xəbərlərə aydınlıq gətirib. Məlumata görə, musavat.com saytına açıqlama verən aktrisa həyat yoldaşının birinci evliliyindən xəbərdar olduğunu deyib: “Həyat yoldaşımın daha öncə evlənib boşandığını bilirəm. Bir ilə yaxın evli olublar.
Əməkdar artistin özündən yaşca kiçik əriylə FOTOSU
Nigar Camaldan İNANILMAZ HƏRƏKƏTLƏR: qarşısına çıxan kişiləri bir-bir ƏZİŞDİRDİ - VİDEO
Avroviziya qalibimiz Nigar Camal "Kəklikotu" adlı komediya filminə çəkilib. Ekran işində Arzu obrazını canlandıran ifaçı bu rol üçün xeyli çalışmalı olub. Azərbaycanlı kaskadyorlar qrupuyla məşqlər edən N.Camal cəsarətli döyüş səhnələri ilə diqqət çəkəcək. Hazırlıq prosesindən yayılan görüntülər isə indidən tamaşaçıların marağına səbəb olub. Həmçinin filmdə tanınmış simalarda yer alıb. Onların sırasında aktyorlar Kamran Ağabalayev, İslam Mehrəliyev, Müşviq Şahverdiyev, Fərda Xudaverdiyev, Mirsalam Mirsalamov, Rövşən Məmmədli, Əlixan Rəcəbov, rejissor Aqil M.Quliyev və başqaları var.
Şövkət Məmmədovanın 120 illik yubileyi - Opera və Balet Teatrında
Oktyabrın 11-də Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası nümayiş olunacaq. Olaylar bildirir ki, tamaşa Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunub. Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir. Ölməz sənətkarın xatirəsinə həsr edilmiş tamaşada teatrın aparıcı solistləri - əməkdar Artistlər İnarə Babayeva, Fərid Əliyev, Cahangir Qurbanov, Əkrəm Poladov, Xalq Artisti Əli Əsgərov və gənc solist Nina Makarova çıxış edəcəklər.
Nizami Kino Mərkəzində uşaqlara pulsuz seans
Mədəniyyət və Turizm Baş Idarəsinin “Turizm həftəsi” lahiyəsi çərçivəsində və Nizami Kino Mərkəzinin dəstəyiylə Binədə yerləşən “Ümüd” uşaq sığınacağının sakinlərinə 3D formatında çəkilmiş ABŞ istehsalı olan “Leqo Nindzyaqo” animasiya filmi nümayiş olunub. Olaylar bildirir ki, Mədəniyyət və Turizm Baş İdarəsinin və Nizami Kino Mərkəzinin əməkdaşları bu nümayişi tam təmənnasız təşkil ediblər.
Milli Dram Teatrında PREMYERA
Oktyabrın 6-da Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat katibi Cavid Zeynallı Olaylar- a bildirib ki, xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.
Məleykə Əsədovadan Xalq artistinə SƏRT SÖZLƏR: "Geyimimə və şəkillərimə..."
Xalq artisti Mələykə Əsədova Ramiz Məlikin onun geyimilə bağlı ünvanına səsləndirdiyi tənqidlərə cavab verib. Aktrisa həmkarı və Xalq artisti Ramiz Məlikin onun haqqında nə düşünüdüyü və nə yazdığı ilə maraqlanmadığını deyib: “Sənətim haqqında fikir söyləsəydi, bununla bağlı münasibət bildirərdim. Lakin şəkillərim haqqında onun nə isə deməsi məni qətiyyən maraqlandırmır. Geyimimə və şəkillərimə nə onun, nə də başqasının müdaxilə etməyə ixtiyarı yoxdur. Mənə nəyin yaraşıb-yaraşmadığını özüm gözəl bilirəm”.
Özbəkistanda keçirilən milli mədəniyyət və mətbəx festivalında Azərbaycan 2-ci yerə layiq görülüb
Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və Kulinariya Asossiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Xanbalıq" restoranında "Xalqların mədəniyyət və kulinariya Festivalı keçirilib.
Xalq artistindən Mələykə Əsədovanın ünvanına SƏRT SÖZLƏR: "Özünü biabır eləmə!"
Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanı ona verilən fəxri ada hörmətsizlik etməkdə günahlandırıb. O, saytların birində Xalq artisti Məleykə Əsədovanın haqqında çıxan xəbərə şərh yazıb.
Almanların köçürülməsindən 200 il ötür
2017-ci ildə Azərbaycan ərazisinə almanların köçürülməsindən və alman məskənlərinin salınmasından 200 il ötür. Bununla bağlı keçiriləcək bütün tədbirlər UNESCO-nun yubiley proqramına daxildir. Prezident İlham Əliyev 30 avqust 2016-cı il tarixli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" imzaladığı sərəncam Azərbaycanda tarixi irsə diqqət və qayğını, respublikada alman mədəniyyət abidələrinin dövlət səviyyəsində qorunması və bərpasını, ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətini təmin edir. Olaylar bildirir ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Maestro Niyazinin mənzil muzeyində, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzinin və həmin muzeyin birgə təşkilatçılığı ilə “Mədəniyyət naminə elm” adlı layihənin “Azərbaycanda alman mədəniyyəti irsinin izləri” mövzusunda növbəti elmi seminarı keçirilib.
Azərbaycanlı məşhur şairlər Ədəbiyyat Festivalında
Oktyabrın 3 – 7 tarixlərində İstanbulda Beyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı keçiriləcək. Olaylar bildirir ki, festivalın ilk günü Grand Perada Gülten Akın, Cemal Süreya, Rasim Özdenören kimi məşhur türk yazar və şairlərin gənc yaşlarında yazdıqları ilk əsərləri "İlk Əsərlər Sərgisi" adı ilə ədəbiyyatsevərlərə təqdim olunacaq. Festivalda 42 ölkədən təxminən 300 qonaq şairlər iştirak edəcək. İspaniya, Almaniya, Belçika, İtaliya, Rumıniya, Macarıstan, İraq, Hindistandan iştirakçıları olan festivalda ölkəmizi məşhur şairlər Şəhriyar Del Gerani və Fərid Hüseyn təmsil edəcək.
"Muğam dünyası" adlı layihəsi çərçivəsində Xeyriyyə tədbiri təşkil olunub
Azərbaycanda sosial şəbəkələrdə "Muğam Dünyası" layihəsi təşəbbüsükarları Arzu Müzəffərova, Nicat Müslümov, Leyli Hüseynova və Elşən Məmmədovun təşkilatçılığı ilə və 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin dəstəyi ilə fiziki sağlamlıq imkanı məhdud olanların özünə qapanmaması, cəmiyyətə inteqrasiyası məqsədilə və onlara dəstək olmaq ücün. Növbəti Xeyriyyə tədbiri təşkil olunub.
Teatr direktoru vəfat etdi
Gəncə Dövlət Kukla teatrının direktoru vəfat edib. Teatrın direktoru 58 yaşlı Bayram Fətəliyev oğlu ilə yolda gedərkən özünü pis hiss edib və dərhal Gəncə şəhər təcili tibbi xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də onun dünyasını dəyişdiyi məlum olub.









.jpg)


.jpg)
.jpg)
