Bakıda İtalyan dili həftəsi

Oktyabrın 16 - da Beynəlxalq Muğam Mərkəzində İtalyan dili həftəsinin açılış mərasimi keçiriləcək. Olaylar bildirir ki, tədbir İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Beynəlaxlq Muğam Mərkəzinin dəstəyi ilə keçiriləcək. İtalyan dili həftəsi – bu bir beynəlxalq layihədir və italyan dilinin təbliğatına xidmət edir. Hər ilin oktyabr ayının üçüncü həftəsi İtaliyanın Xarici işlər nazirliyi bu layihəni bütün dünyada təşkil edir. Həftə ərzində konfranslar, sərgilər, konsertlər, görüşlər keçirilir.  Bu il 16-23 oktyabr tarixlərini əhatə edən İtaliya dili həftəsinin movzusu İtaliya Kinomatoqrafiyasıdır.

Oktyabrın 16 - da Beynəlxalq Muğam Mərkəzində İtalyan dili həftəsinin açılış mərasimi keçiriləcək. Olaylar bildirir ki, tədbir İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Beynəlaxlq Muğam Mərkəzinin dəstəyi ilə keçiriləcək. İtalyan dili həftəsi - bu bir beynəlxalq layihədir və italyan dilinin təbliğatına xidmət edir. Hər ilin oktyabr ayının üçüncü həftəsi İtaliyanın Xarici işlər nazirliyi bu layihəni bütün dünyada təşkil edir. Həftə ərzində konfranslar, sərgilər, konsertlər, görüşlər keçirilir.

Bu il 16-23 oktyabr tarixlərini əhatə edən İtaliya dili həftəsinin movzusu İtaliya Kinomatoqrafiyasıdır.

Beynəlxalq Muğam Mərkəzində italiyan dili həftəsinin açılış konsertində məşhur italyan filmlərində istifadə edilən və italyan bəstəkarlarının filmlər üçün bəstələdikləri sevilən musiqilər piano, simli kvartet, əməkdar artistlər Fəridə Məmmədova (soprano) və Siruz Məmmədovun (truba) ifasında səslənəcək.

Gecənin xüsusi qonağı məhşur italyan rejissoru və ssenarist Françesko Brunidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31