Mədəniyyət
Tanınmış aktyorla direktor üz-üzə: "Mənə şər-böhtan atıb işdən çıxardı" - Böyük QALMAQAL
Əslində İrəvan Teatrında narazılıqlar uzun illərdir ki, var. Sadəcə heç kim biruzə vermirdi. Hamı hər şeyin nə vaxtsa yaxşı olacağına ümüd edirdi. Fikirləşirdik ki, biz də başqa teatrların aktyorları kimi yaxşı tamaşalar, rollar oynayarıq. Mən azdan-çoxdan tanınıram, amma teatrımızda elə aktyorlar var ki, içləri yaradıcılıq eşqi ilə yanır. Nə etsinlər ki, onlara şərait yaradılmır. Səlahiyyət təkcə teatrın direktoru İftixar Piriyevin əlindədir. O da ürəyi necə istəyir, elə də edir. Heç kim istəməzdi ki, teatrda problem yaransın. Bizim kollektiv kimi mehriban kollektiv yox idi. Amma rəhbərlik teatrda elə bir şərait yaradıb ki, biz aktyor yoldaşlarımız ilə də üz-üzə qalırdıq. Mən teatra dünən gəlməmişəm. Bu teatr bərpa olunan gündən, yəni 1989-cu ildən mən burada çalışıram. Bu gün teatrımızdakı mövcud problemlərlə bağlı dözməyib ölkə KİV-lərində tənqidi fikirlərimi və müsahibələr vermişəm. Teatrın direktoru İftixar Piriyevlə aramızdakı problemlər də elə oradan başladı.
Pərvin Abıyeva 21 yaşında BAŞINA GƏLƏNLƏRİ ANLATDI: “O zaman bir qızcığaz idim...”
Aktrisa Pərvin Abıyeva instaqram hesabında Türkiyədə yaşayan həmkarı Tunay Əliyevaya söz atıb. O, ilk dəfə çəkildiyi “Zabit şərəfi” adlı filmin fotosunu paylaşaraq, bunları yazıb: “Bu film səhnəyə ilk addımlarım zamanı, 21-22 yaşlarımda çəkilib. Məni çoxları istedadsız, bacarıqsız adlandıra bilər.
“Gün ərzində bütün seanslara və formatlara vahid qiymət tətbiq olunacaq” – Musa Axundov
Park Cinema kinoteatrlar şəbəkəsində “IMAX-da Super Gün” aksiyasına start verilir. Bu haqda Olaylar – a kinoteatrın marketinq üzrə direktoru Musa Axundov bildirib. Onun sözlərinə görə, izləyicilər tərəfindən sevilən Azercell IMAX zalında artıq kino həvəskarları daha sərfəli qiymətə film izləyə biləcəklər. Belə ki, hər həftənin çərşənbə günü “Super Gün” elan olunur və gün ərzində bütün seanslara və formatlara vahid qiymət tətbiq olunacaq. Cəmi 6.90 AZN ödəməklə ölkənin ən böyük ekranında, güclü səs effektləri və real görüntü ilə film izləmək mümkün olcaq.
Mehriban Xanlarovadan müğənniyə ağır ittiham: "Söz burada qalar" - VİDEO
"Maşın Şou" "Xanımlar və cənablar" şüarı ilə yeni iştirakçılarla ilk gününü başa vurub. 9 məşhur qadın və eyni sayda kişi iştirakçılardan ibarət yarışın ilk günü ən çox şəkli çıxan şəxs aktrisa Mehriban Xanlarova olub. O tamaşaçıların səsverməsindən sonra oyunda qalıb və seçimi müğənni Vüqar Muradov olub.
Etüd müsabiqəsinin yekun sərgisi keçiriləcək
Oktyabrın 13 – də Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Vətənin Tərənnümü” etüd müsabiqənin yekun sərgisi keçiriləcək. Müsabiqənin keçirilməsində məqsəd cəmiyyətdə vətən sevgisi və vətənpərvərlik ruhunun inkişafına xidmət etməkdir. Müsabiqəyə əsasən rəssamlar təbiətin qoynunda olduqları zaman ərsəyə gətirdikləri əsərləri təqdim etmişlər. 150-dən çox etüdçü rəssamın, 350-yə yaxın rəsm əsərinin təqdim olunduğu müsabiqənin yekun sərgisi 46 rəssamın, 80-ə qədər işi ilə rəssamların və sənətsevərlərin ixtiyarına veriləcək.
Qazaxıstanlı müəllimlər ADMİU-da
Qazaxıstanın bir sıra təhsil ocaqları ilə əməkdaşlıq edən Mədəniyyət və İncəsənət Universitetinin bu dəfə qonağı Kurnaqazi adına Qazaxıstan Milli Konservatoriyasının professoru, “Musiqi təhsili və pedaqogika” kafedrasının müdiri Kaliakbarova Lyalya Tokenova və kafedranın baş müəllimi Şabdenova Dariya Raximalievna olub. Olaylar bildirir ki, qonaqları qarşılayan ADMİU-nun rektoru professor Fərəh Əliyeva onları salamlayaraq səfərin məqsədindən, iki il Universitetdə açılan musiqi müəllimliyi ixtisasının tədrisi üçün yeni , maraqlı tədris proqramlarının işlənilməsi, yeni yanaşma və s. üzərində birgə, qarşılıqlı təcrübə, orta ümumtəhsil məktəbində musiqi müəllimi ixtisasının peşə kompitensiyaları haqqında fikir mübadiləsi aparmaqla lazım olan fənlərin tətbiqi və s haqqında danışıb.
"Muğamat var olan yerdə” layihəsi çərçivəsində Pərviz Qasımovun konserti
Oktyabrın 26 - da Beynəlxalq Muğam Mərkəzində VI televiziya Muğam müsabiqəsinin qalibi Pərviz Qasımovun konserti olacaq. Olaylar bildirir ki, konsert "Muğamat var olan yerdə" layihəsi çərçivəsindədi.
ADGTT-da “Səhnə” kitabının təqdimatı keçirildi
Oktyabrın 9-da Gənc Tamaşaçılar Teatrında istedadlı yazıçı-dramaturq Pərvinin “Səhnə” adlı yeni kitabının təqdimat mərasimi keçirildi. Olaylar bildirir ki, təqdimat mərasimində çıxış edən AYB –nin katibi Rəşad Məcid bildirib ki, kitaba Pərvinin müxtəlif illərdə teatr sahəsində çalışan sənət adamları ilə müsahibələri, tamaşalar haqqında resenziyaları, pyesləri və Bakı Beynəlxalq Teatr Konfranslarında qələmə aldığı məqalələr yer alıb. Kitab Mədəniyyət və Turizm Nazirliyi ilə “525-ci qəzet”in birgə layihəsidir. Qarşıda digər bir layihə isə Azərbaycan kinosunun 120 illiyinə həsr ediləcək kitab olacaq.
"Ona yaxşı Azərbaycan kişisi lazımdır ki, ipini yığsın" - İslamdan aktrisaya sərt sözlər
O xanım reklam istəyirsə, müraciət etsin mənə, filmlərimdə ona rol verim, yol göstərim". Bu sözləri aktyor İslam Mehrəliyev aktrisa Tunay Əliyevanın sözlərinə cavab olaraq bildirib.
Abbas Bağırov və prodüser arasında QALMAQAL: “Kül sənin kişi başına”
Prodüser Sultan feysbuk hesabında Əməkdar artist Abbas Bağırovun ünvanına sərt ittihamlar yazıb. Abbasın sosial media hesabında onu bloka atdığını bildirən prodüser bunları yazıb: “Kül sənin kişi başına, ay Abbas Bağırov. Qorxaq, instaqramda məni bloka atmısan. Sənə nələr deyərəm, amma mənim üçün çox cılız adamsan. Sənə çox olar söyüşlərim”.
Tanrının bəxş etdiyi istedada ondan başqa heç bir güc və varlıq mane ola bilməz
Biz bu səslə 4 -5 aydan çox idi ki, tanışdıq. Onu tanımaq üçün heç bir əmək sərf eləməmişdik. Eləcə rahat, isti evimizdə oturub, əlimizdə telefon və ya önümüzdə kompüterlə nəsə axtaranda rastımıza çıxmışdı. Diqqətimizi cəlb edən, videonu açma səbəbimiz isə yenə də “möhtəşəm” başlıq oldu. “Azərbaycanlı çobanın ifası”... Heç də xoş başlıq deyildi. Yox, çoban olmaq təbii ki, eyib deyil. Amma bu cür gözəl səsi daha gözəl təqdim etmək olardı... Etmədik...
Aygün Kazımova Türkiyənin məşhur mükafatından imtina etdi
Aygün Kazımova "Altın Kelebek Ödülleri 2017"də iştirakdən imtina edib. Bunu açıqlamasında Xalq artistinin prodüseri Şahin Qurbanov bildirib. Onun sözlərinə görə, mükafatlandırma mərasimindən imtinanın səbəbi yoğun iş qrafikidir: "Aygün Kazımovanın bu il təşkil olunacaq "Altın Kelebek" mükafatlandırma mərasimində iştirak etməyə vaxtı yoxdur.
"Əbülfəs Qarayev təyyarədə mənə dedi ki, çobana oxşamırsan" — Pərvin Səfərovla MÜSAHİBƏ
Avqust ayında Türkiyə mediasında videolarım, xüsusən də "Nazəndə sevgilim" gündəm oldu. Ondan sonra televiziyalarda göstərildi, türk məşhurlar bu barədə paylaşımlar etdilər. "Acunmedia"nın əməkdaşları sosial şəbəkə vasitəsilə mənimlə əlaqə saxlayıb dedilər ki, sizin “O səs Türkiyə”də iştirakçı olmağınızı istəyirik
Faiqdən Röya qalmaqalı haqda: "Söhbət xırt kəsildi"
Xalq artisti Faiq Ağayev əməkdar artist Röya Ayxanla aralarında yaşanan qalmaqaldan danışıb. "Zümrüd və Suat" şounun qonağı olan müğənni bildirib ki, söz-söhbətlərdən uzaq qalmağa çalışır: "Baş verən hadisələr mənim mübarizə, özümü təsdiqləmə yolum idi. Kimsə irəliyə getmək istəyəndə ayağının altını 10 metr uzaq məsafədən qazmağa başlayırlar. Bu sənətə mübariz bir insan kimi gəlmişəm. Bu qalmaqallar 2008-ci ildən, xalq artisti adını qazanandan sonra dayandı. Anladım ki, hər deyilən sözə reaksiya vermək düzgün çıxmır.
Yazıçılarımız Cocuq Mərcanlıya və Horadizə səfər ediblər
“Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə qurumun “Canımız Qarabağ, yazımız Qarabağ-2” layihəsi çərçivəsində yazıçılarımız Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə və Füzuli rayonunun Horadiz qəsəbəsinə səfər ediblər. Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında gerçəkləşdirilib.





.jpg)

.jpg)





