Qazaxıstanlı müəllimlər ADMİU-da

Qazaxıstanın bir sıra təhsil ocaqları ilə əməkdaşlıq edən  Mədəniyyət və İncəsənət Universitetinin bu dəfə qonağı Kurnaqazi adına Qazaxıstan Milli Konservatoriyasının professoru, “Musiqi təhsili və pedaqogika” kafedrasının müdiri Kaliakbarova Lyalya Tokenova və kafedranın baş müəllimi Şabdenova Dariya Raximalievna olub. Olaylar bildirir ki, qonaqları qarşılayan ADMİU-nun rektoru professor Fərəh Əliyeva onları salamlayaraq səfərin məqsədindən, iki il Universitetdə açılan musiqi müəllimliyi ixtisasının tədrisi üçün yeni , maraqlı tədris proqramlarının işlənilməsi, yeni yanaşma və s. üzərində birgə, qarşılıqlı təcrübə, orta ümumtəhsil məktəbində musiqi müəllimi ixtisasının peşə kompitensiyaları haqqında fikir mübadiləsi aparmaqla lazım olan fənlərin tətbiqi və s haqqında danışıb.

Qazaxıstanın bir sıra təhsil ocaqları ilə əməkdaşlıq edən  Mədəniyyət və İncəsənət Universitetinin bu dəfə qonağı Kurnaqazi adına Qazaxıstan Milli Konservatoriyasının professoru, "Musiqi təhsili və pedaqogika" kafedrasının müdiri Kaliakbarova Lyalya Tokenova və kafedranın baş müəllimi Şabdenova Dariya Raximalievna olub. Olaylar bildirir ki, qonaqları qarşılayan ADMİU-nun rektoru professor Fərəh Əliyeva onları salamlayaraq səfərin məqsədindən, iki il Universitetdə açılan musiqi müəllimliyi ixtisasının tədrisi üçün yeni , maraqlı tədris proqramlarının işlənilməsi, yeni yanaşma və s. üzərində birgə, qarşılıqlı təcrübə, orta ümumtəhsil məktəbində musiqi müəllimi ixtisasının peşə kompitensiyaları haqqında fikir mübadiləsi aparmaqla lazım olan fənlərin tətbiqi və s haqqında danışıb.

Görüşdə ölkələr arasında elmi, mədəni əlaqələri daha da möhkəmlətmək, yeni yaradıcı mühitin yaradılması, müəllim və tələbələrin fəaliyyətlərinin daha da genişlənməsi, inkişaf etməsi məqsədi ilə hər iki təhsil ocağı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Universitetin əməkdaşları -Beynəlxalq işlər üzrə prorektor professor Gülşən Əliyeva, Musiqi sənəti fakültəsinin dekanı professor Ceyran Mahmudova, Estrada kafedrasının müdiri Məryəm Babayeva, İnstrumental ifaçılıq kafedrasının müdiri dosent Səbinə Mehdiyeva və b. yanaşı Pedaqoji İnstitutunun Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin dekanı Laçın Həsənova, Musiqi və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zemfira Abdullayevanın da qatıldığı görüşdə təhsil ocaqlarında musiqi müəllimliyi ixtisası, orada tədris olunan fənlər, qəbul zamanı tələb olunan bilik və bacarıqlar haqqında geniş şəkildə fikir mübadiləsi aparılıb. 

Görüşün sonunda qonaqlar Universitetə Qazaxıstandan gətirdikləri hədiyyələri təqdim ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31