Mədəniyyət
Ramiz Əzizbəyli Azərbaycana gətirilir
Türkiyəyə aparılan xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəyli bir neçə günə Azərbaycana qayıdacaq. Məlumata görə, aktyorun müalicə xərclərini üzərinə götürən şirkətin mətbuat nümayəndələri ilə görüşü də gözlənilir.
Rusiyalı fotorəssamın “Məni çağırırsan, Azərbaycan” adlı fotosərgisi
Oktyabrın 13-də Bakıda “Nur art house” qalereyasında tanınmış rus fotorəssamı və jurnalisti Svetlana Komkovoyun “Məni çağırırsan, Azərbaycan” adlı eksperimental fotosərgisi açılacaq. Sərgi müəllifin Azərbaycan təbiəti ilə beşgünlük tanışlığının fotoreportajıdır.
Müslüm Maqomayevin 75 illik yubileyi qeyd olunacaq
Opera və Balet Teatrı vaxtilə bu Teatrda çalışan görkəmli vokal, muğam və balet ustalarının xatirəsinə həsr olunmuş tamaşalar təşkil edir. Olaylar bildirir ki, oktyabrın 21 – də nümayiş olunacaq növbəti belə tamaşa Müslüm Maqomayevin "Şah İsmayıl" operasıdı. Baba M.Maqomayevin qələmə aldığı opera bu dəfə nəvə Müslümün görkəmli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunacaq. Məlum olduğu kimi, istedadlı müğənni Opera və Balet Teatrımızın solisti olduğu illərdə onun repertuarındakı ən populyar partiyalardan biri də Aslan şah rolu olub. Teatr baş tutacaq tamaşanı müğənninin 75 illik yubilyinə həsr edir.
"Prodüser müğənninin çörəyini yeyir" - Günay İbrahimlidən QALMAQALLI AÇIQLAMA
"5/5" verlişində Zaur Kamalın qonağı olan Günay İbrahimli maraqlı açıqlaması ilə yadda qalıb. Gənc ifaçı Zaurun "Günay hazırda kim kimin çörəyini yeyir. Prodüser müğənninin, yoxsa müğənni prodüserin?" sualına "Prodüser müğənninin çörəyini yeyir. Müğənni elə öz çörəyini yeyir" cavabını verib.
"Hamıya sübut etmək istəyirdim ki, bu..." - Faytonçu Nazim
Maşından əlimi çəkməyim mexaniki baş verən hadisədir. Bu sözləri teleqraf.com-a açıqlamasında ötən gecə maşını tərk edən müğənniNazim Pişayri (Faytonçu Nazim) deyib.
Rövşanə "qaçqın günündəsiz" dedi, mübahisə düşdü - VİDEO
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovla aparıcı Rövşanə Ağasəfqızı arasında mübahisə düşüb. "Səhər-səhər" proqramına qonaq olan Y.Muradov aparıcının ünvanına bunları deyib: "Bir dəfə efirdə dediniz ki, qaçqın teatrlar nəyə lazımdır, bağlansınlar. Mən də sizin həmin çıxışınızın video yazısı var. Saxlamışam ki, sabah dansanız, göstərim".
Özcan Dəniz 3 aylıq hamilə sevgilisi ilə Fransada evlənəcək - FOTO
Heydər Əliyev Sarayda “Rast dəstgahı”
Noyabrın 1-də Heydər Əliyev Sarayında “Muğam və Mənəviyyat” adlı konsert keçiriləcək. Saraydan Olaylar-a verilən məlumata görə, “Rast dəstgahı” muğamının səsləndiriləcəyi gecədə xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova və Əməkdar artist Ehtiram Hüseynov iştirak edəcəklər.
“ƏSA” - dan yeni tamaşa
Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan “ƏSA” teatrı növbəti tamaşanın məşqlərini davam etdirir. Teatrdan Olaylar - a verilən məlumata görə, Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanan tamaşa teatrın birillik fəaliyyətində üçüncü olacaq və noyabrda səhnəyə qoyulacaq. Səhnə əsərində altısı fiziki məhdudiyyətli olmaqla səkkiz aktyor iştirak edəcək.
Bakı Xoreoqrafiya Akademiyası Ümumrusiya elmi-praktiki konfransında iştirak edəcək
Dekabrın 1 - də Moskva Dövlət Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə rus baleti ənənələri və görkəmli xoreoqraf Marius Petipa irsinin təbliğinə həsr olunmuş “Balet sənəti və xoreoqrafiya təhsili inkişafının aktual problemləri” mövzusunda Ümumrusiya elmi-praktiki konfrans keçiriləcək. Olaylar bildirir ki, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyev Moskva Dövlət Xoreoqrafiya Akademiyasının rektoru, Rusiya Federasiyasının xalq artisti Mariya Leonova tərəfindən sözü gedən mötəbər tədbirin Təşkilat Komitəsi üzvlüyünə və konfransda iştirak etməyə rəsmi dəvət alıb.
“Tıq-tıq” festivalda uğurla çıxış edib
Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasının Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak edib. Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Festivalda teatr ölkəmizi A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə təmsil edib. Olaylar bildirir ki, kollektiv festivaldan diplomlar və fəxri fərmanlarla geri dönüb. ADGTT-nın festivalda iştirak edən heyəti aktiv iştirakına, yüksək peşəkarlıq və yeniyetmələrlə peşəkar ünsiyyətə görə Elista şəhərinin Təhsil İdarəsinin Fəxri fərmanı, gənc nəslin təlim tərbiyəsində milli dəyərlərin yüksək səviyyədə qorunması və teatr sənətinin estetikasının düzgün çatdırılmasına görə Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının diplomuna layiq görülüb.
Polad Bülbüloğlu namizədliyini geri götürdü
YUNESKO-nun baş direktoru vəzifəsinə seçkilərin ikinci turu nəticəsiz bitib. Heç bir namizəd səs çoxluğu qazana bilməyib. Məlumata görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.
“Sirr -2017” kolleksiyası təqdim edilib - FOTO
Tanınmış modelyer Fikrət Əliyev yeni geyim kolleksiyasını təqdim edib. Olaylar bildirir ki, “Sirr -2017” adlı kolleksiyanın çəkilişləri dəniz kənarında aparılıb. F.Əliyev yeni kolleksiyası haqqında bildirib ki, yay mövsümü artıq başa çatıb, dünya modelyerləri yeni payız-qış kolleksiyalarını təqdim edirlər: “Yeni geyim modellərimi fərqli üsulda nümayiş etdirmək istədim. Kolleksiyada daha çox rəngli parçalara üstünlük verilib. Kolleksiyamda payız və qış aylarında xanımlarımızı cansıxıcı geyimlərdən uzaq tutmağa çalışdım. Çünki qadınlarımızın bu mövsümdə göz oxşayan, cəlbedici geyimlərə üstünlük vermələrini istərdim”.
Tanınmış meyxanaçıdan inanılmaz sözlər: "Narkotikə şirnikləndirmək üçün məni..."
Çoxdandır görünməyən tanınmış meyxanaçı Mehman Əhmədli sükutu pozub. Meyxanaçı maraqlı açıqlamalar verib: "Son vaxtlar xoşuma gəlməyən verilişlərdən imtina edirəm. Amma yenə əvvəlki kimi toylara, məclislərə gedirəm. Biz meyxanaçıların adı bədnam çıxıb. Elə bilirlər ki, bütün meyxanaçılar hal əhlidir. İnanın, heç vaxt narkotikdən istifadə etməmişəm. Baxmayaraq ki, dəfələrlə məni şirnikləndirmək istəyiblər. Gəlib yanımda deyiblər ki, qəşəngdi, ləzzət edəcək, əhval-ruhiyyəni yüksəldəcək, toylarda, məclislərdə əla meyxana deyəcəksən... Amma heç vaxt məni təhrik edə bilməyiblər.
Mövzulara bardağın nə qədər hissəsi doludu yox, nə qədəri boşdu məntiqi ilə yanaşıram...
Bir neçə ölkədə fərdi sərgiləri təşkil olunan Pərviz Əsədov öz rəsm əsərləri ilə hər kəsi təəccübləndirməyi bacarır. Əsərlərini kətan, kağız üzərində yox dəri üzərində “canlandıran” rəssam bunu ilk dəfə özünün etdiyini bildirir. Hal – hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan və fəaliyyət göstərən rəssam Pərviz Əsədovla birgə onun sənət dünyası ilə tanış olmağa çalışdıq.












.jpg)

