Mədəniyyət

Mehriban Xanlarovadan müğənniyə ağır ittiham: "Söz burada qalar" - VİDEO

10 Oktyabr 2017 11:39

"Maşın Şou" "Xanımlar və cənablar" şüarı ilə yeni iştirakçılarla ilk gününü başa vurub. 9 məşhur qadın və eyni sayda kişi iştirakçılardan ibarət yarışın ilk günü ən çox şəkli çıxan şəxs aktrisa Mehriban Xanlarova olub. O tamaşaçıların səsverməsindən sonra oyunda qalıb və seçimi müğənni Vüqar Muradov olub.

Etüd müsabiqəsinin yekun sərgisi keçiriləcək

10 Oktyabr 2017 11:31

Oktyabrın 13 – də Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və  Xətai Sənət  Mərkəzinin təşkilatçılığı ilə “Vətənin Tərənnümü”  etüd müsabiqənin yekun sərgisi keçiriləcək. Müsabiqənin keçirilməsində məqsəd   cəmiyyətdə vətən  sevgisi  və   vətənpərvərlik  ruhunun   inkişafına  xidmət  etməkdir. Müsabiqəyə əsasən rəssamlar təbiətin qoynunda olduqları zaman ərsəyə gətirdikləri əsərləri təqdim etmişlər.  150-dən çox etüdçü rəssamın, 350-yə yaxın rəsm əsərinin təqdim olunduğu müsabiqənin yekun sərgisi  46 rəssamın, 80-ə qədər işi ilə rəssamların və sənətsevərlərin ixtiyarına veriləcək.

Qazaxıstanlı müəllimlər ADMİU-da

10 Oktyabr 2017 09:57

Qazaxıstanın bir sıra təhsil ocaqları ilə əməkdaşlıq edən  Mədəniyyət və İncəsənət Universitetinin bu dəfə qonağı Kurnaqazi adına Qazaxıstan Milli Konservatoriyasının professoru, “Musiqi təhsili və pedaqogika” kafedrasının müdiri Kaliakbarova Lyalya Tokenova və kafedranın baş müəllimi Şabdenova Dariya Raximalievna olub. Olaylar bildirir ki, qonaqları qarşılayan ADMİU-nun rektoru professor Fərəh Əliyeva onları salamlayaraq səfərin məqsədindən, iki il Universitetdə açılan musiqi müəllimliyi ixtisasının tədrisi üçün yeni , maraqlı tədris proqramlarının işlənilməsi, yeni yanaşma və s. üzərində birgə, qarşılıqlı təcrübə, orta ümumtəhsil məktəbində musiqi müəllimi ixtisasının peşə kompitensiyaları haqqında fikir mübadiləsi aparmaqla lazım olan fənlərin tətbiqi və s haqqında danışıb.

"Muğamat var olan yerdə” layihəsi çərçivəsində  Pərviz Qasımovun konserti 

9 Oktyabr 2017 20:36

Oktyabrın 26 - da Beynəlxalq Muğam Mərkəzində  VI televiziya Muğam müsabiqəsinin qalibi Pərviz Qasımovun konserti olacaq. Olaylar bildirir ki, konsert "Muğamat var olan yerdə" layihəsi çərçivəsindədi.

ADGTT-da “Səhnə” kitabının təqdimatı keçirildi

9 Oktyabr 2017 20:23

Oktyabrın 9-da Gənc Tamaşaçılar Teatrında istedadlı yazıçı-dramaturq Pərvinin “Səhnə” adlı yeni kitabının təqdimat mərasimi keçirildi. Olaylar bildirir ki, təqdimat mərasimində çıxış edən AYB –nin katibi Rəşad Məcid bildirib ki, kitaba Pərvinin müxtəlif illərdə teatr sahəsində çalışan sənət adamları ilə müsahibələri, tamaşalar haqqında resenziyaları, pyesləri və Bakı Beynəlxalq Teatr Konfranslarında qələmə aldığı məqalələr yer alıb. Kitab Mədəniyyət və Turizm Nazirliyi ilə “525-ci qəzet”in birgə layihəsidir. Qarşıda digər bir layihə isə Azərbaycan kinosunun 120 illiyinə həsr ediləcək kitab olacaq.

"Ona yaxşı Azərbaycan kişisi lazımdır ki, ipini yığsın" - İslamdan aktrisaya sərt sözlər

9 Oktyabr 2017 18:40

O xanım reklam istəyirsə, müraciət etsin mənə, filmlərimdə ona rol verim, yol göstərim". Bu sözləri  aktyor İslam Mehrəliyev aktrisa Tunay Əliyevanın sözlərinə cavab olaraq bildirib.

Abbas Bağırov və prodüser arasında QALMAQAL: “Kül sənin kişi başına”

9 Oktyabr 2017 18:25

Prodüser Sultan feysbuk hesabında Əməkdar artist Abbas Bağırovun ünvanına sərt ittihamlar yazıb. Abbasın sosial media hesabında onu bloka atdığını bildirən prodüser bunları yazıb: “Kül sənin kişi başına, ay Abbas Bağırov. Qorxaq, instaqramda məni bloka atmısan. Sənə nələr deyərəm, amma mənim üçün çox cılız adamsan. Sənə çox olar söyüşlərim”.

Tanrının bəxş etdiyi istedada ondan başqa heç bir güc və varlıq mane ola bilməz

9 Oktyabr 2017 16:07

Biz bu səslə 4 -5 aydan çox idi ki, tanışdıq. Onu tanımaq üçün heç bir əmək sərf eləməmişdik. Eləcə rahat, isti evimizdə oturub, əlimizdə telefon və ya önümüzdə kompüterlə nəsə axtaranda rastımıza çıxmışdı. Diqqətimizi cəlb edən, videonu açma səbəbimiz isə yenə də “möhtəşəm” başlıq oldu. “Azərbaycanlı çobanın ifası”... Heç də xoş başlıq deyildi. Yox, çoban olmaq təbii ki, eyib deyil. Amma bu  cür gözəl səsi daha gözəl təqdim etmək olardı... Etmədik...

Aygün Kazımova Türkiyənin məşhur mükafatından imtina etdi

9 Oktyabr 2017 14:55

Aygün Kazımova "Altın Kelebek Ödülleri 2017"də iştirakdən imtina edib. Bunu açıqlamasında Xalq artistinin prodüseri Şahin Qurbanov bildirib. Onun sözlərinə görə, mükafatlandırma mərasimindən imtinanın səbəbi yoğun iş qrafikidir: "Aygün Kazımovanın bu il təşkil olunacaq "Altın Kelebek" mükafatlandırma mərasimində iştirak etməyə vaxtı yoxdur.

"Əbülfəs Qarayev təyyarədə mənə dedi ki, çobana oxşamırsan" — Pərvin Səfərovla MÜSAHİBƏ

9 Oktyabr 2017 12:57

Avqust ayında Türkiyə mediasında videolarım, xüsusən də "Nazəndə sevgilim" gündəm oldu. Ondan sonra televiziyalarda göstərildi, türk məşhurlar bu barədə paylaşımlar etdilər. "Acunmedia"nın əməkdaşları sosial şəbəkə vasitəsilə mənimlə əlaqə saxlayıb dedilər ki, sizin  “O səs Türkiyə”də iştirakçı olmağınızı istəyirik

Faiqdən Röya qalmaqalı haqda: "Söhbət xırt kəsildi"

9 Oktyabr 2017 11:30

Xalq artisti Faiq Ağayev əməkdar artist Röya Ayxanla aralarında yaşanan qalmaqaldan danışıb. "Zümrüd və Suat" şounun qonağı olan müğənni bildirib ki, söz-söhbətlərdən uzaq qalmağa çalışır: "Baş verən hadisələr mənim mübarizə, özümü təsdiqləmə yolum idi. Kimsə irəliyə getmək istəyəndə ayağının altını 10 metr uzaq məsafədən qazmağa başlayırlar. Bu sənətə mübariz bir insan kimi gəlmişəm. Bu qalmaqallar 2008-ci ildən, xalq artisti adını qazanandan sonra dayandı. Anladım ki, hər deyilən sözə reaksiya vermək düzgün çıxmır. 

Yazıçılarımız Cocuq Mərcanlıya və Horadizə səfər ediblər

9 Oktyabr 2017 09:12

“Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə qurumun “Canımız Qarabağ, yazımız Qarabağ-2” layihəsi çərçivəsində yazıçılarımız Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə və Füzuli rayonunun Horadiz qəsəbəsinə səfər ediblər. Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında gerçəkləşdirilib.

Emin Ağalarov Bakıda konsert verəcək

8 Oktyabr 2017 14:04

Azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarov dekabrın 17-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək. Saat 20.00-da başlayacaq konsert proqramına onun hamı tərəfindən sevilən məşhur hitləri ilə yanaşı, tamamilə yeni kompozisiyaları daxildir. Konsertdə ifaçını öz orkestri müşayiət edəcək.

“Cəhənnəm sakinləri” tamaşasının premyerası keçirilib

7 Oktyabr 2017 17:02

Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşasının premyerası keçirilib. Olaylar bildirir ki, xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.