Mədəniyyət

Heydər Əliyev Sarayda “Rast dəstgahı”

11 Oktyabr 2017 09:10

Noyabrın 1-də Heydər Əliyev Sarayında “Muğam və Mənəviyyat” adlı konsert keçiriləcək. Saraydan Olaylar-a verilən məlumata görə, “Rast dəstgahı” muğamının səsləndiriləcəyi gecədə xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova və Əməkdar artist Ehtiram Hüseynov iştirak edəcəklər.

“ƏSA”  - dan yeni tamaşa

11 Oktyabr 2017 09:03

Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan “ƏSA” teatrı növbəti tamaşanın məşqlərini davam etdirir. Teatrdan Olaylar - a verilən məlumata görə, Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanan tamaşa teatrın birillik fəaliyyətində üçüncü olacaq və noyabrda səhnəyə qoyulacaq. Səhnə əsərində altısı fiziki məhdudiyyətli olmaqla səkkiz aktyor iştirak edəcək.

Bakı Xoreoqrafiya Akademiyası Ümumrusiya elmi-praktiki konfransında iştirak edəcək

10 Oktyabr 2017 22:05

Dekabrın 1 - də  Moskva Dövlət Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə rus baleti ənənələri və görkəmli xoreoqraf Marius Petipa irsinin təbliğinə həsr olunmuş “Balet sənəti və xoreoqrafiya təhsili inkişafının aktual problemləri” mövzusunda Ümumrusiya elmi-praktiki konfrans keçiriləcək. Olaylar bildirir ki, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyev Moskva Dövlət Xoreoqrafiya Akademiyasının rektoru, Rusiya Federasiyasının xalq artisti Mariya Leonova tərəfindən sözü gedən mötəbər tədbirin Təşkilat Komitəsi üzvlüyünə və konfransda iştirak etməyə rəsmi dəvət alıb.

“Tıq-tıq” festivalda uğurla çıxış edib

10 Oktyabr 2017 21:59

Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasının Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak edib. Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  keçirilən Beynəlxalq Festivalda teatr ölkəmizi A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə təmsil edib. Olaylar bildirir ki, kollektiv festivaldan diplomlar və fəxri fərmanlarla geri dönüb. ADGTT-nın festivalda iştirak edən heyəti aktiv iştirakına, yüksək peşəkarlıq və yeniyetmələrlə peşəkar ünsiyyətə görə Elista şəhərinin Təhsil İdarəsinin Fəxri fərmanı, gənc nəslin təlim tərbiyəsində milli dəyərlərin yüksək səviyyədə qorunması və teatr sənətinin estetikasının düzgün çatdırılmasına görə Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının diplomuna layiq görülüb.

Polad Bülbüloğlu namizədliyini geri götürdü

10 Oktyabr 2017 21:47

YUNESKO-nun baş direktoru vəzifəsinə seçkilərin ikinci turu nəticəsiz bitib. Heç bir namizəd səs çoxluğu qazana bilməyib. Məlumata görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.

“Sirr -2017” kolleksiyası təqdim edilib - FOTO

10 Oktyabr 2017 21:35

Tanınmış modelyer Fikrət Əliyev yeni geyim kolleksiyasını təqdim edib. Olaylar bildirir ki, “Sirr -2017” adlı kolleksiyanın çəkilişləri dəniz kənarında aparılıb. F.Əliyev yeni kolleksiyası haqqında bildirib ki, yay mövsümü artıq başa çatıb, dünya modelyerləri yeni payız-qış kolleksiyalarını təqdim edirlər: “Yeni geyim modellərimi fərqli üsulda nümayiş etdirmək istədim. Kolleksiyada daha çox rəngli parçalara üstünlük verilib. Kolleksiyamda payız və qış aylarında xanımlarımızı cansıxıcı geyimlərdən uzaq tutmağa çalışdım. Çünki qadınlarımızın bu mövsümdə göz oxşayan, cəlbedici geyimlərə üstünlük vermələrini istərdim”.

Tanınmış meyxanaçıdan inanılmaz sözlər: "Narkotikə şirnikləndirmək üçün məni..."

10 Oktyabr 2017 15:21

Çoxdandır görünməyən tanınmış meyxanaçı Mehman Əhmədli sükutu pozub. Meyxanaçı maraqlı açıqlamalar verib: "Son vaxtlar xoşuma gəlməyən verilişlərdən imtina edirəm. Amma yenə əvvəlki kimi toylara, məclislərə gedirəm. Biz meyxanaçıların adı bədnam çıxıb. Elə bilirlər ki, bütün meyxanaçılar hal əhlidir. İnanın, heç vaxt narkotikdən istifadə etməmişəm. Baxmayaraq ki, dəfələrlə məni şirnikləndirmək istəyiblər. Gəlib yanımda deyiblər ki, qəşəngdi, ləzzət edəcək, əhval-ruhiyyəni yüksəldəcək, toylarda, məclislərdə əla meyxana deyəcəksən... Amma heç vaxt məni təhrik edə bilməyiblər.

Mövzulara bardağın nə qədər hissəsi doludu yox, nə qədəri boşdu məntiqi ilə yanaşıram...

10 Oktyabr 2017 14:21

Bir neçə ölkədə fərdi sərgiləri təşkil olunan Pərviz Əsədov öz rəsm əsərləri ilə hər kəsi təəccübləndirməyi bacarır. Əsərlərini kətan, kağız üzərində yox dəri üzərində “canlandıran” rəssam bunu ilk dəfə özünün etdiyini bildirir. Hal – hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan və fəaliyyət göstərən rəssam Pərviz Əsədovla birgə onun sənət dünyası ilə tanış olmağa çalışdıq.

Tanınmış aktyorla direktor üz-üzə: "Mənə şər-böhtan atıb işdən çıxardı" - Böyük QALMAQAL

10 Oktyabr 2017 13:29

Əslində İrəvan Teatrında narazılıqlar uzun illərdir ki, var. Sadəcə heç kim biruzə vermirdi. Hamı hər şeyin nə vaxtsa yaxşı olacağına ümüd edirdi. Fikirləşirdik ki, biz də başqa teatrların aktyorları kimi yaxşı tamaşalar, rollar oynayarıq. Mən azdan-çoxdan tanınıram, amma teatrımızda elə aktyorlar var ki, içləri yaradıcılıq eşqi ilə yanır. Nə etsinlər ki, onlara şərait yaradılmır. Səlahiyyət təkcə teatrın direktoru İftixar Piriyevin əlindədir. O da ürəyi necə istəyir, elə də edir. Heç kim istəməzdi ki, teatrda problem yaransın. Bizim kollektiv kimi mehriban kollektiv yox idi. Amma rəhbərlik teatrda elə bir şərait yaradıb ki, biz aktyor yoldaşlarımız ilə də üz-üzə qalırdıq. Mən teatra dünən gəlməmişəm. Bu teatr bərpa olunan gündən, yəni 1989-cu ildən mən burada çalışıram. Bu gün teatrımızdakı mövcud problemlərlə bağlı dözməyib ölkə KİV-lərində tənqidi fikirlərimi və müsahibələr vermişəm. Teatrın direktoru İftixar Piriyevlə aramızdakı problemlər də elə oradan başladı.

Pərvin Abıyeva 21 yaşında BAŞINA GƏLƏNLƏRİ ANLATDI: “O zaman bir qızcığaz idim...”

10 Oktyabr 2017 12:49

Aktrisa Pərvin Abıyeva instaqram hesabında Türkiyədə yaşayan həmkarı Tunay Əliyevaya söz atıb. O, ilk dəfə çəkildiyi “Zabit şərəfi” adlı filmin fotosunu paylaşaraq, bunları yazıb: “Bu film səhnəyə ilk addımlarım zamanı, 21-22 yaşlarımda çəkilib. Məni çoxları istedadsız, bacarıqsız adlandıra bilər.

“Gün ərzində bütün seanslara və formatlara vahid qiymət tətbiq olunacaq” – Musa Axundov

10 Oktyabr 2017 12:46

Park Cinema kinoteatrlar şəbəkəsində “IMAX-da Super Gün” aksiyasına start verilir. Bu haqda Olaylar – a kinoteatrın marketinq üzrə direktoru Musa Axundov bildirib. Onun sözlərinə görə, izləyicilər tərəfindən sevilən Azercell IMAX zalında artıq kino həvəskarları daha sərfəli qiymətə film izləyə biləcəklər. Belə ki, hər həftənin çərşənbə günü “Super Gün” elan olunur və gün ərzində bütün seanslara və formatlara vahid qiymət tətbiq olunacaq. Cəmi 6.90 AZN ödəməklə ölkənin ən böyük ekranında, güclü səs effektləri və real görüntü ilə film izləmək mümkün olcaq.

Mehriban Xanlarovadan müğənniyə ağır ittiham: "Söz burada qalar" - VİDEO

10 Oktyabr 2017 11:39

"Maşın Şou" "Xanımlar və cənablar" şüarı ilə yeni iştirakçılarla ilk gününü başa vurub. 9 məşhur qadın və eyni sayda kişi iştirakçılardan ibarət yarışın ilk günü ən çox şəkli çıxan şəxs aktrisa Mehriban Xanlarova olub. O tamaşaçıların səsverməsindən sonra oyunda qalıb və seçimi müğənni Vüqar Muradov olub.

Etüd müsabiqəsinin yekun sərgisi keçiriləcək

10 Oktyabr 2017 11:31

Oktyabrın 13 – də Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və  Xətai Sənət  Mərkəzinin təşkilatçılığı ilə “Vətənin Tərənnümü”  etüd müsabiqənin yekun sərgisi keçiriləcək. Müsabiqənin keçirilməsində məqsəd   cəmiyyətdə vətən  sevgisi  və   vətənpərvərlik  ruhunun   inkişafına  xidmət  etməkdir. Müsabiqəyə əsasən rəssamlar təbiətin qoynunda olduqları zaman ərsəyə gətirdikləri əsərləri təqdim etmişlər.  150-dən çox etüdçü rəssamın, 350-yə yaxın rəsm əsərinin təqdim olunduğu müsabiqənin yekun sərgisi  46 rəssamın, 80-ə qədər işi ilə rəssamların və sənətsevərlərin ixtiyarına veriləcək.

Qazaxıstanlı müəllimlər ADMİU-da

10 Oktyabr 2017 09:57

Qazaxıstanın bir sıra təhsil ocaqları ilə əməkdaşlıq edən  Mədəniyyət və İncəsənət Universitetinin bu dəfə qonağı Kurnaqazi adına Qazaxıstan Milli Konservatoriyasının professoru, “Musiqi təhsili və pedaqogika” kafedrasının müdiri Kaliakbarova Lyalya Tokenova və kafedranın baş müəllimi Şabdenova Dariya Raximalievna olub. Olaylar bildirir ki, qonaqları qarşılayan ADMİU-nun rektoru professor Fərəh Əliyeva onları salamlayaraq səfərin məqsədindən, iki il Universitetdə açılan musiqi müəllimliyi ixtisasının tədrisi üçün yeni , maraqlı tədris proqramlarının işlənilməsi, yeni yanaşma və s. üzərində birgə, qarşılıqlı təcrübə, orta ümumtəhsil məktəbində musiqi müəllimi ixtisasının peşə kompitensiyaları haqqında fikir mübadiləsi aparmaqla lazım olan fənlərin tətbiqi və s haqqında danışıb.

"Muğamat var olan yerdə” layihəsi çərçivəsində  Pərviz Qasımovun konserti 

9 Oktyabr 2017 20:36

Oktyabrın 26 - da Beynəlxalq Muğam Mərkəzində  VI televiziya Muğam müsabiqəsinin qalibi Pərviz Qasımovun konserti olacaq. Olaylar bildirir ki, konsert "Muğamat var olan yerdə" layihəsi çərçivəsindədi.