Mədəniyyət

"Allah səni öldürsün" - "Maşın"da daha bir QALMAQAL

16 Oktyabr 2017 17:05

Qalmaqallı "Maşın" realiti şousunun 15-ci mövsümü davam edir. Dünən yayımlanan buraxılışda aparıcı Vüsalə Kərimova və jurnalist Ülviyyə Alovlu arasında münaqişə yaşanıb.

Rektor 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin açılış mərasimində

16 Oktyabr 2017 16:09

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva və digər ali təhsil ocaqlarının rektorları, yazarlar, mədəniyyət xadimləri iştirak edib. Qonaqlar Mərkəz ilə yaxından tanış olub, burada fəaliyyət göstərən kursların modullar əsasında tədrisi və “Multiart”, “Multimusic”, “Robotics”, “K-First”, “Multielm”, “Multitexnologiya” modullarının hər biri üzrə ayrı-ayrılıqda məlumatlandırıblar.

"Onu edə bilməyəcək dərəcədə ürəyin yoxdursa, yaşama da" - Yaşar kişi həmkarlarını ittiham etdi

16 Oktyabr 2017 14:56

Yaşar Yusub "Atv maqazin onlarla" verilişinin mikrafonu vasitəsiylə paxıllıq çəkən kişi həmkarlarını tənqid atəşinə tutub. Gənc müğənni uğurunu görməzdən gələn, bir "like" qıymayan həmkarlarına bu ismarıcı yollayıb: "İnstaqram-da "like" nə deməkdir?! Onu edə bilməyəcək dərəcədə sənin ürəyin yoxdursa, yaşama da sən! Görməməzlikdən gəlmək olmaz. Yaşar gedir Azərbaycanı uğurla təmsil edərək qayıdır. Səhəri gün üz-üzə gəlirik, biri adamı təbrik eləmir. Sənin məndən xəbərin var, mənim sənin işlərindən xəbərim var.

Məşhur rejissor Kinematoqrafçılar İttifaqında

16 Oktyabr 2017 14:44

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbərliyi və tanınmış jejissorla görüş keçirilib. Olaylar bildirir ki, görüşdə İttifaqın sədri, xalq artisti, professor Şəfiqə Məmmədova, icra katibi əməkdar incəsənət xadimi Cəmil Quliyev, xalq artisti, İttifaqın katibi Oqtay Mirqasım, Türk Dünyası Jurnalistlər Federasiyası tərəfindən isə qrumun rəhbəri Menderes Dəmir və məşhur rejissor və prodüser Gülşan Şaru iştirak ediblər.

Nəsiminin yeni əlyazmalarının surəti aşkarlandı

16 Oktyabr 2017 13:32

AMEA Məhəmməd Füzuli adına Əlyamalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surətini əldə edib. Olaylar bildirir ki, 83 vərəqdən ibarət birinci divan aydın nəsx xətti ilə köçürülüb. 308 vərəqdən ibarət olan ikinci divan da səliqəli xətlə yazılıb. Bu divan Nəsiminin əlyazma divanları içərisində ən irihəcmlilərdəndir.

Mehriban Xanlarova “Maşın” şounu tərk etmədən TAMAŞAYA ÇIXDI - AÇIQLAMA

16 Oktyabr 2017 13:10

Əməkdar artist Mehriban Xanlarova “Maşın” şouda iştirakı davam etməsinə baxmayaraq dünən tamaşada çıxış edib.  Əlif Cahangirlinin müəllifi olduğu tamaşada M.Xanlarovanın albalı obrazını canlandırması birmənalı qarşılanmayıb. Belə ki, insanlar onun səhnəyə çıxmasının “Maşın” realiti şousunun qaydalarına zidd olduğunu bildirib.

Frankfurtda “Azərbaycan Odlar Yurdu” adlı tədbir keçirilib

16 Oktyabr 2017 13:05

Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə milli pavilyonda “Azərbaycan Odlar Yurdu” adlı tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Azərbaycan diasporunun üzvləri, Almaniya ictimaiyyətinin nümayəndələri və Almaniyadakı azərbaycanlı tələbələr iştirak ediblər.

Günel nişanlısından ayrılıb? - Müğənnidən açıqlama

16 Oktyabr 2017 12:53

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalovanın bacısı Müşərrəfin İstanbuldakı gözəllik salonunun açılış mərasiminə qatılıb.  Günel gecədə media nümayəndələrinin suallarını cavablandırıb.

"Zövqsüz müğənniləri pul verib toylarına çağırırlar ki..." - Xalq artisti özündən çıxdı

16 Oktyabr 2017 12:33

Ötən gün ATV telekanalında yayımlanan "Atv maqazin onlarla" verilişinə müsahibə verən xalq artisti Azər Zeynalov maraqlı açıqlamaları ilə diqqət çəkib.

İbrahim Tatlısəsdən Azəri qızı Günelə İNANILMAZ QADAĞA: ikili arasında...

16 Oktyabr 2017 11:04

İbrahim Tatlısəs Günel Zeynalovaya öz mahnısını oxumağa icazə verməyib.  Bu barədə ifaçı özü məlumat verib. Qardaş ölkədə Azəri qızı ləqəbilə tanınan Günel Zeynelova atası qədər çox istədiyi İbrahim Tatlısəsə küskün olduğunu deyib.

Məşhur Rotşildlər nəslinin nümayəndələri Əlyazmalar İnstitutunda 

16 Oktyabr 2017 09:47

Məşhur Rotşildlər nəslinin nümayəndələri - Endi, Barbara, Şarlotta, Barbra, Tibor, Daqmar, Attikus Rotşildlər - AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Olaylar bildirir ki, Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli ilə görüşdə qonaqlara müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri, əldə olunmuş nailiyyətlər və burada qorunub saxlanılan əlyazmalar, onların toplanma, bərpa xüsusiyyətləri barədə məlumat verilib.

Əməkdar artist: “Toylara getmirəm, bizneslə qazanıram”

15 Oktyabr 2017 09:29

“Allah həmişə yaxşı adamları ətrafımda bol eləyir. Əgər bir tərəfdən çətinlik olursa, qarşımda başqa yerdən qapı açılır”. Bu sözləri əməkdar artist Aygün Bəylər “Günə davam” verilişində deyib. Muğam ifaçısı artıq toy məclislərinə getmədiyini bildirib:

“Zəng” tamaşası Adanada  nümayiş olunacaq

14 Oktyabr 2017 19:41

Oktyabrın 16-dan noyabrın 1-dək Türkiyənin Adana şəhərində 4-cü Şəhər Teatrları Görüşü baş tutacaq. Tədbir Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları tərəfindən təşkil ediləcək. Teatrlar görüşündə Türkiyə, Azərbaycan, Gürcüstan və Şimali Kiprdən gələn 18 teatr qrupu iki həftə sənətsevərlərlə bir arada olacaq. Ölkəmizi bu tədbirdə təmsil edəcək A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı oktyabrın 19-da “Zəng” tamaşasını nümayiş etdirəcək.

“Nar bağı” filmi 7-ci Malatya Beynəlxalq Film Festivalında

14 Oktyabr 2017 19:38

Noyabrın 9-dan 16-dək Türkiyədə 7-ci Malatya Beynəlxalq Film Festivalı keçiriləcək. Festival Malatya Valiliyinin dəstəyi ilə Malatya Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilir. Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi festivalın beynəlxalq uzunmetrajlı filmlər müsabiqə proqramında ölkəmizi təmsil edəcək. Baş rolların ifaçıları Qurban İsmayılov və İlahə Həsənova festivalda iştirak edəcəklər. “Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib.