Mədəniyyət

"Onunla birlikdə yaşamışıq" - Rəhimdən həmkarı ilə bağlı sevgi etirafı

17 Oktyabr 2017 19:40

Müğənni Rəhim Rəhimli illər əvvəl duet ortağı olmuş həmkarı ilə eşq yaşadığını etriaf edib.  Məlumata görə, “Hər şey daxil” verilişinə açıqlama verən sənətçi hazırda həmin xanımın sənətdə olmadığını deyib: “Sənətçi kişini yalnız sənətçi qadın sevə bilər. Bir vaxtlar mənim də başıma belə bir şey gəlib. O müğənni artıq sənətdə deyil. Zamanında biz yaradıcılıq işinə olanda bir-birimizə sevgimiz yarandı. Amma 2-3 il çəkdi. Çünki mən Azərbaycandan getdim. O xanım bir müddət sonra mənim yanıma gəldi, bərabər yaşadıq. Hazırda övladı var, xarici ölkədə yaşayır. Yeni sənətçi idi. Sənətdə ilk addımlarını atırdı”. 

Oksana:  "Heç bir kişidən mənə xoşbəxtlik gəlməyib" 

17 Oktyabr 2017 19:35

Oksana keçmiş həyt yoldaşı Elşad Xosedən danışıb. ARB TV-nin “Boş anlar” verilişinin qonağı olan rəqqasə Oksana Rəsulova şəxsi həyatından maraqlı açıqlamalar verib. “Elşadla qurduğum ailə böyük sevgidən idi. Boşanan cütlüklərin bir-birini arxasınca danışmasını anlaya bilmirəm. Bəzən düşünürəm ki, nə ağılla ərə getmişəm? Bəzən fikirləşirəm ki, niyə boşandım? Düzdür, boşanıb, yenidən ailə quran var. Bizdə belə bir hal gözlənilmir. Bizim sevgimiz doğmalığa çevrilib. Sevgi unudula bilər, əsas doğmalıqdır. Biz ayrı yaşasaq da, onun barmağına tikan batsa, ürəyim ağrıyar. Elşad ayrılıq ərəfəsində pis depressiyaya düşdü”.

Təranə ilə küsülü olduğu Cabbar arasında efirdə dava

17 Oktyabr 2017 19:35

Müğənni Könül Kərimova ilə Cabbar Musayev “Hər şey daxil” verilişinin qonağı olublar.  Məlumata görə, C.Musayev prodüser Tarix Əliyevin (Tolik) “Təranə Qumral Musa Musayevin yanında olmasa, Musa yaddan çıxar. Onu gündəmdə saxlayan onun xanımı, həm də piar meneceridir” sözlərinə belə olub:  “Bir şeyi deyim hamı bilsin. Bu gün onlar həyatda varsa, o da “Musayev” soyadına görədir”. 

Camal Saqinejad “999-cu gecə”- də

17 Oktyabr 2017 15:22

Oktyabrın 21 – 22 – də Musiqili Teatrda SSRİ Xalq artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası nümayiş olunacaq. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Olaylar – a bildirib ki, səhnə əsərinin budəfəki nümayişlərinin xüsusi özəlliyi Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejadla bağlıdır. Beləki, Camal Saqinejad növbəti dəfə məhz bu tamaşada Musiqili Teatrın səhnəsinə çıxacaq. O, tamaşada Şah obrazını canlandıracaq. Buna qədər isə C. Saqinejad Musiqili Teatrla Təbriz Teatrının birgə hazırladığı Beynəlxalq layihə olan “Bəxtəvər” komediyasında tamaşaçıların qarşısına çıxıb. Novruz bayramı günlərində tamaşaçılara təqdim olunan həmin səhnə əsəri yerli izləyicilərlə yanaşı, İran İslam Respublikasından gələn turistlər tərəfindən də böyük çoşqu və alqışlarla qarşılanıb.

Röya etiraf etdi: "Onunla sevgili olardım"

17 Oktyabr 2017 15:08

Əməkdar artist Röya Ayxan şəxsi həyatından danışıb. Məlumata görə, açıqlama verən sevilən ulduz sevgili olmaq istədiyi məşhurların adını çəkib: "İki-üç dünya ulduzu var ki, mən onları çox sevirəm. Bəzilərinin adını unutmuşam, amma onlardan biri də fransız aktyoru Alen Delondur. Düzdür, indi o da qocalıb. Amma nə qədər qoca olsa da, möhtəşəm aktyor və xarizmatik kişidir. Onunla sevgili olardım.

Litvanın tanınmış rejissor ADMİU-da

17 Oktyabr 2017 14:58

Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Litvanın tanınmış rejissoru Audrius Stonis, İttifaqın sədri, xalq artisti Şəfiqə Məmmədova və Litvanın Azərbaycandakı səfiri cənab Valdas Lastauskas Mədəniyyət və İncəsənət Universitetinin qonağı olublar. Olaylar bildirir ki, qonaqları Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva qəbul edib. Görüşdə rektor Universitetdə tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, tələbələrimizin filmlərinin müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə iştirakı və uğurları haqqında ətraflı məlumat verib. Audrius Stonis Litva İncəsənət İnstitutunun təhsil sistemindən, ixtisaslardan və s. danışıb.

Muğam Mərkəzində  “İtalyan dili həftəsi”nin açılış mərasimi

17 Oktyabr 2017 14:41

Beynəlxalq Muğam Mərkəzində   İtaliya və İsveçrənin Azərbaycandakı səfirliklərinin dəstəyi və Azərbaycan-İtaliya Assosiasiyasının təşkilatçılığı ilə  “İtalyan dili həftəsi”nin açılış mərasimi keçirildi. Olaylar bildirir ki, tədbirdə ilk olaraq İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari çıxış edərək,  “Dünya italyan dili həftəsi”ndə zəngin italyan musiqisi, ədəbiyyatı və incəsənətinin Azərbaycan ictimaiyyətinə təqdim olunacağını qeyd etdi. 

“Xanəndənin taleyi” yenidən səhnədə

17 Oktyabr 2017 13:52

Oktyabrın 25 – də Opera və balet Teatrında görkəmli bəstəkarı Xalq artisti Cahangir Cahangirovun "Xanəndənin taleyi" opera tamaşası yenidən nümayiş olunacaq. Premyerası tamaşa 109-cu mövsümün ilk premyerasıdır.

Mətanət efirə şəffaf geyimdə çıxdı: sellülitləri göründü

17 Oktyabr 2017 12:48

Dünən "5/5" verilişinin qonağı olan xanım ifaçı Mətanət Əsədova geyimi ilə diqqət mərkəzinə düşüb. Mətanət şəffaf uzun ətəkli geyimi ilə rəqs etməkdən də çəkinməyib. Həmin vaxt müğənninin sellülitləri kameraların obyektivindən qaçmayıb.

Pərvin Abıyevaya SEVGİLİSİ elə bir SÜRPRİZ etdi ki... - VİDEO

17 Oktyabr 2017 11:54

Bu gün tanınmış aktrisa Pərvin Abıyevanın doğum günüdür. Sənəçinin 27 yaşı tamam olur. Bu münasibətlə ona sosial mediada sənət dostlarından və tanınmışlardan xeyli təbrik mesajı gəlib.

Tanınmış rejissora AĞIR İTKİ

17 Oktyabr 2017 10:49

Rejissor Nail Naiboğlunun arvadı rəhmətə gedib. Onun həyat yoldaşı Gülər xanım dünən axşam saatlarından dünyasını dəyişib. İki övladı olan sənətçi saytımıza açıqlamasında məlumatı təsdiqləyərək bunları deyib:

Məşhur aparıcı startup layihənin reklam siması oldu

16 Oktyabr 2017 22:04

“Arb” tv-nin məşhur aparıcısı Murad Həşimov tezsagal.az startup layihəsinə dəstək olub. Belə ki, “Günə doğru” xəbər şousunun və “Yaşamaq gözəldir” ailə sağlamlıq proqramının aparıcısı yeni yaradılan layihənin reklam çarxına çəkilib. Olaylar bildirir ki, məşhur aparıcı şəxsi facebook səhifəsində reklam çarxını paylaşaraq tezsagal komandasına uğurlar arzulayıb. Startup layihə adından da göründüyü kimi tibb sahəsində xidmət göstərəcək. Beynəlxlaq startup layihə olan tezsagal həkimlərlə pasientlərin asanlıqla görüşünü təşkil edir. Pasientlər sayta daxil olaraq əziyyət çəkdikləri xəstəlik üzrə həkimin ixtisasını və məkanı yazaraq axtarış edə, həkimlər haqqında məlumat oxuya və onlayn olaraq həkimin qəbuluna yazıla bilərlər.

"Heç bir qüvvə ailəmi dağıda bilməz" - Aygün

16 Oktyabr 2017 18:30

“İstəyərdim ki, tamaşaçı deməsin yenə Aygün, bezdim onun əlindən. Qoy, Aygün üçün darıxsınlar. Türkiyədə Tarkan necə edir? Hansısa verilişə çıxanda hamı onu axtarır”. Məlumata görə, bu sözləri rejissor Kənan M.M.-lə ailəli olan müğənni Aygün Mahmudova “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

Könül Xasıyevadan ÜRƏKDAĞLAYAN SÖZLƏR: “Elə şeylər var ki...”

16 Oktyabr 2017 18:14

Səhhətində ciddi problem olan Xalq artisti Könül Xasıyeva “Xəzər maqazin” proqramına açıqlamalar verib: O, yuxu yata bilmədiyini dilə gətirib: “Heç yuxu yatmıram. Gecə yatanlara həsəd aparıram. 3 ilə yaxındır ki, heç bir efirə çıxa bilmirəm. Hər il konsert verən xanəndə olmuşam. Oxuya bilməmək mənim yaralı yerimdir. Son üç ildə hər şey pis hala düşdü. Elə şeylər var ki, onu açıqlaya bilmirəm. Vücudum sızıldayır, göynəyir... Onurğanın zədələnməsi bütün siniri pozur. Danışığa da, saça da, dişlərə də təsir edir”.