Mədəniyyət
Məşhur rejissor Kinematoqrafçılar İttifaqında
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbərliyi və tanınmış jejissorla görüş keçirilib. Olaylar bildirir ki, görüşdə İttifaqın sədri, xalq artisti, professor Şəfiqə Məmmədova, icra katibi əməkdar incəsənət xadimi Cəmil Quliyev, xalq artisti, İttifaqın katibi Oqtay Mirqasım, Türk Dünyası Jurnalistlər Federasiyası tərəfindən isə qrumun rəhbəri Menderes Dəmir və məşhur rejissor və prodüser Gülşan Şaru iştirak ediblər.
Nəsiminin yeni əlyazmalarının surəti aşkarlandı
AMEA Məhəmməd Füzuli adına Əlyamalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surətini əldə edib. Olaylar bildirir ki, 83 vərəqdən ibarət birinci divan aydın nəsx xətti ilə köçürülüb. 308 vərəqdən ibarət olan ikinci divan da səliqəli xətlə yazılıb. Bu divan Nəsiminin əlyazma divanları içərisində ən irihəcmlilərdəndir.
Mehriban Xanlarova “Maşın” şounu tərk etmədən TAMAŞAYA ÇIXDI - AÇIQLAMA
Əməkdar artist Mehriban Xanlarova “Maşın” şouda iştirakı davam etməsinə baxmayaraq dünən tamaşada çıxış edib. Əlif Cahangirlinin müəllifi olduğu tamaşada M.Xanlarovanın albalı obrazını canlandırması birmənalı qarşılanmayıb. Belə ki, insanlar onun səhnəyə çıxmasının “Maşın” realiti şousunun qaydalarına zidd olduğunu bildirib.
Frankfurtda “Azərbaycan Odlar Yurdu” adlı tədbir keçirilib
Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə milli pavilyonda “Azərbaycan Odlar Yurdu” adlı tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Azərbaycan diasporunun üzvləri, Almaniya ictimaiyyətinin nümayəndələri və Almaniyadakı azərbaycanlı tələbələr iştirak ediblər.
Günel nişanlısından ayrılıb? - Müğənnidən açıqlama
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalovanın bacısı Müşərrəfin İstanbuldakı gözəllik salonunun açılış mərasiminə qatılıb. Günel gecədə media nümayəndələrinin suallarını cavablandırıb.
"Zövqsüz müğənniləri pul verib toylarına çağırırlar ki..." - Xalq artisti özündən çıxdı
Ötən gün ATV telekanalında yayımlanan "Atv maqazin onlarla" verilişinə müsahibə verən xalq artisti Azər Zeynalov maraqlı açıqlamaları ilə diqqət çəkib.
İbrahim Tatlısəsdən Azəri qızı Günelə İNANILMAZ QADAĞA: ikili arasında...
İbrahim Tatlısəs Günel Zeynalovaya öz mahnısını oxumağa icazə verməyib. Bu barədə ifaçı özü məlumat verib. Qardaş ölkədə Azəri qızı ləqəbilə tanınan Günel Zeynelova atası qədər çox istədiyi İbrahim Tatlısəsə küskün olduğunu deyib.
Məşhur Rotşildlər nəslinin nümayəndələri Əlyazmalar İnstitutunda
Məşhur Rotşildlər nəslinin nümayəndələri - Endi, Barbara, Şarlotta, Barbra, Tibor, Daqmar, Attikus Rotşildlər - AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Olaylar bildirir ki, Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli ilə görüşdə qonaqlara müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri, əldə olunmuş nailiyyətlər və burada qorunub saxlanılan əlyazmalar, onların toplanma, bərpa xüsusiyyətləri barədə məlumat verilib.
Əməkdar artist: “Toylara getmirəm, bizneslə qazanıram”
“Allah həmişə yaxşı adamları ətrafımda bol eləyir. Əgər bir tərəfdən çətinlik olursa, qarşımda başqa yerdən qapı açılır”. Bu sözləri əməkdar artist Aygün Bəylər “Günə davam” verilişində deyib. Muğam ifaçısı artıq toy məclislərinə getmədiyini bildirib:
“Zəng” tamaşası Adanada nümayiş olunacaq
Oktyabrın 16-dan noyabrın 1-dək Türkiyənin Adana şəhərində 4-cü Şəhər Teatrları Görüşü baş tutacaq. Tədbir Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları tərəfindən təşkil ediləcək. Teatrlar görüşündə Türkiyə, Azərbaycan, Gürcüstan və Şimali Kiprdən gələn 18 teatr qrupu iki həftə sənətsevərlərlə bir arada olacaq. Ölkəmizi bu tədbirdə təmsil edəcək A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı oktyabrın 19-da “Zəng” tamaşasını nümayiş etdirəcək.
“Nar bağı” filmi 7-ci Malatya Beynəlxalq Film Festivalında
Noyabrın 9-dan 16-dək Türkiyədə 7-ci Malatya Beynəlxalq Film Festivalı keçiriləcək. Festival Malatya Valiliyinin dəstəyi ilə Malatya Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilir. Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi festivalın beynəlxalq uzunmetrajlı filmlər müsabiqə proqramında ölkəmizi təmsil edəcək. Baş rolların ifaçıları Qurban İsmayılov və İlahə Həsənova festivalda iştirak edəcəklər. “Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib.
Mirzə Ələkbər Sabirin virtual muzeyi təqdim edildi
Röya Teymur Abazova dəstək verdi
Əməkdar artist Röya Ayxan dörd gün sonra Gürcüstana yola düşəcək. Sənətçi Marneulidə merliyə namizəd olan Teymur Abazova dəstək olacaq.
Nursultan Nazarbayevin həyatından bəhs edən kitab Azərbaycan dilinə tərcümə olunub
Bu günlərdə Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin ömür yolundan bəhs edən "Nursultan Nazarbayev. Həyat yolu" kitabı Azərbaycan dilində nəşr olunub. Olaylar bildirir ki, kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan prezidenti Katibliyinin müdiri Mahmud Kasımbekovdur. Kitabda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin insanlara dərs ola biləcək təlatümlü və maraqlı həyatı, odla-alovla apardığı mübarizədən, ölkənin var olmasının ölüm-qalım savaşında yadellilər və böyük güclərlə olan mücadilələrindən danışılır. Kitabın içərisindəki əks olunan sənədlər prezident Nursultan Nazarbayevin şəxsi arxivindən götürülüb.














