Mədəniyyət

"Nar bağı"ndan növbəti uğur

20 Oktyabr 2017 09:08

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” filmi Asiya-Sakit Okean Kino Akademiyasının tarixində ikinci dəfə təqdim edilən “Young Cinema Award” mükafatına layiq görülüb. “Young Cinema Award” mükafatı ilk və ya ikinci debüt filmlərin müəlliflərinə verilir.  Bu il mükafata təqdim edilən 298 ekran işindən 142-si debüt film olub. Azərbaycanlı rejissorun ekran işi debüt filmlər arasından qalib seçilib.

Əməkdar artist işsizlikdən gileyləndi

19 Oktyabr 2017 19:24

Əməkdar artist Naibə Allahverdiyeva işsizlikdən gileylənib. Məlumata görə, aktrisa “Günə davam” verilişində bildirib ki, onu heç bir seriala və filmə dəvət etmirlər: “Bütün günü evdə oturmuşam, niyə? Küçədə camaat məni görəndə sevdiyini deyir, qucaqlayır, öpür. İnsanlar deyir ki, “Ay Naibə xanım, efirdəki biabırçılıq nədir?”.

Tacir sevgilisi olmuş Fədayə Laçın haqqında: "Onun kimi kimsə ola bilməz"

19 Oktyabr 2017 18:22

Tacir Şahmalıoğlu müğənni Fədayə Laçın haqqında danışıb.  5/5 verilişində qonaq olan Tacir Fədayə ilə birlikdə səhnədə olmağından peşman olmadığını bildirib: "Fədaya ilə duet oxumağıma görə peşman deyiləm. Onun yaratdığı musiqini oxuya bilərlər, amma onun kimi kimsə ola bilməz. Onun oxuduğu tərzdə kimsə oxuya bilməz. Ən çətin mahnıları o ərsəyə gətirib".

Polşanın Adam Miskeviç İnstitutunun nümayəndələri Bakıda

19 Oktyabr 2017 15:36

Polşanın Adam Miskeviç İnstitutunun nümayəndələri Mədəniyyət və İncəsənət Universitetində olublar. Qonaqları ilk olaraq Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva qəbul edib. Olaylar bildirir ki, Görüşdə rektor Universitetin Kino və televiziya, Aktyor sənəti fakültələri, SABAH Mərkəzi, tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, tələbələrimizin müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə iştirakı və uğurları haqqında ətraflı məlumat verib.

Zaur ikinci dəfə ərə gedən Sevdanın keçmişini açıb-tökdü: O qədər başına pul tökmüşəm ki... -

19 Oktyabr 2017 15:34

Ötən gün "5/5" verilişində Zaurun qonaqlarından biri Sevda Sanaliyeva olub. Rəqqasəlikdən müğənniliyə keçən Sevda Zaurun gözlənilməz ifadələri ilə qarşılaşıb. Aparıcının "Rəqsi niyə atdın? Yaraşırdı, boyun, buxunun. O qədər başına pul tökmüşəm, yadındadır?" sözlərinə müğənni təəccüblü şəkildə "Yorulmursunuz o sualı verməkdən? Pul? Ay yalansa... Ola bilər, bir az (gülür)" cavabını verib.

“Geostorm”  təqdim olundu

19 Oktyabr 2017 12:54

Park Cinema kinoteatrının Azercell IMAX zalında “Geostorm” filminin eksklüziv nümayişi baş tutdu. Olaylar bildirir ki, filmdə baş rolları Cerard Batler, Cim Störcess, Ebbi Korniş və Aleksandra Mariya Lara canlandırıblar. Filmin çəkilişlərinin son mərhələlərində prodüsser qismində Cerri Brukhaymer cəlb olunduqdan sonra filmin bir çox səhnələri yenidən çəkilib. Bəzi səhnələr isə hətta Luziana ştatında, Yeni Orleanda NASA-nın mərkəzində lentə alınıb.

Damla “sevgilisi”ni BİABIR ETDİ: ŞOK SÖZLƏR

19 Oktyabr 2017 11:09

Bu gün müğənni Damlanın Kamran Zahidli adlı musiqiçi ilə sevgili olması barədə xəbər yayılıb. Yayılan məlumatda klarnet ifaçısı olan Kamranın Damlaya ev alması da iddia olunub. Məsələni aydınlaşdırmaq üçün Damla ilə əlaqə saxladıq. Saytımıza açıqlama verən Damla yayılan xəbərləri təkzib etdi: “Biz Lənkəran konsertində səhnəyə çıxırdıq. O zaman Kamranı gördük. Bizdən xahiş etdi ki, mən də səhnəyə çıxıb, oxuyum.

Salvador Dalinin yeni əsəri aşkar edildi

19 Oktyabr 2017 09:02

Ehtimala görə, Salvador Daliyə məxsus olan "Missis Rivz" portreti ("Portrait of Mrs. Reeves", 1954) sənət əsərlərinin qaçaqmal ticarəti ilə mübarizə aparan Livan xüsusi xidmət orqanları tərəfindən aşkar edilərək götürülüb. Ehtimal edilən şedevr Livanla qonşu olan ölkələrdən birində şəxsi kolleksiyadan oğurlanıb və hərraclarda milyonlarla dollar məbləğində qiymətləndirilə bilər. Suriya və Livandan olan iki qaçaqmalçı Beyrut ətrafında yerləşən Dohat-Aramun dağlıq rayonunda polis tərəfindən saxlanılıb.

Həftəsonu Gənc Tamaşaçılarda

18 Oktyabr 2017 21:11

Həmişə olduğu kimi bu həftə də ADGTT-da uşaqlar və böyüklər üçün maraqlı repertuar tərtib edilmişdir. Məktəb yaşlı tamaşaçılar oktyabrın 20, 21, 22 “Əlincə qalası”, “Tıq-tıq xanım”, “Çirkin ördək balası” tamaşalarını izləyə biləcəklər. Tamaşalar hər gün saat 12:00 və 14:00-da nümayiş olunacaq. Böyüklər üçün isə oktyabrın 21-də Ə.B. Haqverdiyevin “Pəri Cadu”, 22-də Ə.Əmirlinin “Mən səni sevirəm” tamaşaları təqdim ediləcək.

“Kirpi”nin rəssamları adlı dərs vəsaiti işıq üzü görüb

18 Oktyabr 2017 21:06

Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, Əməkdar incəsənət xadimi Bayram Hacızadənin üç cilddən ibarət “Kirpi”nin rəssamları (1925-1969 I cild, 1980-1991 II cild, 1970-1979 III cild) Rəssamlıq təmayüllü ali təhsil müəssisələri üçün dərs vəsaiti işıq üzü görüb. Olaylar bildirir ki, “Kirpi”nin rəssamları adlı dərs vəsaiti Azərbaycan incəsənətinin ayrılmaz tərkib hissəsi olan karikatura sənətinin inkişafında əvəzsiz xidmətlər göstərmiş rəssamlarımızın yaradıcılığına, “Kirpi” satirik jurnalında işıq üzü görmüş əsərlərinin tədqiqi və təhlilinə həsr olunub.

Müstəqillik Günü Musiqili Teatrda qeyd olunub

18 Oktyabr 2017 20:41

Azərbaycan Dövlət Musiqili Teatrında 18 Oktyabr Müstəqillik Günü qeyd olunub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Olaylara - a  bildirib ki, bu müansibətlə teatrda “Heydər Əliyev dərsləri” mövzusunda növbəti tədbir keçirilib. Tədbiri açıq elan edən Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevin təklifi ilə öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Ə. Lalayev çıxışında dövlətimizin şərəfli müstəqillik tarixindən bəhs edib, 18 Oktyabr Müstəqillik Gününün Azərbaycan xalqının şanlı tarixindəki parlaq səhifələrdən biri olduğunu söyləyib. 

Samirə Mehribanı hədələdi: "Bu sözə görə mənə cavab verəcəksən"- QALMAQAL

18 Oktyabr 2017 19:20

"Maşın şou"da Samirə Yusifqızının adının hallanması onu özündən çıxarıb. Belə ki, Rauf Əhmədov efirdə bildirib ki, Samirə də oyunda olanda deyirdi ki, Vüqarı çıxartmayacaq. Bu məqamda Mehriban Xanlarovanın cavabı sərt olub: Samirə bizə Vüqarı çıxaracağını dedi, onda belə çıxır ki, satqınlıq edib.

Harvard Universitetinin alimi Tarix Muzeyində

18 Oktyabr 2017 19:15

Boston İncəsənət Muzeyinin İslam İncəsənəti Departamentinin eksperti və Harvard Universitetinin müəllimi Jeff Spurr AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Olaylar bildirir ki, qonaq muzeyin Etnoqrafiya elmi fondunun eksponatları ilə yaxından tanış olub. O, Azərbaycanda toxuculuq sənəti ilə maraqlanıb, tədqiqat sahəsinin əsasını təşkil edən tirmə kolleksiyaları haqqında məlumat toplayıb.

"Dediyi pulu ona versəydim, dostu olardım" - Oksana ilə İslamın arasında qalmaqal

18 Oktyabr 2017 19:05

Tanınmış aktyor İslam Mehrəliyev rəqqasə Oksana Rəsulova ilə dostluqlarına son qoyub. Bu haqda İslam Mehrəliyev  danışıb: "Dost sevilən, güvənilən və tez-tez görüşülən biridir. Təəssüf ki, "Maşın şou"da belə biri yox idi. Mənim həyatda çox dostlarım var. Amma incəsənət adamları deyil. İncəsənətdə olan dostlar sırf sənət yoldaşlarımdır. Bunlar ayrı-ayrı şeylərdir. Mən əkizlər bürcüyəm, əkizlər heç vaxt yalnız qalmaz. Əkizlər yalnız qalmağı özü istəyər. Əgər Oksananın "Maşın şou"nun finalında istədiyi pulu ona versəydim, dostu olardım".