Mədəniyyət

Muğam Mərkəzində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu

18 Oktyabr 2017 15:49

Muğam Mərkəzində oktyabrın 18-də V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı mərasimi keçirildi. Tədbir Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib. Əvvəlcə qonaqlar mərkəzin foyesində xalçaçılıq sənətinə həsr edilmiş sərgi ilə tanış olublar. Olaylar bildirir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək simpozium haqqında ətraflı məlumat verib. Nazir simpoziumun əhəmiyyətindən, burada müzakirə ediləcək məsələlərin aktuallığından, Azərbaycanda xalça sənətinə göstərilən diqqət və qayğıdan və dünyada bərabəri olmayan müasir xalça muzeyinin yaranmasından söz açıb.

Əməkdar artist Ayşad Məmmədov işdən çıxarılıb

18 Oktyabr 2017 15:41

Əməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub. Teatrdan  verilən məlumata görə, aktyor işdən öz ərizəsi əsasında çıxarılıb. “Aktyor bu barədə teatr rəhbərliyinə müraciət edib və rəhbərlik onun istəyini qəbul edib. Ayşad Məmmədovla bağlanmış əmək müqaviləsinə xitam verilib”, - deyə teatrdan bildirilib.

Gənc bəstəkarlar İttifaqa üzv oldular

18 Oktyabr 2017 15:31

Oktyabrın 17-də  Bəstəkarlar İttifaqının İdarə Heyətinin nöbəti iclası keçirilib. Olaylar bildirir ki, iclasda çıxış edən İttifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə cari ilin I yarımilində görülən işlər barədə məlumat verib. Çıxışında F.Əlizadə 2017-ci ilin ilin sonunadək nəzərdə tutulmuş tədbirlər planına da toxunaraq bildirib ki, oktyabrın 28-də Heydər Əluyev Mərkəzində SSRİ xalq artisti Müslüm Maqomayevin 75 illiyinə həsr edilən xatirə gecəsinin keçirilməsi planlaşdırılıb. Həmçinin noyabr ayında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illiyi dövlət səviyyəsində böyük təntənə ilə qeyd ediləcək.  Bundan başqa hər il olduğu kimi bu il də noyabrın 28-29-da  gənc bəstəkarların yeni əsərlərindən ibarət Plenumun da keçiriləcəyini qeyd edən sədr, Plenumda ifa olunacaq əsərlərin yığıldığını əlavə edib.

Yuğ Teatrında tədbir

18 Oktyabr 2017 15:05

Azərbaycan Dövlət YUĞ Teatrında 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirəcək. Olaylar bildirir ki, bu gün Yuğ Teatrı üçün ikiqat bayramdır. Belə ki, Yuğ teatrının və onun yaradıcısı ustad rejissor Vaqif İbrahimoğlunun doğum günüdür. Bu gün teatrın kollektivi V.İbrahimoğlunun məzarını ziyarət edib.

Romans müsabiqəsinin qaliblərinin konserti - Muğam Mərkəzində

18 Oktyabr 2017 14:01

Beynəxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası Mədəniyyət kanalının layihəsi olan romans müsabiqəsinin qaliblərinin konserti keçirilib.Tədbirdə Mədəniyyət kanalının təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi  ilə bu ilin iyun ayında start verilən romans janrı üzrə müsabiqənin qaliblərinin  nəticələri bəlli olub. Olaylar bildirir ki, tədbirdə Mədəniyyət kanalının direktoru Ramil Qasımov çıxış edərək yeni nəsil bəstəkarlarının yaratdığı romansların gələcək nəsil üçün önəmindən söhbət açdı və belə bir layihənin gənc bəstəkarlar üçün böyük örnək olduğunu qeyd etdi. Sonra Əməkdar incəsənət xadimi,sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova çıxış etdi.

Azərbaycanlı "Nəğd pul" Dağıstanla Çeçenistanda dillər əzbəri oldu - VİDEO

18 Oktyabr 2017 13:38

Dağıstanda və ümumiyyətlə, Şimali Qafqazda artıq iki ildir ki, "Julamur" mahnısı dillər əzbəridir. Dağıstan, Çeçenistan və Şimali Osetiyadan reperlər "Timaro", "Skimal", "Leos", "İdris və Ömər Əlibutayevin birgə ifası olan "Julamur"un klipi hazırda Rusiyada rep janrında çəkilmiş ən yaxşı kliplərdən biri sayılır.

Teatr direktoru məşhur teleaparıcını sərt tənqid etdi: "Düşünülməmiş fikirlərdir"

18 Oktyabr 2017 13:34

"Bu adamın teatrın fəaliyyətindən, repertuarından, tarixindən heç xəbəri yox imiş. Çox təəssüf edirəm ki, bu gün jurnalist, aparıcı Azərbaycan teatrının tarixini bilmədən bu şəkildə danışır. Gənc Tamaşaçılar Teatrı Azərbaycan teatr tarixinə neçə-neçə böyük sənətkarlar bəxş edib və bu gün də bu proses davam edir. Teatrımızın 250-dən çox heyəti var. Bu qədər heyəti olan teatra necə "balaca" demək olar axı?!" .

"Maşın" şouda efirə getməyən ən qalmaqallı kadr: "Talıbın otağına niyə getmişdin?" - VİDEO

18 Oktyabr 2017 12:46

"Maşın" realiti şouda ulduzlar arasında ən qalmaqallı söz savaşının görüntüləri yayılıb. Jurnalist Ülviyyə Alovlu ilə əməkdar aktrisa Mehriban Xanlarova arasında böyük qalmaqal baş verib.

İflic olan Könül Xasıyeva 500 min manatını mənimsəyən qadından danışdı

18 Oktyabr 2017 12:21

"Xəzər" telekanalında Zaurun qonağı səhhətində ciddi problemlər yaranan xalq artisti Könül Xasıyeva olub. Aparıcı xanım sənətkara "Eşitdim ki, Könül xanımın 500 min manat pulunu kimsə mənimsəyib. Bu doğrudurmu?" sualı ilə müraciət edib.

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” - Filmi Londonda

18 Oktyabr 2017 11:53

Londonda Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmin nümayişi keçirilib. Filmin nümayişi Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menzis tərəfindən, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib. Qeyd edək ki, Londondakı tədbirdən əvvəl bu ilin may ayında Parisdə “Musée de l’Armée” Ordu Muzeyində filmin Avropa premyerası keçirilib. Rəqəmsal qaydada bərpa olunan və rənglədilmiş arxiv görüntülərinin istifadə edildiyi filmdə Sovet ordusunun sıralarında faşizmə qarşı döyüşən və arxa cəbhədə qələbə üçün var gücü ilə çalışan azərbaycanlıların igidliyi barədə bəhs edilir. Filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır.

Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq”  sənədli filminin təqdimat mərasimi olub

18 Oktyabr 2017 09:07

Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib. Oktyabrın 17-də Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib. Çəkilişləri Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilən filmin nümayişindən əvvəl Leyla Əliyeva, ekran əsərinin ssenari müəllifi və rejissoru Oleq Şommer, filmin qəhrəmanlarından biri olan Vüsalə Kərimova səhnəyə çıxdılar.

Litvalı rejissorun “Buzlaqlarda  qadın” filmi nümayiş olundu

18 Oktyabr 2017 09:05

Kinematoqrafçılar İttifaqı və Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə  “CinemaPlus Azerbaijan” kinoteatrında litvalı rejissor Andruis Stonysla görüş keçirilib. A.Stonys görüşdə tamaşaçılara rejissorluq fəaliyyətindən və yeni nümayiş olunacaq filmi haqqında məlumat verib. Sənədli filmin Qazaxıstanda çəkildiyini bildirən rejissor deyib: “Filmin tarixi çox sadədir. Dostum mənə Mərkəzi Asiyada Qazaxıstan, Qırğızıstan və Çinin sərhədləri arasında yerləşən Tyanşan dağında sadiq iti və pişiyi ilə 30 ildir tənha yaşayan litvalı qadın alim Ausra Revutaite haqqında danışdı.

"Onunla birlikdə yaşamışıq" - Rəhimdən həmkarı ilə bağlı sevgi etirafı

17 Oktyabr 2017 19:40

Müğənni Rəhim Rəhimli illər əvvəl duet ortağı olmuş həmkarı ilə eşq yaşadığını etriaf edib.  Məlumata görə, “Hər şey daxil” verilişinə açıqlama verən sənətçi hazırda həmin xanımın sənətdə olmadığını deyib: “Sənətçi kişini yalnız sənətçi qadın sevə bilər. Bir vaxtlar mənim də başıma belə bir şey gəlib. O müğənni artıq sənətdə deyil. Zamanında biz yaradıcılıq işinə olanda bir-birimizə sevgimiz yarandı. Amma 2-3 il çəkdi. Çünki mən Azərbaycandan getdim. O xanım bir müddət sonra mənim yanıma gəldi, bərabər yaşadıq. Hazırda övladı var, xarici ölkədə yaşayır. Yeni sənətçi idi. Sənətdə ilk addımlarını atırdı”. 

Oksana:  "Heç bir kişidən mənə xoşbəxtlik gəlməyib" 

17 Oktyabr 2017 19:35

Oksana keçmiş həyt yoldaşı Elşad Xosedən danışıb. ARB TV-nin “Boş anlar” verilişinin qonağı olan rəqqasə Oksana Rəsulova şəxsi həyatından maraqlı açıqlamalar verib. “Elşadla qurduğum ailə böyük sevgidən idi. Boşanan cütlüklərin bir-birini arxasınca danışmasını anlaya bilmirəm. Bəzən düşünürəm ki, nə ağılla ərə getmişəm? Bəzən fikirləşirəm ki, niyə boşandım? Düzdür, boşanıb, yenidən ailə quran var. Bizdə belə bir hal gözlənilmir. Bizim sevgimiz doğmalığa çevrilib. Sevgi unudula bilər, əsas doğmalıqdır. Biz ayrı yaşasaq da, onun barmağına tikan batsa, ürəyim ağrıyar. Elşad ayrılıq ərəfəsində pis depressiyaya düşdü”.

Təranə ilə küsülü olduğu Cabbar arasında efirdə dava

17 Oktyabr 2017 19:35

Müğənni Könül Kərimova ilə Cabbar Musayev “Hər şey daxil” verilişinin qonağı olublar.  Məlumata görə, C.Musayev prodüser Tarix Əliyevin (Tolik) “Təranə Qumral Musa Musayevin yanında olmasa, Musa yaddan çıxar. Onu gündəmdə saxlayan onun xanımı, həm də piar meneceridir” sözlərinə belə olub:  “Bir şeyi deyim hamı bilsin. Bu gün onlar həyatda varsa, o da “Musayev” soyadına görədir”.