Mədəniyyət

Daşkənddə “Odlar yurdunun naxışları” Azərbaycan xalçalalarının daimi sərgi zalının açılışı olub

23 Oktyabr 2017 13:13

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları sərgi zalının açılışı olub. Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda keçirilən bütün tədbirlərdə xalq sənətlərinin ən geniş yayılmış növü, Azərbaycan xalqının rəmzinə çevrilmiş xalça sənətini təbliğ edir, Özbəkistanın aparıcı kitabxanalarına “Azərbaycan xalçaları” “İrəvan xalaçaları” kitabları bağışlanır, Özbəkistanın aparıcı xəbər saytlarında çoxsaylı məqalələr dərc olunur.

Vüsalə Kərimova hədələdi: "Həmin adamı yerlə-yeksan edəcəm" - QALMAQAL

23 Oktyabr 2017 13:02

"Yaşar gedərkən səni mənə tapşırmışdı. Mən bu günə kimi ona dəstək olmuşam"- reper Elşad Xosenin şoudan gedərkən Vüsalə Kərimovaya ünvanladığı sözlər gec də olsa cavabsız qalmayıb.

Mətanət həmkarlarını “TOPA TUTDU”: “Qıcqırmış kündələr...”

23 Oktyabr 2017 12:53

Müğənni Mətanət Əsədova “ATV maqazin 10-larla” proqramına müsahibə verib. Sənətçilərin onu təkrarlamasından şikayətlənən ifaçı həmkarlarını döyməklə hədələyib: “Mən nostalji mahnıları oxuyuram, onlar təkrarlayırlar. Sonra demirlər ki, bunu birinci Mətanət etdi, biz təkrarladıq.

Cəfər Cabbarlının qızına baş çəkdilər - “Cabir Novruz” Mədəniyyət Fondu

23 Oktyabr 2017 11:21

“Cabir Novruz” Mədəniyyət Fondunun Prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi Cavanşir Qurbanov başda olmaqla fondun üzvləri, dahi dramaturqumuz Cəfər Cabbarlının evində qızı Gülarə xanım Cabbarlıya baş çəkiblər. Olaylar bildiri ki, fondun prezidenti Cavanşir Qurbanov bu yaxınlarda dillər əzbəri olmuş “Ana” şeirinə bəstələnmiş mahnının klip versiyasına “Beynəlxalq Mətbuat Mərkəzi”ində keçirilən tədbirdə baxdığını və ağbirçək anamız Gülarə xanıma həsr olunduğunu bildirdi. Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımovun “Ana” mahnısını möhtəşəm ifasından bəhs etdi.

Polad Bülbüloğlu medala layiq görüldü

23 Oktyabr 2017 09:06

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti" Fondunun medalına layiq görülüb. Təşkilatın yaranmasının 25 illiyinə həsr olunmuş yubiley medalını ona bazar günü Rusiyanın əməkdar artisti, "Rus İfaçılıq Sənəti" İctimai Xeyriyyə Fondunun prezidenti Valeri Vorona təqdim edib. Mükafatlandırma mərasimi P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında keçirilib.

İtaliyalı rejissorla görüş - Bakıda

22 Oktyabr 2017 18:48

Oktyabrın 21-də Bakıda İtaliyanın tanınmış rejissor-ssenaristi Fransesko Buruni ilə görüş keçirilib.“İtaliyan dili həftəsi” çərçivəsində reallaşan görüşdə “Müasir dövrdə kino sənətinin inkişafı və onun ərsəyə gəlməsi” mövzusu müzakirə olunub. Ölkəsində kino sənətinin inkişafından söz açan qonaq deyib ki, azərbaycanlı rejissorlarla bu yöndə əməkdaşlıq etməyə hazırdır. Azərbaycanda kino çəkilişləri üçün əlverişli şəraitin olduğuna toxunan F.Buruni burada olduğu müddətdə yaranacaq yeni imkanlardan istifadə edəcəyini qeyd edib.

Almaniyanın tanınmış caz qrupu Bakıda

22 Oktyabr 2017 18:45

Bakıda Almaniyanın məşhur “Siminoloc” caz kvartetinin iştirakı ilə ustad dərsləri təşkil edilib.  “Landmark”da reallaşan ustad dərsləri Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən XII Beynəlxalq Caz Festivalı çərçivəsində gerçəkləşib.

Xalq artisti: “O bir səhvi arvadıma bağışlamadım...” 

22 Oktyabr 2017 11:04

O, “Səndən artist olmayacaq” deyən müəllimi, ustadı ilə eyni vaxtda xalq artisti adına layiq görülüb. Sevdiyi sənətin arxasınca getdiyi üçün on il atasından küsülü qalıb. Əlacsız qaldığına görə tələbəlik illərini ən yaxın dostunun evində yaşayıb. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan teatrının ilk aktyorlarından olub. “Azərbaycanfilm”dən başqa “Türkmənfilm”, “Tacikfilm”, “Özbəkfilm”, ““Mosfilm”, Almaniyanın “Defa” studiyalarının filmlərinə çəkilib. Ağstafada ev tikib, orda məskunlaşmağa qərar verən aktyor Xalq Teatrında yeni tamaşaya quruluş vermək ərəfəsindədir. “Danışan fotolar”da bu dəfə Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Tariyel Qasımovla həmsöhbət olduq.

“FotoMən” fotoqrafiya kursunun açılış mərasimi 

22 Oktyabr 2017 08:47

“FotoMən” fotoqrafiya kursunun açılış mərasimi keçirilib. Fotoqrafiya kursu "ASAN Könüllüləri" Təşkilatının “Mədəniyyət carçısı” layihəsinin təşkilatçılığı, YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı və “ASAN radio”nun media dəstəyi ilə həyata keçirilir. Olaylar bildirir ki, peşəkar fotoqraflar tərəfindən keçiriləcək təlimlərin əsas məqsədi fotoqrafiya sahəsinə maraq göstərən gənclərin bu istiqamətdə maarifləndirilməsidir. Müsahibə yolu ilə seçilmiş 40 iştirakçı görüşlərdə iştirakla yanaşı, studio çəkilişlərində iştirak edəcək, qrup işlərini və ev tapşırığını yerinə yetirəcəklər.

Mehriban Xanlarova məhkəmə ilə hədələdi: "...ləçərliklə, həyasızlıqla səs toplayıb"

21 Oktyabr 2017 19:44

məkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova Elşad Xose ilə mübarizəsinə son verərək, şou əhlini hədəfə alıb. Açıqlama verən aktrisa onu təhqir edən məşhurları məhkəməyə verəcəyini deyib: "Elşad artıq şoudan getdi. Vüsalə sağ olsun, qadın həmrəyliyini göstərdi və mənim intiqamımı ondan aldı. Daha Elşadla işim yoxdur. Şoudan çıxanda məni qucaqlayıb, əlimdən öpdü. Qulağıma da pıçıldadı ki, səni çox sevirəm, bağışla, bu, bir oyundur. Mənim onunla əvvəllər problemim olmayıb, onu Oksanaya görə tanımışam. Ancaq şəxsiyyətimi təhqir edən şou-biznes nümayəndələri məni qarşılarında görəcəklər.

Ukrayna mətbuatı Gənc Tamaşaçılar Teatrından yazıb

21 Oktyabr 2017 18:16

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Ukraynanın paytaxtı Kiyevdə “Mariya” Beynəlxalq Monotamaşalar Festivalında təmsil olunub. Olaylar bildirir ki, sənət ocağının aktyoru, Əməkdar Artist Şövqi Hüseynov P.Züskindin “Kontrabas” tamaşası ilə festival iştirakçılarının qarşısına çıxıb.Tamaşanın nümayişindən sonra iştirakçı dövlətlərin teatr xadimləri səhnə əsəri haqqında müsbət rəy bildiriblər. Ukraynanın ən çox oxunan “Gün” qəzetində tanınmış yazıçı, teatr tənqidçisi Dmitriy Drozdovskinin festivalda təqdim olunan ən yaxşı tamaşalara həsr olunmuş “Sənət mədəniyyətin müxtəlifliyində” adlı məqaləsi dərc edilib. Məqalədə ilk olaraq “Kontrabas” tamaşası haqqında söz açılır.

Pərvin Abıyevanın estetik əməliyyatdan əvvəlki görüntüləri OLAY OLDU – FOTOLAR

21 Oktyabr 2017 15:10

Tanınmış aktrisa Pərvin Abıyeva dodaqlarının daha həmcli görünməsi üçün gel vurduran məşhurlar cərgəsinə qoşulub. Bir neçə gün əvvəl 27 yaşını qeyd edən aktrisa sosial şəbəkədə yeni fotosunu paylaşıb. Kino ulduzunun köhnə şəkilləri ilə müqayisədə dodaqlarının daha dolğun görünməsi diqqətdən qaçmayıb.

Azərbaycan rəssamlarının əsərləri Luvr muzeyində

21 Oktyabr 2017 09:40

Parisdə keçirilən “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilib.  Parisdə Luvr muzeyinin Karusel salonunda baş tutmuş “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində Azərbaycanı Əsmər Nərimanbəyova və Məryəm Ələkbərli təmsil ediblər.