Azərbaycanlı iştirakçı “O Səs Türkiyə”ni gözəlliyi ilə FƏTH ETDİ - VİDEO

Azərbaycanlı ifaçı Nəzrin Əfəndizadə "O səs Türkiyə" mahnı müsabiqəsinə qatılıb.

Publika.az xəbər verir ki, həmyerlimiz münsifləri həm özünəməxsus ifası, həm də gözəlliyi ilə özünə heyran edib. İzləyicilər də Nəzrini gurutulu alqışlarla qarşılayıb.

O, müsabiqədə ilk çıxışı üçün mərhum müğənni Emi Uaynhausun repertuarından "Back to black" mahnısını ifa edib.

Münsiflərdən Hadisə və Murad Boz ona tərəf dönüb. 4 ildir İstanbulda Aydın Universitetində təhsil alan N.Əfəndizadə sonda Hadisəni seçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31