“Xanəndənin taleyi” yenidən səhnədə
Oktyabrın 25 – də Opera və balet Teatrında görkəmli bəstəkarı Xalq artisti Cahangir Cahangirovun "Xanəndənin taleyi" opera tamaşası yenidən nümayiş olunacaq. Premyerası tamaşa 109-cu mövsümün ilk premyerasıdır.
17 Oktyabr 2017 13:52 MədəniyyətOktyabrın 25 - də Opera və balet Teatrında görkəmli bəstəkarı Xalq artisti Cahangir Cahangirovun "Xanəndənin taleyi" opera tamaşası yenidən nümayiş olunacaq. Premyerası tamaşa 109-cu mövsümün ilk premyerasıdır.
Olaylar bildirir ki, yeni quruluşda isə əsas qəhrəmanın obrazını Teatrın solisti - Əməkdar artist İlkin Əhmədov yaradacaqdır. Premyera tamaşasında həmçinin Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova, Fərid Əliyev, Səbinə Vabahzadə, Fəridə Məmmədova, Xalq artistləri Fidan Hacıyeva və Gülyaz Məmmədova, solistlər Tural Ağasıyev, Fəhmin Əhmədli, Tələt Hüseynov çıxış edəcəklər.
Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Səhnə tərtibatı və kostyum eskizlərinin müəllifi isə Əməkdar mədəniyyət işçisi, rəssam Tehran Babayevdir.
Qeyd edək ki, operanın ilk quruluşunda əsas partiyanı mərhum sənətkar, Xalq artisti Baba Mahmudoğlu ifa etmişdi.