Mədəniyyət

Doktorant və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı

27 Oktyabr 2017 17:03

 Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində keçirilən XXI Respublika Elmi konfransda Mədəniyyət və İncəsənət Universitetinin doktorant və gənc tədqiqatçıları da iştirak edib. Təhsil naziri Mikayıl Cabbarov, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva və digər ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalıların iştirak etdiyi konfransı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov tələbələrə uğurlar arzulayıb.

Görkəmli pianoçu Bakıda ustad dərsləri verəcək

27 Oktyabr 2017 16:37

Azərbaycan diasporunun görkəmli nümayəndəsi, əməkdar artist, uzun illərdir Fransada yaşayan pianoçu, professor Adilə Əliyeva Bakıda ustad dərsləri verəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Təhsil Nazirliyinin dəvəti ilə Adilə Əliyeva oktyabrın 30-u, 31-i və noyabrın 1-də Üzeyir Hacıbəyov adına Azərbaycan Musiqi Akademiyasının tələbələrinə ustad dərsləri keçəcək. Dərslərdə iştrak ödənişsizdir və istənilən şəxs əvvəlcədən qeydiyyatdan keçməklə dərslərdə iştirak edə bilər. Bundan başqa, Adilə Əliyevanın Bakıya səfəri çərçivəsində ADA Universitetinin tələbələri ilə görüşünün keçirilməsi də nəzərdə tutulub.

Teatrda imtahan

27 Oktyabr 2017 16:22

Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissorluğu” fakültəsində qiyabi təhsil alan 3-cü kurs tələbələri ixtisas fənnindən imtahan verərək Musiqili Teatrda çıxış ediblər. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Olaylar – a bildirib ki, imtahan prosesi Musiqili Teatrın kiçik səhnəsində - Gənclərin Yaradıcılıq Studiyasında baş tutub. İmtahan işi kimi Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası nümayiş olunub. Tamaşada rolları Şəbnur Allahverdili, Rəşid Soltanov, Vüsal Qasımov, Ləman Məmmədli, Gülər Kazımova və Aysel İbrahimova ifa ediblər.

"Düşündüm necə edim ki, şəkillər yayılmasın" - Namiq hansı şəkildən danışdı?

27 Oktyabr 2017 15:59

ARB-də yayımlanan "Səhər-Səhər" verilişinin qonağı olan sənətçi Namiq Qaraçuxurlu tamaşaçıların ona ünvanladığı suallara maraqlı cavabları ilə diqqət çəkib.

Samirlə Kamran arasındakı pul qalmaqalı böyüyür - "Çox böyük oyun oynayır"

27 Oktyabr 2017 15:57

Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı məhkəmə prosesi hələ də davam edir. Sənətçi aparıcının ondan 110 min aldığını, uzun müddətdir qaytarmadığını deyib. K.Həsənliyə cinayət işi açılıb.  S.Piriyev uzun müddətdir Kamranı məhkəməyə şikayət etsə də hələ bir nəticə olmamasından gileylənib:   "Son günlər eşidirəm ki, Kamran istintaqdan şikayətlənir. Kamran Həsənli nədən şikayət edir, onu himayəsinə alan istintaqdan? Sübuta yetirilmiş dələduzluq faktı ola-ola hələ də azadlıqda gəzməkdən şikayətçidir? Bu adama iki ildir dayaq durublar. Kamran öz dələduzluğunu özü sübut edib. Özü dedi ki, 15 min dolların əvəzinə maşınını verib və 10 min dolları nəğd qaytarıb. Mənə borcu yox idisə, niyə bu qədər pulu verirdi? 

“Xənnas” danışma və eşitmə qüsuru olan insanlara işarət dilində təqdim olunacaq

27 Oktyabr 2017 14:35

Oktyabrın 29-da Nizami Kino Mərkəzi  Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli insanlarla işarət dilinə tərcümə edilmiş milli “Xənnas” filmini təqdim edəcək. Mərkəzdən “Olaylar” – a bildirilib ki, rejissor Elvin Abdullanın çəkdiyi Azərbaycanın ilk qorxu filmi olan “Xənnas” vahimə və mistika janrındadır.

Muğam Mərkəzində “Muğamat var olan yerdə” layihəsi davam edir

27 Oktyabr 2017 14:07

Oktyabrın 26 – da Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət kanalının “Muğamat var olan yerdə”adlı layihəsi çərçivəsində VI televiziya Muğam Müsabiqəsinin qalibi Pərviz Qasımovun konserti keçirilib. Konsert Pərviz Qasımovun “Mirzə Hüseyn segahı”nın ifası ilə açılıb. Daha sonra xanəndə “Dilkeş”, “Şikəsteyi-fars” təsniflərini,”Dəli ceyran”,”Xumar oldum”(xalq mahnıları),”İlk məhəbbət”(Habil Əliyev), ”Yaşa məhəbbətim, yaşa ürəyim” (Əlibaba Məmmədov)mahnılarını ifa etdi.

"İstəyirəm bu sənəti atım..." - Əməkdar artist şikayətləndi - VİDEO 

27 Oktyabr 2017 13:22

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan əməkdar artist Natiq Şirinov maraqlı açıqlamalar verib. Qrupun rəhbəri Natiq Şirinov yenicə qayıtdıqları qastrol səfərləri ilə bağlı təəssüratlarını bölüşdü.

"Musiqinin Məcnunu" filmi təqdim olundu

27 Oktyabr 2017 12:50

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı və bərpaçısı, görkəmli alim, Xalq artisti, professor Məcnun Kərimin xatirəsinə həsr olunmuş "Musiqinin Məcnunu" filminin təqdimatı keçirilib.

“Muğamı sevməmək mümkün deyil”

27 Oktyabr 2017 12:01

2013 – cü ildə Muğam müsabiqəsinin qalibi olan Ayşən Mehdiyevanın yaxın günlərdə solo konserti gözlənilir. Öz ifa tərzi, dəsti – xətti ilə seçilən gözəl səsli xanəndəmiz Ayşən Mehdiyeva bu sənət yolunda ustad xanəndələrimizin “ələyi”n- dən keçmiş ifaçıdı.   “Olaylar”-ın qonağı olan gənc xanəndə Ayşən Mehdiyevanın müsahibəsini təqdim edirik.

Akademik Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabı təqdim olundu

27 Oktyabr 2017 11:48

AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığıyla Azərbaycanın Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı yenidən nəşr olunan kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademik F.Qasımzadənin ədəbi-tənqid sahəsində fəaliyyət göstərdiyini, əsərlərində Azərbaycan ədəbiyyatının obyektiv təhlilini apardığını diqqətə çatdırıb. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova təqdimatı MEK üçün tarixi hadisə adlandırıb. Leyla İmanova qeyd edib ki,  vəsait MEK oxucularının böyük hissəsini təşkil edən tələbə auditoriyası, müəllim heyəti üçün xüsusi önəm kəsb edir. Ona görə də, kitab müəllif hüququ sahibi Nigar Feyzulla qızı tərəfindən elektron versiyada MEK-ə təqdim olunub və müəllif hüququ müqaviləsi imzalanıb.

Hüseyn Cavidin “Maral” və “Şeyda” əsərləri bolqar dilində 

27 Oktyabr 2017 10:05

Görkəmli Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə ədibin “Maral” və “Şeyda” əsərləri bolqar dilində çap edilib. Olaylar bildirir ki, hər iki kitabın tərtibçisi və ön sözün müəllifi AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır. “Maral” əsərini bolqar dilinə tərcümə edənlər - Momçil Şopov, Janet Nikolova, redaktoru Sofiya Şiqaevadır. “Şeyda” əsərinin bolqar dilinə tərcüməçisi Sofiya Şiqaeva, redaktoru isə Veneta Yankovadır.

Nippon Fondu “Read Japan” layihəsi çərçivəsində MEK-ə kitablar göndərdi

26 Oktyabr 2017 19:54

AMEA Mərkəzi Elmi Kitabxanası fondlarını dünya mədəniyyəti və elminə aid mənbələrlə zənginləşdirmək məqsədi ilə  kitabxananın beynəlxalq münasibətlər və təşkilatlararası əlaqələrinə yeni çalar gətirən layihələrə müraciət olunur. Olaylar bildirir ki, Yaponiyanın Nippon Fondu “Read Japan” (“Yaponiyanı mütaliə et”) adlı layihə çərçivəsində MEK-ə xüsusi seçilmiş ədəbiyyat təqdim edib. Layihəyə əsasən hədiyyə edilən 100 ədəd kitab müasir Yaponiyanın daha da yaxından tanıdılması üçün yardımçı rolunu oynayır. Fondun heyəti Yaponiya haqda geniş biliyə malik olan 10 ekspertdən ibarətdir və onlar bu kitabların seçiminə xüsusi diqqətlə yanaşırlar. Müasir Yaponiyanı dərk etmək üçün nəzərdə tutulan kitablar ingilis dilindədir və əsasən siyasət və beynəlxalq əlaqələr, iqtisadiyyat və biznes, cəmiyyət və mədəniyyət, ədəbiyyat və incəsənət, tarix kimi elm sahələrini əhatə edir.

Rəvanın boşanmasına atası səbəb olub? - Gəlinin iddiası

26 Oktyabr 2017 19:05

ARB TV-nin "Günə davam" verilişində müğənni Rəvan Qarayevin boşanma xəbəri müzakirə olunub. Efirdə Rəvanın keçmiş həyat yoldaşı Günayın açıqlaması təqdim edilib. Bildirilib ki, Günay əslində Rəvandan yox, qayınatasından şikayətlənib. Aparıcı Ülvira Qarayeva günayın açıqlamasını bu cür çatdırıb: "Evliliyimiz dövründə bizə valideynləri mane oldu. Rəvan sinə gərə bilmədi. Mənimlə valideynləri arasında seçim etməli oldu. Bu seçimi onun qarşısına atası Elşad Qarayev qoydu. Rəvan da valideynlərini seçməli oldu.