Mədəniyyət
İrəvan Teatrında narazılıq böyüyür, prezidentə və məhkəməyə müraciət olunub
C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının işdən azad olunan aktyoru Əjdər Zeynalovla bağlı prezident İlham Əliyevə müraciət olunub. Məlumata görə, mədəniyyət və incəsənət xadimləri, elmi müəssisələrin nümayəndələri və jurnalistlərdən ibarət 30 nəfərin imza atdığı müraciətdə qeyd olunub ki, İftixar Piriyevin teatra rəhbərlik etdiyi müddət ərazində xalq artistləri Elmira İsmayılova, Tamilla Abdullayeva, əməkdar artistlər Vidadi Əliyev, Dilarə Əliyeva, Tünzalə Əliyeva, rejissor Anar Sadıqov, aktyorlar Mehman Piriyev, Rəşad Səfərov, Midhət Aydın, Ramil Məmmədov, Rada Nəsibova, Samir Bayramlı, Emin Seyfullayev, Elçin Nəcəfov, Elşən Mehdizadə, Səadət Həsənalıyeva, Xəqani Əliyev, Emin Sevdiməliyev, Zəka Ziya, Tutu Əliyeva, Könül Əbilova, Samirə Hacıyeva, Mərahim Nəsibov, Ruhiyyə Yəhyayeva və başqaları teatrı tərk ediblər.
İlkinə hədiyyə olunan maşının markası bəlli oldu: Qiyməti 30 min manatdır
Xəbər verdiyimiz kimi, aktyor İlkin Misgərliyə avtomobil hədiyyə olunub. Aktyor avtomobilin markasını açıqlayıb: "Bu xəbər mənim üçün çox gözlənilməz oldu, çox sevindim. Mənə ən son model KİA Rio avtomobili hədiyyə olundu". O maşını kim bağışlayıb sualına isə belə cavab verib: "Avtomobili mənə "Bozbaş Pictures"in yaxın dostlarından biri hədiyyə edib. Fürsətdən istifadə edib, həmin şəxsə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm".
“Sweet November” yemək festivalı - Bakıda
Noyabrın 23-dən 26-dək Qız Qalası ətrafında “Sweet November” yemək festivalı keçiriləcək. Festivalda müxtəlif adda ləzzətli təamları ilə tanınan kafe, restoran və yemək sferasında şəxsi bizneslə məşğul olanlar bu tədbirdə iştirak edə biləcəklər.
Çinarə Məlikzadənin gənc oğlanla bu görüntüsü İZLƏNMƏ REKORDU QIRIR - VİDEO
Sosial media vasitəsilə məşhurlaşan gənc müğənni Çinarə Məlikzadə yeni videosu ilə diqqət çəkib. İfaçı “O səs Türkiyə” yarışmasının azərbaycanlı iştirakçısı Mərdan Kazımovla kameralar qarşısına keçib. Onlar duet şəklində “Yarınım bu günüm” adlı mahnını səsləndiriblər. Sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanan bu video 15 saatda 85 min dəfə izlənilərək rekord qırıb.
Hansı müğənni saxta profillərdən Mətanət Əsədovanı təhqir etdi? - İnstaqram-da 15 profili var
ARB telekanalında yayımlanan "Səhər-Səhər" verlişinin qonağı Mətanət Əsədova olub. Verilişin aparıcısı Elgizin xanım müğənniyə "Səsin, ifanla seçilən sənətçisən. Amma son zamanlar geyiminlə də gündəmdəsən" sözlərinə Mətanət özünəməxsus açıqlama verib.
Rejissura ilə nəfəs alıram... MƏHƏRRƏM BƏDİRZADƏ
Məncə, teatr qarderobdan deyil, rejissorun ssenari yazılmış vərəqləri əlinə almasından başlayır və tamaşaçı ilə ünsiyyətdə bitir. Teatr rejissoru tamaşaçının bu ünsiyyətdən doğan həyəcanını, hiss və duyğularını canlı olaraq qəlbinin süzgəcindən keçirib gözlərinə hopdurur.
İlkinə avtomobili kim hədiyyə edib?
Xəbər verdiyimiz kimi, "Maşın şou"nun 15-ci sürətinin iştirakçılarından olan İlkin Misgərliyə avtomobil hədiyyə edilib. Dünən yerli mətbuatda İlkin Misgərliyə avtomobil hədiyyə edilməsi ilə bağlı xəbərlər yayılmışdı. İlkin Misgərli verilişin ötəngünkü buraxılışında bu xəbəri təsdiq edib. Aktyor ona avtomobil hədiyyə edən şəxsə təşəkkür edib.
Zaur canlı efirdə Şəbnəm Tovuzlunun makiyajını sildirdi
Aparıcı Zaur canlı efirdə Şəbnəm Tovuzlunun makyajını sildi. “5/5” verilişinin dünənki qonaqları Şəbnəm Tovuzlu və Pərviz Bülbülə olub. Canlı efirdə aparıcı Zaur müğənni Şəbnəm Tovuzludan makyajını silməsini istəyib. Zaur “makyajını siləndə nə qədər çirk, sarı ləkələr çıxacaq”,- deyib.
Cavanşir Quliyev Türkiyə vətəndaşlığı aldı – SİYAHI
Milli Birlik Partiyası – Demokrat Partiya kökuməti Nazirlər Kabinetinin qərarı ilə 52 nəfərə vətəndaşlıq verilib. Nazirlər Kabinetinin 25/1993 saylı Vətəndaşlıq Qanununun 9-cu maddəsinin 1-ci bəndinin qərarına görə, 52 nəfərə Şimali Kipr Türk Cümhuriyyətinin vətəndaşlığı verilib.
Beynəlxalq Uşaq Muğam Festivalının qalibləri məlum oldu
Beynəlxalq Muğam Mərkəzində IX Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirilib. Festival “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi ilə reallaşıb. Yekun konsertindən əvvəl çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda muğam sənətinə göstərilən qayğıdan danışıb. “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə qeyd edib ki, Beynəlxalq Uşaq Muğam Festivalı 1997-ci ildən keçirilən ənənəvi respublika uşaq muğam festivallarının davamıdır. Builki festivala Azərbaycan da daxil olmaqla, 10 ölkənin (Türkiyə, Misir, İran, Özbəkistan, Tacikistan, Tunis, Əlcəzair, Qazaxıstan, Türkmənistan) təmsilçiləri qatılıb.
Murad Dadaşov kimləri zala buraxmadı - QALMAQAL
ATV-də yayımlanan “Maşın şou”nun təşkilatçıları jurnalistlərə hörmətsizlik edib. Buna səbəb xəbər saytlarının şou haqda yazdığı xəbərlər olub. Belə ki, şounun qalibi 2 gün öncə məlum olsa da, Murad Dadaşov və onun komandası qalibi tamaşaçılardan gizlətmək qərarına gəlib. Verilişin sponsorları ilə bağlanan müqaviləyə görə şou 17 gün davam etməli və final günü oktyabrın 25-də olmalı imiş.
Parkın ərazisində qədim kurqan aşkarlandı - Gəncədə
Gəncədə aparılan arxeloji qazıntılar zamanı 3300 il yaşı olan kurqan aşkarlanıb.10 gündür ki, Arxeologiya və Etnoqrafiya institutunun ekspedisiya qrupu ərazidəki kurqanlarda qazıntı işlərinə başlayıb. Gəncədə qeydiyyata alınan 62 kurqandan 4-ü artıq tədqiqata cəlb edilib. Tədqiqatlar zamanı şəhərinin Heydər Əliyev parkında kurqanların dördkünc və oval formalı kameralarının ağac tirlərlə örtüldüyü, üzərində isə çay daşları düzümü olduğu aşkarlanıb.
Çinli musiqiçilər konsert verib
Dillər Universitetində çinli musiqiçilər konsert proqramı ilə çıxış ediblər. Olaylar bildirir ki, ADU-nun nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Şandon Pedaqoji Universitetinin incəsənət işçiləri rəngarəng musiqi nümunələri ilə tamaşaçıların zövqünü oxşayıblar. Tədbiri açıq elan edən ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev musiqi sənətinin vacibliyindən, mədəniyyət sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafından danışıb, multikulturalizm siyasətinin həyata keçirilməsi üçün yaradıcı qrupların qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.
Muzeyin 100 illiyi ilə bağlı hazırlıq işlərinə start verildi
Milli Azərbaycan Tarixi Muzeyin 100 lliyi ilə bağlı Muzey tərəfindən silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Olaylar bildirir ki, muzeyin rəhbərliyi, şöbə və fond müdirləri, həmçinin elmi işçilərin iştirakı ilə keçirilən iclasda 2018-2020-ci illər ərzində Muzeyin daimi ekspozisiyasının təkminləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək yubiley ərəfəsində Muzey qarşısında dayanan vəzifələr barədə danışmış, hazırlıq tədbirlərinin məqsəd və vəzifələrini açıqlayıb.
Tarix Muzeyində mühazirə
Azərbaycan Milli Tarix Muzeyində Mədəniyyət və İncəsənət Universitetinin Kulturalogiya fakültəsinin Muzeyşünaslıq ixtisası üzrə II kurs tələbələr üçün mühazirə təşkil olunub. “Muzeyşünaslıq-sənətşünaslıq vəhdəti” layihəsi cərçivəsində təşkil olunan mühazirə Muzeyin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova tərəfindən oxunub.














