Parkın ərazisində qədim kurqan aşkarlandı - Gəncədə
Gəncədə aparılan arxeloji qazıntılar zamanı 3300 il yaşı olan kurqan aşkarlanıb.10 gündür ki, Arxeologiya və Etnoqrafiya institutunun ekspedisiya qrupu ərazidəki kurqanlarda qazıntı işlərinə başlayıb. Gəncədə qeydiyyata alınan 62 kurqandan 4-ü artıq tədqiqata cəlb edilib. Tədqiqatlar zamanı şəhərinin Heydər Əliyev parkında kurqanların dördkünc və oval formalı kameralarının ağac tirlərlə örtüldüyü, üzərində isə çay daşları düzümü olduğu aşkarlanıb.
26 Oktyabr 2017 06:03 MədəniyyətGəncədə aparılan arxeloji qazıntılar zamanı 3300 il yaşı olan kurqan aşkarlanıb.10 gündür ki, Arxeologiya və Etnoqrafiya institutunun ekspedisiya qrupu ərazidəki kurqanlarda qazıntı işlərinə başlayıb. Gəncədə qeydiyyata alınan 62 kurqandan 4-ü artıq tədqiqata cəlb edilib.
Tədqiqatlar zamanı şəhərinin Heydər Əliyev parkında kurqanların dördkünc və oval formalı kameralarının ağac tirlərlə örtüldüyü, üzərində isə çay daşları düzümü olduğu aşkarlanıb.
3300 il yaşı olan Kurqan kameraları 1-1,4 metr dərinliyində qazılıb və onların hər birində bir nəfər dəfn edilib. İnsanın sümük qalıqları fizioloji quruluş formasının pozulmuş vəziyyətində və kameraların müxtəlif dərinliklərində müəyyən edilib...
Arxeologiya və etnoqrafiya institutunun ekspedisiya qrupunun rəhbəri Bəxtiyar Cəlilovun sözlərinə görə buradan müxtəlif formalı saxsı qab nümunələri, tunc asma bəzək əşyaları,tunc düymələr, muncuqlar, ox ucluqları, daş toppuz və digər maddi-mədəniyyət nümunələri tapılıb.
Qeyd edək ki, ərazidə qazıntı və laborator işlər davam etdirilir.