Mədəniyyət
“Hadi be oğlum” filmi Nizami Kino Mərkəzində
Nizami Kino Mərkəzi daha bir türk dramı “Hadi be oglum” filmini təqdim edəcək. Olaylar.az bildirir ki, rejissor Boran Egemenin lentə aldığı “Hadi be oglum” filmi, sezonun ən baxımlı filmi olacağı bildirilir.
Teatrda Xocalı faciəsinin 26 -cı ildönümü
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə reallaşıb. Olaylar.az bildirir ki, anım tədbiri dövlət himninin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra teatrın pedaqoq-təşkilatçısı, Əməkdar artist Ötkəm İsgəndərov Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışaraq Xocalı soyqırımının heç zaman unudulmayacağını vurğulayıb.
Nizami Kino Mərkəzində "İran Kinosu Günləri"
Fevralın 23- də Nizami Kino Mərkəzində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə və Nizami Kino Mərkəzinin dəstəyi ilə “Iran Kinosu Günləri”nin açılış mərasimi keçiriləcək. Olaylar.az bildirir ki, açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, İran səfirliyini fövqəladə və səlahiyyətli səfiri doktor Cavad Cahangirzadə, Mədəniyyət və İslami Əlaqələr Mərkəzinin sədri doktor Abuzər İbrahimi Türkman, və İran kinematoqrafiyasının tanınmış simaları iştirak edəcək.
Muğam Mərkəzində “Fortepiano musiqisi axşamı” adlı konsert
Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində “Fortepiano musiqisi axşamı” adlı konsert keçirilib. Olaylar.az bildirir ki, gecədə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin fortepiano ixtisası üzrə magistraturasının 1-ci kurs tələbəsi Muxtar Abseynov dünya klassik bəstəkarlarından İ.S.Baxın, V.A, Motsartın, F.Şopenin, Azərbaycan bəstəkarlarından A.Bəbirovun əsərlərini ifa edib.
Leyla Əliyeva “Badam ağacı çiçəkləyəndə” tamaşasının təqdimatında
Akademik Milli Dram Teatrında Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının premyerası olub. Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyeva, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Həftəsonu Gənc Tamaşaçılarda
Ölkəmiz Xocalı faciəsinin törədilməsinin 26-cı ildönümünü qeyd etdiyi ərəfədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu bir qədər fərqli repertuarla tamaşaçıların görüşünə gələcəkdir. Kollektiv fevral ayının 23-də saat 15:00-da Ə.Əmirlinin “MSS”, axşam saat 19:00-da T.Vəliyevanın “Cəza” (kiçik səhnədə), fevralın 24-də saat 12:00 və 14:00-da Azərbaycan Xalq nağılı “Məlikməmməd”, axşam 19:00-da isə Xalq yazıçısı İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” tamaşalarını nümayiş etdirəcəkdir.
Bu gün "Fəlakət"in toyudur - fotolar
Bu gün “Bozbash pictures”in aktyorlarından olan Elşən Orucovun qız toyudur. Məlumata görə, Fəlakət obrazı ilə tanınan aktyor İlahə adlı xanımla ailə qurur. Cütlüyün toyu şəhər restoranlarının birindədir. Elşənin ailə qurduğu xanım da ATV-də çalışır.
Pərvinin partiyə geyindiyi dərin yarıqlı qara donu: rəfiqəsini elə qucaqladı ki...
Aktrisa Pərvin Abıyevanın geyimi müzakirə olunub. Aktrisa "Instagram"da dərin yarıqlı qara geyimdə fotosunu paylaşıb. O, bu fotonu rəfiqəsinin doğum günündə çəkdirdiyini qeyd edib.
Ədalət Şükürovun qızı biznesə başladı
Əməkdar artist Ədalət Şükürovun qızı Jalə geyim mağazası açıb. "Jael” adlanan butik şəhərin mərkəzində yerləşir. Şükürov özü də tez-tez qızının mağazasını "Instagram" səhifəsində reklam edir.
Məleykə Əsədovanın bu görüntüsü heyrətləndirdi - VİDEO
8 Mart günü teatrda “Açıq qapı”
Azərbaycan Dövlət Musiqili Teatrı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə saat 19:00-da “Açıq qapı” günü keçirəcək və tamaşaçılarına görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasını hədiyyə edəcək. Olaylar.az bildirir ki, tamaşada baş rolda milyonların sevimli gülüş ustası, xalq artisti, “Şöhrət ordenli” Afaq Bəşirqızının iştirakı tamaşaya gələnlərə ikiqat bayram hədiyyəsi olacaq.
Türkiyəli müğənni Bakıda yaşayacaq
Türkiyəli müğənni Petek Dinçöz bir müddətlik Bakıya köçəcək. Sənətçi bunun üçün paytaxtımızda kirayə ev axtarır. Dinçözün səfərinin məqsədi burada biznes qurmaqdır. O, Bakıda şirkət açmağı planlaşdırır.
Bu gün Əhməd Salahovun doğum günüdür
Rəvanın film qəhrəmanını xatırladan qızı — FOTO
Müğənni Rəvan Qarayev sosial şəbəkədə qızının fotosunu paylaşıb. Məlumata görə, sənətçinin Ayan adlı qızı film qəhrəmanlarını xatırladan xarici görünüşüylə diqqət çəkib. Sənətçi fotonu "Bu da qızım ayan-atanın ürəyi" şərhiylə izləyicilərinə təqdim edib.
Qalmaqal yaşadığı Natavan Həbibiyə barışıq jesti etdi - VİDEO
Müğənni Kərim Abbasov küsülü olduğu həmkarı Natavan Həbibi ilə aralarında olan qalmaqala son qoymaq istəyir. Məlumata görə, Kərim bu barədə “APA TV”-nin “Show time” verilişində deyib. O, bildirib ki, Natavanla küsülü qalmaq niyyətində deyil: "Daha Natavan haqqında nəsə danışmaq istəmirəm. Onunla çörək kəsmişəm.




.jpg)









