Mədəniyyət
Yeni layihə - Muğam Mərkəzində
Aprelin 18-dən etibarən Beynəlxalq Muğam Mərkəzi “Dastan gecələri” adlı yeni layihəni reallaşdıracaq.
Bəstəkar Elza İbrahimovaya həsr olunmuş konsert proqramı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Muğam Mərkəzi ilə “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində keçən növbəti konsert görkəmli bəstəkar Elza İbrahimovanın yaradıcılığına həsr olunub. “Sən yadıma düşəndə” adlanan konsert proqramında bəstəkarın ən sevilən mahnıları tələbələrin ifasında tamaşaçılara təqdim edilib. Gecə ADMİU “Bakının işıqları” mahnısı ilə başlayıb. Daha sonra görkəmli bəstəkarın biri-birindən gözəl mahnılar musiqisevərlərə təqdim edildi.
Ölüm xəbərini Fuad Poladovdan gizlətdilər
Türkiyəli alimin erməniləri ifşa edən kitabı
AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Rus və erməni mənbələri işığında erməni problemi və meydana çıxma prosesi” adlı 1678-1914 və 1915-1923-cü illəri əhatə edən iki cildlik kitab daxil olub. Kitabın müəllifi Türkiyə Cümhuriyyəti Prezidentinin müşaviri, tarixçi alim, professor Seyyit Sertçelikdir. Kitab Türkiyə Cümhuriyyətinin milli neft şirkəti “Türkiyə Petrolları” şirkəti tərəfindən Azərbaycan dilində nəşr edilərək MEK-ə təqdim olunub. Kitabın Azərbaycandilli nəşri üçün rəyi millət vəkilləri - akademik Nizami Cəfərov və professor Musa Qasımlı verib.
İncəsənət məktəbinin şagirdləri təltif olundular
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin müəllim və şagirdləri ilə görüşüb. Məktəbin kollektivini uğurlar münasibətilə təbrik edən V.Zeynalov onlara gələcək fəaliyyətlərində böyük nailliyyətlər arzu edib. Sonra Beynəlxalq Muğam Mərkəzində keçirilmiş bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı Vaqif Mustafazadəyə həsr olunmuş konsertdə uğurlu çıxışlarına görə məktəbin şagirdləri "Fəxri fərman"larla təltif ediliblər.
Zauru verdiyi suala görə efirdə BİABIR ETDİ: Ərimin yanında idin? - VİDEO
Müğənni Yeganə Mürsəliyeva qonağı olduğu "5/5"-də Zaurun suallarına hazırcavablığı ilə diqqət çəkib.
"Onunla qurtardıq” - Pərviz Bülbülə Türkanla oxumaqdan imtina etdi - VİDEO
ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonaqları meyxanaçı Pərviz Bülbülə və müğənni Türkan Vəlizadə olub. Müğənni, ilk olaraq, efirdə "Seçilmiş müğənni" mükafatına niyə yalnız getdiyini açıqlayıb: "Pərvizi də dəvət etmişdilər.
Müğənnilərimizin “Youtube” saxtakarlığı – VİDEO
Son illər “Youtube”da aktivləşən, öz PR-larını sosial şəbəkələr vasitəsilə aparan azərbaycanlı müğənnilərin sayı artmaqdadır. Eyni zamanda, sənətçilərin layihələrinin “Youtube”də 2-3 milyonu aşması müşkül məsələdir.
ATV-nin efirində gərgin anlar: Nüşabənin qəflətən halı pisləşdi- VİDEO
Zeynəb Xanlarova ilə bağlı 60 illik SİRR AÇILDI – VİDEO
Əməkdar artist, xanəndə Süleyman Abdullayev tələbə yoldaşı dünyaşöhrətli sənətkar, xalq artisti Zeynəb Xanlarova ilə bağlı maraqlı faktlar açıqlayıb.
Vasif Məhərrəmli AİLƏ SİRRİNİ AÇDI: “Buna görə evdə dava sala bilərəm”
Çox sərt, mühafizəkar görünür, amma dediyinə görə, evdə çox mülayimdir. Lakin qaydalarını söylədikcə, heç də mülayim olmadığı üzə çıxdı. Natəmizliyi heç sevməyən müğənni büna görə evdə dava da sala biləcəyini gizlətmədi. Amma evdəkilər də işini ehtiyatlı tutub...
Flora Kərimovanı döymək istəyiblər
Könül Xasıyevaya Prezidentin fərdi təqaüdü təyin olundu
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Könül Xasıyevaya Prezidentin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Təmiz aləm bayramı qeyd olundu
Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə ənənəvi Çin bayramları olan “Hanşi” – soyuq qida bayramı və “Tsinmin” - təmiz aləm bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov yazın gəlişi, həmçinin həlak olmuş qəhrəmanların xatirəsinin simvolu sayılan bayramın yaranma tarixi haqqında danışıb.














