Mədəniyyət

Yeni teatr və sənət mərkəzi yaradıldı 

5 Aprel 2018 09:15

 Teatrlardan öz üslubu ilə fərqlənən yeni müstəqil teatr və sənət mərkəzi yaradılıb. “Çıxış” adlanan bu teatr tanınmış rejissor İmam Həsənov tərəfindən təsis olunub. Təsisçinin sözlərinə görə, teatrın yaradılmasında başlıca məqsəd cəmiyyətimizdə güzgü rolunu oynamaq, pafoslu aktyor oyunundan uzaq olan ifa nümayiş etdirmək, neorealistik qavramanın teatrda təməlini qoymaqdır.

“Xətayi” təqdim olundu

5 Aprel 2018 09:11

Azərbaycan Xalça Muzeyində “Bakı xalçaları. Yeni çeşnilər” kitabının təqdimatı, yeni hazırlanmış xalça və çeşnilərdən ibarət sərgi keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Xalça Muzeyi və Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın təşkilatçılığı ilə baş tutub. Bildirilib ki, RİİB və Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın həyata keçirdiyi “Bakı xalçaları. Yeni çeşnilər” layihəsi çərçivəsində Bakı qrupuna aid yeni 29 xalça çeşnisi tərtib olunub. Bunların əsasında xalçalar toxunub, “Bakı Xalçaları. Yeni çeşnilər” adlı kitab hazırlanıb.

Nüşabə Ələsgərli elmi dərəcə aldı

4 Aprel 2018 19:00

Tanınmış müğənni, əməkdar artist Nüşabə Ələsgərli elmi dərəcə alıb. Bu barədə əməkdar artist özü açıqlama verib. Onun sözlərinə görə, hazırda sənətşünaslıq üzrə fəlsəfə doktorudur: "Sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. 2016-cı ildə müdafiə etmişəm. Ancaq doktorantura barədə düşünmürəm. Bu, mənə yetərlidir. Ancaq gələcəkdə hər şey ola bilər".

Zamiq gələcək xanımı haqqında məlumat verdi

4 Aprel 2018 15:42

Müğənni Zamiq Hüseynov yayılan evlilik xəbərinə münasibət bildirib. Müğənni gələn ay toyunun olacağını deyib: "Yayılan xəbər doğrudur. Yaxın bir ay ərzində toyum olacaq. Sevdiyim xanımın şou-bizneslə və sənət aləmi ilə heç bir əlaqəsi yoxdur. Oxumuş bir qızdır. Ancaq heç bir yerdə çalışmır, evdardır. Başqa açıqlama verə bilmərəm".

Əri tərəfindən vəhşicəsinə döyülən azərbaycanlı müğənni efirə gəldi 

4 Aprel 2018 15:02

Təxminən 20 gün öncə həyat yoldaşı tərəfindən döyüldüyü deyilən Anara adlı azərbaycanlı müğənni bu gün "Səhər-Səhər" verilişinin qonağı olub.  Gənc qadın türk əsilli həyat yoldaşının onu müğənni kimi qəbul edərək 8 il öncə ailə həyatı qurduqlarını deyib.

Canlı efirdə aparıcını hədələyən Baloğlan Əşrəfov: “Sənin başını kəsmək lazımdır” – QALMAQAL

4 Aprel 2018 14:46

Space Tv-də canlı yayımlanan “Onda başladıq” verilişində qonaq olan müğənni Baloğlan Əşrəfov sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəylinin başını kəsməklə hədələyib.

İtaliyanın balet truppası Azərbaycan səhnəsində

4 Aprel 2018 14:12

Aprelin 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində teatra tanınmış italyan balet truppası "Spellbound"un çıxışı keçiriləcək. Olaylar.az bildirir ki, balet truppası Bakıda "Bir axşam Spellboundla"adlı proqram təqdim edəcək.

"Eurovision 2018"-in açılışını Aysel Məmmədova edəcək - VİDEO

4 Aprel 2018 13:48

"Eurovision 2018"-in açılışını Aysel Məmmədova edəcək. Məlumata görə, mahnı müsabiqəsində iştirakçıların sıra nömrəsi müəyyənləşib. Azərbaycan təmsilçisi Aysel “X my heart” mahnısı ilə birinci yarımfinalda birinci nömrə altında çıxış edəcək.

Azərbaycan Misir ədəbi əlaqələri müzakirə olundu - MİSİRDƏ

4 Aprel 2018 13:23

AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor İmamverdi Həmidov Misirdə Azərbaycan dili tədris olunan məşhur universitetlərindən olan Ayn Şəms Universitetinin dəvəti ilə “Misirdə şərq araşdırmaları: təşəkkülü və inkişafı” mövzusunda keçirilən konfransda məruzə ilə iştirak edib. Olaylar.az bildirir ki, konfrans çərçivəsində professor Ayn Şəms Universitetində Azərbaycan ədəbiyyatı və şərq dilləri, o cümlədən Azərbaycan Misir ədəbi əlaqələri haqqında çıxış edərək, Ərəb-Misir və Azərbaycan ədəbiyyatlarında ədəbi əlaqələrlə bağlı məsələlərə aydınlıq gətirməklə xalq ədəbiyyatında və klassiklərimizin əsərlərində olan Misir mövzusu barədə məlumatlar verib.

"Arvadımı döymüşəm, atasını da yandırmışam" - azərbaycanlı müğənni

4 Aprel 2018 12:43

"Ata-anama nəsə deyəcək, mən baxacam onun üzünə?! Arvadımı döymüşəm, atasını da yandırmışam. Olanı deyirəm, nə yalan deyim". Məlumata görə, bu sözləri müğənni Əli Mirəliyev ARB TV-nin “Səhər-Səhər” verlişində deyib. 

Sənət Mərkəzində növbəti rəsm müsabiqəsi

4 Aprel 2018 10:19

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, "Mədəniyyət" qəzeti və Xətai Sənət Mərkəzi "Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən "Bakı prosesi"nin 10 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində tələbələr və gənc rəssamlar arasında təsviri sənət üzrə “21 may Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü” mövzusunda rəsm müsabiqəsini elan edir.

Milli kinomuzun tarixi afişalarda...

4 Aprel 2018 10:00

Muzey Mərkəzində milli kinomuzun 120 illiyinə həsr edilmiş “Azərbaycan kinosu afişalarda” adlı sərgi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.

Qız qalası mavi rənglə işıqlandırılıb

4 Aprel 2018 09:55

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Autizm Məlumatlandırma Günü çərçivəsində Qız qalası mavi rənglə işıqlandırılıb. “Mavi işıqla işıqlandır” (“Light It Up Blue”) layihəsində məqsəd autizmli uşaqların və onların ailələrinin problemlərini cəmiyyətin diqqətinə çatdırmaqdır.

Nəsib Nura yeni vəzifə verildi

4 Aprel 2018 09:51

“Xəzər FM” və 100.5 FM radiolarının rəhbəri Nəsib Nur yeni vəzifəyə təyin edilib. Aparıcı açıqlamasında bildirib ki, “Dalğa TV”yə yaradıcılıq üzrə rəhbər təyin edilib: “İş yerimiz “Xəzər Media Mərkəzi” olaraq qalır. “Dalğa TV” də həmin mərkəzə daxil olan bir qurumdur. Hazırda kanal formalaşmaq üzrədir. Mən də yaradıcılıq işlərinə və kanalın ümumi fəaliyyətinə məsul olacağam. Artıq bu gündən vəzifəmin icrasına başlamışam”.

Gənc Tamaşaçılar Teatrında növbəti tamaşa Aprel şəhidinə həsr edilib

4 Aprel 2018 09:46

Aprelin 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış” adlı tamaşa nümayiş ediləcək. Teatrın mətbuat xidmətindən bildirilib ki, Xalq Artisti Vaqif Əsədovun quruluşunda baxılacaq səhnə əsəri Leyla Beyim və Yefim Abramovun eyniadlı əsərləri əsasında səhnələşdirilib.