Mədəniyyət

Bədii yaradıcılıq festivalına baxış

19 Aprel 2018 12:52

Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır.

Amaliya Pənahova görünüşü ilə ŞOKA SALDI

19 Aprel 2018 11:51

Xalq artisti, tanınmış aktrisa Amaliya Pənahova “Parni iz Baku” KVN Teatrının konsertinə qatılıb. Aktrisa fərqli görünüşü ilə görənləri təəccübləndirib. Saçları qızılı rəngə boyanan, xeyli çəki atan xalq artisti yeni imici barədə sualımızı cavablandırmaqdan imtina edib: “Mənə görünüşümlə bağlı sual verməyin, xoşlamıram”.

Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR

19 Aprel 2018 11:18

Xəbər verdiyimiz kimi, xalq artisti Mənsum İbrahimov qızına toy edib. Şadlıq saraylarından birində baş tutan məclis mediaya qapalı olub. Xanəndə övladının şad gününə sənət dostlarını da dəvət edib. Gecədə bir çox muğam ifaçıları qonaq olublar. Gecədən görüntüləri qonaqlar sosial şəbəkədə paylaşıblar.

“Youtube”da rekord qıran azərbaycanlı müğənnilər - SİYAHI

19 Aprel 2018 11:00

Hər nə qədər bayağı mahnıları tənqid edib, onları aşılamamağa çalışsaq da, sosial media buna imkan vermir. Xüsusilə, "Youtube" video hostinqi və trend anlayışı bu istəklərimizi alt-üst edir. Gündəm nə qədər dəyişsə də, ən çox baxılan və görülən paylaşımlar dəyişmir.

“Elariz, Allah səni güldürsün...” - “Tanınmırlar” sözünə cavab

19 Aprel 2018 10:57

Ötən gün müğənni Elariz Məmmədoğlunun verdiyi açıqlama qalmaqala səbəb olub. Sənətçi xalq artisti Aygün Kazımovanın, əməkdar artist Röya Ayxanın və Günel Zeynalovanın Türkiyədə tanınmadığını bildirib: "Türkiyədə mövcud olan müğənnilər var ki, bizimkilər onların sırasında yoxdu.

“Dastan gecələri” layihəsi başladı - Muğam Mərkəzi

19 Aprel 2018 10:03

Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” adlı möhtəşəm layihənin ilk tədbiri olub - “Alı xan və Pəri xanım” dastanı tamaşaçılara təqdim edilib. Layihə Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Mənsum İbrahimovun qızının toyu oldu - Fotolar

19 Aprel 2018 09:46

Xalq artisti Mənsum İbrahimovun evində şad gündür. Muğam ifaçısının bu gün qızının toyu olub  Paytaxt restoranlarından birində baş tutan məclisdə incəsənət adamları da iştirak edirlər. Tədbirdən fotolar sosial şəbəkədə paylaşılıb.

Teatr növbəti səfərə hazırlaşır

18 Aprel 2018 17:29

Özünün 90 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır. ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də RF-nın tərkibində fəaliyyət göstərən xarici ölkə teatr kollektivləri ilə “qarşılıqlı qastrol səfərlərinə dair” yaradıcılıq müqavilələri imzalamışdır. Hələ ötən il əldə olunmuş razılığa əsasən ADGTT-nın kollektivi Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının, Çeçenistan Dövlət Gənc Tamaşaçılar və Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində “Sabi” Dövlət Gənc Tamaşaçılar teatrlarının qonağı olaraq maraqlı tamaşalarla çıxış etmişlər.

“Şüuraltı kölgələr” nümayiş olundu

18 Aprel 2018 17:25

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin qarşısında, açıq havada teatr rejissoru ixtisasında təhsil alan magistr tələbəsi Younes Valipourun “Şüuraltı kölgələr” psixoloji tamaşası nümayiş olunub. Tamaşada dörd aktyor - Aktyorlar Mirqabil Əkbərov, Anar Buludov, Gövhər Şahbanova  və Tunar Əlizadə  iştirak edir. “Şüuraltı kölgələr” 25 aprel- 1 may tarixlərində Təbrizdə keçiriləcək “Təbrizim” V Beynəlxalq küçə teatr festivalında iştirak üçün hazırlanıb.

Xalq artistinin qızının toyudur

18 Aprel 2018 17:17

Məlumata görə, xalq artisti Mənsum İbrahimov bu gün qız övladına toy edir. Paytaxt restoranlarından birində baş tutacaq şad günə xalq artisti incəsənətin say-seçmə insanlarını dəvət edib.

Qazaxıstan Universitetləri arasında əlaqə

18 Aprel 2018 16:50

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenova adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən növbəti dəfə onların I kurs magistr tələbələri elmi təcrübə keçmək üçün Universitetdə olublar. Ümumilikdə 15 tələbə 8-17 aprel 2018-ci il tarixlərində ADMİU-da elmi təcrübə keçiblər. Səfər çərçivəsində magistr tələbələr Baysabayeva Toqcan və Karımbaeva Aycan ADMİU-da keçirilən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XVII Beynəlxalq Elmi Konfransına qatılaraq, maraqlı məruzələrlə çıxış ediblər.

E.ə. I minilliyin birinci yarısına aid bəzək əşyaları tapıldı – Azərbaycanda

18 Aprel 2018 16:31

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nəcəf Müseyiblinin rəhbərliyi ilə Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında orta əsrlərə, son tunc-erkən dəmir dövrünə aid bir sıra abidələrin vəziyyəti yoxlanılıb, yerüstü materiallar əsasında həmin arxeoloji abidələrin səciyyəsi müəyyənləşdirilib. Bir sıra abidələrdə təbii və süni müdaxilələr nəticəsində dağıntıların baş verdiyi qeydə alınıb.

"Sən də Azərbaycanı gör" – Türkiyədə konsert

18 Aprel 2018 16:29

Azərbaycan Dövlət Akademik Opera və Balet aparıcı solistləri, Respublikanın Əməkdar artisti Afaq Abbasova və Xalq artisti Samir Cəfərov 24-26 aprel tarixlərində Türkiyə Respublikasına qastrol səfərinə dəvət olunublar. Olaylar.az bildirir ki, aprelin 25-də baş tutacaq konsert "Sən də Azərbaycanı gör" adlanır. Konsert proqramı Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuşdur. May ayında isə Afaq Abbasovanın Avropa ölkələrinə səfərləri baş tutacaq.

"Qız toyunda ana ağır olar, Mətanət isə..." - Elzadan sərt sözlər

18 Aprel 2018 15:10

Əməkdar artist Mətanət İsgəndərli həmkarı Elza Seyidcahanın ondan küsdüyünü demişdi. Açıqlamasında Elzanı qınayan Mətanət onun toydan küsüb getməsini düzgün hesab etməyib.