Mədəniyyət

E.ə. I minilliyin birinci yarısına aid bəzək əşyaları tapıldı – Azərbaycanda

18 Aprel 2018 16:31

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nəcəf Müseyiblinin rəhbərliyi ilə Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında orta əsrlərə, son tunc-erkən dəmir dövrünə aid bir sıra abidələrin vəziyyəti yoxlanılıb, yerüstü materiallar əsasında həmin arxeoloji abidələrin səciyyəsi müəyyənləşdirilib. Bir sıra abidələrdə təbii və süni müdaxilələr nəticəsində dağıntıların baş verdiyi qeydə alınıb.

"Sən də Azərbaycanı gör" – Türkiyədə konsert

18 Aprel 2018 16:29

Azərbaycan Dövlət Akademik Opera və Balet aparıcı solistləri, Respublikanın Əməkdar artisti Afaq Abbasova və Xalq artisti Samir Cəfərov 24-26 aprel tarixlərində Türkiyə Respublikasına qastrol səfərinə dəvət olunublar. Olaylar.az bildirir ki, aprelin 25-də baş tutacaq konsert "Sən də Azərbaycanı gör" adlanır. Konsert proqramı Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuşdur. May ayında isə Afaq Abbasovanın Avropa ölkələrinə səfərləri baş tutacaq.

"Qız toyunda ana ağır olar, Mətanət isə..." - Elzadan sərt sözlər

18 Aprel 2018 15:10

Əməkdar artist Mətanət İsgəndərli həmkarı Elza Seyidcahanın ondan küsdüyünü demişdi. Açıqlamasında Elzanı qınayan Mətanət onun toydan küsüb getməsini düzgün hesab etməyib.

Teatr müsabiqə elan edir

18 Aprel 2018 13:43

Azərbaycan Dövlət Musiqili Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edir. Müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər Musiqili Teatrda qəbul edilir.

Daşkənddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dostluq konserti ilə qeyd ediləcək

18 Aprel 2018 13:28

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə mayın 17-də paytaxtdakı “Türküstan” konsert salonunda böyük dostluq konserti keçiriləcək.

Əməkdar artist bu qadına hədiyyə göndərirmiş: “Əl çək, mən səni tanımıram” - VİDEO

18 Aprel 2018 12:48

ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonağı əməkdar artist Yusif Mustafayev olub. Efirə qonaq olan keçmiş "İdeal” qrupunun rəhbəri Səbinə Rəcəbli, Yusif Mustafayevin onun evinə hədiyyələr göndərdiyini iddia edib: "Bəlkədə siz bilirsiniz ya bilmirsiniz, amma gələn hədiyyələr sizin adınızdan gəlib.

Tolik yayılan videosu barədə danışdı: “Bunu yayan adamlar müxalifət yönümlü, Orduxanı dəstəkləyən adamlardır” – VİDEO

18 Aprel 2018 12:43

Tanınmış prodüser Tarix Əliyevin (Tolik) gizli çəkilmiş videosu yayılıb. Sosial şəbəkələrin gündəmini bir gecəyə zəbt edən videoda Tolik söyüş söyür, işçi heyətini təhqir edir. Üstəlik bu söyüşlər zamanı studiyada azyaşlı uşaqlar da var.

Muzeylərdə “Açıq qapı” günü

18 Aprel 2018 11:53

Aprelin 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edir.

“Nar bağı” 17-ci “IMAGINEINDIA” Beynəlxalq Film Festivalında

18 Aprel 2018 11:51

“Nar bağı” bədii filmi İspaniyada keçirilən 17-ci “IMAGINEINDIA” Beynəlxalq Film Festivalının müsabiqə mərhələsinə dəvət alıb. “Azərbaycanfilm” kinostudiyası və “Buta film”  kino şirkətinin birgə istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.

Latın Amerikası Film Festivalı çərçivəsində film nümayişi – İlk dəfə

18 Aprel 2018 11:50

Azərbaycan Dillər Universitetində  universitetin İspan dili mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda təşkil olunan ilk Latın Amerikası Film Festivalı çərçivəsində Kosta Rika istehsalı olan “Qayıdış” filmi nümayiş olunub. Film nümayişindən öncə çıxış edən ADU rektorunun məsləhətçisi Anar Osmanlı və Kosta Rikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xayro Fransisko Lopez Volanyos iki ölkə arasındakı əlaqələrdən danışıb və film festivalı haqqında fikirlərini söyləyiblər.

İlk milli superqəhrəmanlar - “Külək – Yel kürəsinin şahzadəsi”

18 Aprel 2018 11:36

Son dövrlərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaq ədəbiyyatı mistik və fentezi janrına meyillənir. Bu  ədəbiyyatda yeni obrazların yaranması deməkdir. Gənc yazıçı Xülya Cəfərovanın yeni çapdan çıxacaq ilk kitabı olan “Külək – Yel kürəsinin şahzadəsi” ilk milli superqəhrəmanlarla yadda qalacaq. Bu günlə mistik keçmişi birləşdirən hekayənin əsas qəhrəmanı sehrli qüvvəyə sahib olan Külək adlı balaca qızdır. Yel kürəsinin sakini və şahzadəsi olan Külək təsadüfən Yer kürəsinə səyahət edir və beləliklə öz planetini şər qüvvələrdən necə xilas edəcəyini öyrənir. Bu işdə ona xeyirxah dostları – özü kimi balaca əkiz bacılar kömək edirlər.

Eks-əri aparıcı Vüsaləyə cavab verib, SƏRT SÖZLƏR İŞLƏTDİ: “İt hürər...”

18 Aprel 2018 11:25

“Bir neçə gün öncə bir şəkil paylaşdım, hansı ki, internetdə o şəkildən doludur! Keçmiş mənim üçün keçmişdir, basdırmışam! Amma bunu çoxları yenə fırlatdı keçmiş həyatıma, indi onlara cavab verim. Yadınızda qalsın ki, keçmiş hər zaman keçmişdir! İnsan gərək keçmişdə kim və nəçi olduğunu unutmasın!”

Xanımı "Şirin"ə bahalı hədiyyə alıb

18 Aprel 2018 09:38

“Bozbash Picture”in Şirini, aktyor Nicat Rəhimovun doğum günüdür. Aktyor 32 yaşını qeyd edir. Nicat özəl gününü iş başında keçirdiyini deyib: