AXC-nin qəbul etdiyi hüquqi aktlarla bağlı kitab çap olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Həsənbala Sadıqovun “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası” adlı kitabı nəşr edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Həsənbala Sadıqovun "Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası" adlı kitabı nəşr edilib.

Bu barədə AMEA-dan məlumat verilib.

Məlumatda bildirilir ki, monoqrafiyada AXC-nin Gəncə şəhərində fəaliyyət göstərdiyi 3 ay müddətində qəbul etdiyi 200-dən artıq hüquqi sənəd sistemləşdirilərək xronoloji ardıcıllıqla oxuculara təqdim olunur.

Nəşrdə çoxsaylı arxiv sənədlərinə, yerli və xarici mənbələrə istinad edilib.

Kitab Azərbaycan tarixi üzrə tədqiqatçılar, bütövlükdə geniş oxucu kütləsi üçün nəzərdə tutulub. APA.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31