Mədəniyyət

“Səmanın fəthi” təqdim edildi

25 Aprel 2018 09:54

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin çəkdiyi “Səmanın fəthi” sənədli filminin təqdimatı keçirilib. Tədbirdə rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov filmdə astronomiya elminin Azərbaycandakı inkişaf tarixindən, kəşf edilmiş göy cismləri və planetlər üzərindəki kraterlərə Beynəlxalq Astronomiya Birliyi tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının verilməsindən bəhs olunduğunu söyləyib. O, filmin yaradıcı heyətinə uğurlar arzulayıb.

“Nəsimi poeziyası” bədii qiraət müsabiqəsinin seçim mərhələsi başa çatdı

25 Aprel 2018 09:50

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 saylı filialında (M.Ə. Sabir adına Mərkəzi Şəhər Kitabxanası) dahi Azərbaycan şairi İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar təşkil edilən uşaq və məktəblilər arasında “Nəsimi poeziyası” bədii qiraət müsabiqəsinin Bakı şəhər MKS üzrə seçim mərhələsi başa çatıb.

Teatr möhtəşəm idman yarışına hazırdır

25 Aprel 2018 09:30

Hər həftə olduğu kimi, bu həftə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı maraqlı repertuarla tamaşaçıların görüşünə gələcək. Kollektiv aprelin 27-29-da Bakıda növbəti dəfə möhtəşəm idman yarışması olan Formula 1-in keçiriləcəyini nəzərə alaraq xüsusi repertuar tərtib edilib.

Azər Paşa Nemətov Bolqarıstanda yaradıcılıq görüşləri keçirəcək

24 Aprel 2018 15:17

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Bolqarıstana səfər edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 26-29 aprel tarixlərində baş tutacaq səfərdə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.