Mədəniyyət

"12 ildir bu səhnədəyəm, amma xalqın gözündə nömrə bir başqadır" - VİDEO

24 Aprel 2018 14:12

Müğənni Günay İbrahimli "5/5" verilişinin qonağı olub. Sənətçi yaşıdları arasında ən çalışqan ifaçı özünün olduğunu deyib: "Yaşıdlarım arasında ən çox çalışan özüməm. Mənimlə eyni vaxta gələn müğənnilərin hamısından çox klip çəkdirirəm, mahnı yazdırıram. 12 ildir bu səhnədəyəm. Amma xalqın gözündə nömrə bir başqadır. Hərə birini sevir". Günayın sözlərinə aparıcı Zaur Kamal münasibət bildirib. O, studiyada olan Aysel Əlizadəyə üzünü çevirərək "Aysel, sən tənbəlsən" sualını ünvanlayıb.

“Oğlunun yanında barmaq göstərəndə utanmadın?” - Röyanı biabır etdi

24 Aprel 2018 14:08

"Röya, nə vaxt sənin "əlindən öpmüşəm" və nə vaxt "qızımın toyuna gəldiyin üçün məni şərəfləndirdin" demişəm?? Düşünürdüm ki, 80 yaşım ərəfəsində məni təəccübləndirən daha absurd bir şey ola bilməz. Amma bunu da gördüm".

"Məsləhət deyilsə, yiyəsinə qismət" - Elnarə kişilərə səsləndi

24 Aprel 2018 14:05

Müğənni Elnarə Xəlilova sosial şəbəkədə kişi-qadın münasibətlərindən yazıb.  O, kişiləri xanımlarına laqeyd münasibət göstərməkdə ittiham edib:  "Bəzi kişilər elə bilir ki, gün başlayanda salam vermək və bitəndə sağollaşmaq münasibətlərə kifayət edir. Əslində, diqqət, qayğı göstərmək, sevildiyini bilmək xanım üçün çox önəmlidir.

“Azərbaycanım” adlı respublika uşaq rəsm müsabiqəsi

24 Aprel 2018 12:08

Bakı Xətai Sənət Mərkəzində elan edilən “Azərbaycanım” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir. Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Röya: “Aygünün zəhmətini alçaldan...”

24 Aprel 2018 11:57

Əməkdar artist Röya Ayxan xalq artisti Aygün Kazımovaya söz atması barədə yazılan xəbərlərə reaksiya verib. Müğənni "Xəzər maqazin"ə açıqlamasında Kazımovaya sataşmadığını bildirib: "Bunlara bilərəkdən cavab verməyəcəm. Belə başa düşdüm ki, siz bizimlə oynayırsız. Mən tamamilə başqa şeydən danışmışam. Mənim adımdan başqasını zəhmətini alçaldan, guya atmaca atdığımı deyənlər cavab verin". 

Əli bəy Hüseynzadə və Hüseyn Cavidin nadir görüntüsü - VİDEO

24 Aprel 2018 11:21

1926-cı ilin fevral ayında Bakıda keçirilən 1-ci Ümumittifaq Türkoloji Qurultayında türkolojidə söz və nüfuz sahibi olan tarixi şəxsiyyətləri, daha da əhəmiyyətlisi Əli bəy Hüseynzadə və Hüseyn Cavidi aşağıdan izləyə bilərsiniz. 

Adını dəyişməsə, məhkəməyə verəcək -  Şəbnəm hədələdi

24 Aprel 2018 11:00

Əməkdar artist Şəbnəm Tapdıq bir müddət əvvəl onun adını daşıyan ifaçıları məhkəməyə verməklə hədələmiş və etirazla qarşılaşmışdı. Məlumata görə, sənətçi yenidən bu mövzunu gündəmə gətirib. O, Şəbnəm Qəhrəmanova adlı gənc ifaçıya adını dəyişməsini deyib. Ş.Tapdığın bununla bağlı yazışmasını aparıcı Zabir Əliyev sosial şəbəkədə yayıb. Yazışmada Ş.Tapdıq Zabirə həmin xanıma onun sözlərini çatdırmasını qeyd edib: “Qəhrəmanovanın səhnə adı var idi, niyə onunla çıxmır? Şadiyə adı ilə oxusun. Statistikada mən adımda ilkəm. Səhnə adı pis deyil ki, Şadi qəşəngdir. Məhkəməyə getməyim”.

Məşhur modelyer  Bakıda

24 Aprel 2018 10:23

Azərbaycanlı aktyor Gürcüstanda

24 Aprel 2018 09:30

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar Artisti İlham Əsədov Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirlərində iştirak edib. Aktyor Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Tiflisdə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dram Teatrının direktoru Varlam Nikoladze ilə görüşüb. Görüş zamanı aktyor təmsil etdiyi sənət ocağı ilə qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə aparılan layihələr və 145 yaşlı Azərbaycan teatrı haqqında geniş məlumatlar verib.

Azərbaycanlı aktyor koreyalı rejissorun filmində

24 Aprel 2018 09:21

Azərbaycanlı aktyor Faiq Mirzə yeni filmə çəkilir.  O, bu dəfə koreyalı rejissor Vladimir Mumun bədii sənədli filmində Jan Valjan obrazını yaradacaq. "Jan Valjan çox mürəkkəb və bəşəri bir obrazdır. Bu obrazı dünya kinosunun ən məşhur aktyorları ifa ediblər. Jan Qaben, Jerar Depardye, Liam Nisn və digər aktyorlar müxtəlif illərdə bu rolu mükəmməl oynayıblar. Tamaşaçı önündə Jan Valjanı yenidən oynamağın məsuliyyətini, yəqin ki, başa düşürsünüz. Bu filmdə eyni zamanda başqa rola-Leonardo da Vinçi obrazına da sınaq çəkilişi etmişdilər.