Azərbaycanın qədim yaşayış məskənindən tapılmış kömürün yaşı təyin edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) yaradılan arxeoloji tapıntıların tarixləndirilməsi qrupu yaş təyini ilə bağlı apardığı tədqiqatlarda yeni nəticə əldə edib.

Bu elm müəssisəsinin kiçik elmi işçisi Aybəniz Əhədova Cəlilabad rayonundakı Polutəpə qədim yaşayış məskənindən götürülmüş kömür parçasının yaşını radiokarbon metodu ilə təyin edib və nəticə olaraq həmin kömürün eramızdan əvvəl 4600-cü ilə aid olduğunu sübut edib.

Qeyd edək ki, qrup tərəfindən aparılan tədqiqatlarda arxeoloji tapıntıların yaşı üç müxtəlif metodla aparılır.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31